30 Kasım 2013

SƏLƏFİLƏR İTTİHAMLARA NƏ DEYİR?

Azadlıq radiosu nədənsə mənim sözlərimi sələfilərin sözləri kimi təqdim edib. Ancaq mən dəqiq bilmirəm sələfi qardaşlarım mənim sözümlə razılıq göstərəcəklər, ya narazı olacaqlar. Hər halda bu dediklərim mənim öz düşündüklərimdir. Sizdə cihada gedənlərlə bağlı mənim düşüncələrimlə tanış ola bilərsiniz. Keçidi tam verdim. 
SƏLƏFİLƏR İTTİHAMLARA NƏ DEYİR?

Şərqşünas, ilahiyyatçı Əkrəm Həsənov isə  sələf alimlərinin də bu müharibənin əleyhinə olduğunu deyir. Onun sözlərinə görə, Suriyada savaş açanların özləri İslama hörmət etmir:
 
“Onlar üçün harada olduqlarının, kimlə vuruşduqlarının heç bir fərqi yoxdur, Onlar hətta İslam ölkələrinin başçılarına da kafir deyirlər. Məqsəd İslamın adından istifadə edib böyük mal-mülk əldə etmək, hakimiyyətə gəlməkdir”.

 
Ə.Həsənovun sözlərinə görə, böyük sələf alimləri müsəlmanlara tövsiyə ediblər ki, cihada çağıran, fətva verən kəsləri dinləməsinlər. Çünki bu adamların məqsədləri müsəlmanları radikallaşdırmaqdır:
 
“İslam dininə görə dövlət başçısının icazəsi olmadan digər dövlətdə savaş qatıla bilməzsən. Azərbaycandan Suriyaya gedənlər nə İslama, nə də dövlət qaydalarına əməl edirlər. Bəzi elmi olmayan, müsəlmanlar isə tez təsir altına düşür. Bunun səbəbi də məscidlərin olmaması, xüsusilə əhli-sünnə məscidlərinin olmamasındadır”.

http://www.azadliq.org/content/article/25184581.html

Hiç yorum yok:

Yorum Gönder