26 Temmuz 2011

ALLAH RƏSULUNUN ORUCU-2


ORUCUN HÖKMLƏRİ
Niyyət
Fərz olan oruclarda şəfəq yeri sökülməmişdən niyyət etmək fərzdir. Allahın Rəsulu : "Fəcrdən (sübh başlamamışdan) əvvəl oruca— niyyət etməyənin orucu yoxdur". (Səhih Əbu Davud).
Başqa birdisdə: "Kim oruca gedən niyyət etmirsə, onun orucu yoxdur" (Səhih ən-Nəsəi).

Niyyət əsasən qəlbdə olur. Peyğəmbər və səhabələrin dil ilə oruca niyət etdikləri barədə rəvayət yoxdur.
Orucun vaxtı
"Sübh açılınca, ağ sap qara sapdan seçilənə qədər yeyin-için, sonran batana qədər orucunuzu tamamlayın" (Bəqərə, 187).
Fəcr iki növdür:
Fəcri kazib: Bu fəcr sübh namazının vaxtı girməmiş olur. Oruc tutan adamın bu vaxtı yeyib-içməsi haram deyil.
Fəcri sadik: sübh namazının girmiş olduğu vaxtdır. Bu vaxt yemək olmaz. Fəcri sadik üfüq boyunca dağların və təpələrin üzərinə düşən bəyazlıqdır (ağlıq).
İftar vaxtı: n doğan tərəfdən qaranlıq düşməsi və gün batan tərəfdə günəşin tam şəkildə itməsi ilə başlayır. Bu barədə Peyğəmbər belə deyib: "Artıq ge buradan başlayır, ndüz burada sona yetir və nəş batarsa oruc tutan iftarını açar" (Buxari və Müslim).
Bunəşin tam batması deməkdir, səmada aydınlıq qalarsakm eynidir.
Suhur
Allahın Rəsulu  buyurur: "Bizimlə əhli kitab arasında olan fərq suhurdadır" (Müslim). Başqa birdisdə buyurulur: "Bərəkət üç şeydədir, bunlardan biri də suhurdur" (Səhih ət-Təbarəni, "əl-Mücəmiul Kəbir"). Peyğəmbərimizin bərəkət olaraq nemətləndirdiyi bir şeyi tərk etmək sünnəyə uyğun deyil. Düzdür oruc özü insanlara mənəvi bir qüvvətdir. Bununla belə suhur mübarək bir qidadır, çünki, bir disdə Rəsulullah : "Haydı mübarək qidaya" deyə buyurmuşdur (Əbu Davud). Rəsulullah : "Suhur bərəkət yeməyidir, onu tərk etməyin. Yeməyə bir şey tapmayanlar bir qurtum su ilə də olsa suhur etsin, çünki Allah və mələkləri suhur yeyənlərə dua və məğfirət edərlər" buyurmuşdur. (Əhməd bin nbəl). Başqa bir disdə möminin suhur yeməyini ən bərəkətlisi və qəbul olunanı xurmadır (Əbu Davud) deyilir. Peyğəmbərimizin sünnəti suhuru fəcrə qədər uzatmaqdır, yəni azana qədər yemək və içmək olar.
Oruc tutanın tərk etməsi vacib olan əməllər
1. Fitnə və fəsad yayan yalan söz: Buna "Zur" deyilir. Rəsulullah demişdir: "Kim zuru və yalançı əməlləri tərk etməzsə, Allah Təalanın onun yeyib içməməsinə ehtiyacı yoxdur" (Buxari).
2. Xeyirsiz və pis söz söyləmək: Rəsulullah: "Yeyib-içməmək, oruc tutmaq deyildir. Əsl oruc xeyirsiz və pis sözlərdən oruc tutmaqdır. Biri səni söyüb və sənə qarşı cahillik rəkəti edərsə, de ki, mən orucam, mən orucam".
ORUC TUTANA MÜBAH (icazə verilən) OLAN ƏMƏLLƏR
1.nub olub sabaha qədər zləmə barədə Aişə belə deyib: "Allahın Rəsulunub olduqda fəcrə qədər yatar, fəcrdə qüsül edər və orucunu tutardı" (Buxari və Müslim).
2. Misvak işlətmək barədə Rəsulullah belə deyib: "Əkər ummətimə çətinlik gətirməkdən qorxmasaydım r dəstamazda misvak işlətməyi əmr edərdim" (Buxari və Müslim).
Peyğəmbərimiz misvak işlətməkdə oruc tutanla oruc tutmayan arasında fərq qoymamışdır, yəni oruc tutan adam zöhr namazında da misvak işlədə bilər. Ağız və buruna su çəkmək olar. lakin ağızı yaxalayarkən boğaza su getməməlidir, buruna da su çəkəndə az çəkmək lazımdır. Çünki Rəsulullah buyurub: "Oruc tutmayan zaman buruna suyu daha çox çək" (Əbu Davud).
3. Qucaqlaşmaq və öpüşmək: Aişə deyir: "Allahın Rəsulu oruc tutduğu zaman öz arvadlarını qucaqlar və öpərdi. Lakin, sizin içinizdə ən çox şəhvətlərinə hakim olan O, idi" (Buxari və Müslim). Buna rə də bu məsələdə yaşlılara güzəşt edilir. Cavanlar üçün isə məkruh (bəyənilməyən) sayılır. Çünki, Rəsulullahdan bu barədə soruşanda o, belə cavab vermişdir: "Yaşlı kimsə nəfsinə hakim olur" (Əhməd bin nbəl: Müsnad). Qidaya keçməmək şərti ilə müali etməg niyyəti ilə iynə vurmaq olar. Çünki, bunlar mədəyə getmir. Lakin, qlukoza və r hansı bir qüvvət verici şeylərə icazə verilmir.
4. Qan aldırmaq orucu pozmaz. İbn Abbas deyir: "Peyğəmbər oruc olduğu halda qan aldırdı" (Buxari). Bunarə diş çəkdirməyə də icazə verilir. Yemək boğaza getməmək şərti ilə yeməyin dadına baxmaq olar. Diş yumağa da icazə verilir. İbn Abbas
Rəsulullahdan belə rəvayət edir: "Boğaza getməmək şərti ilə oruc olan adamın sirkənin dadına baxmasında günah yoxdur" (Buxari).
5. Sürmə sürtmək və gözə damcı tökməkdə h bir orucu pozan hal yoxdur. İmam Buxari hihində deyir: "Ənas, Həsən və İbrahim oruc olduqları zaman sürmə çəkməkdə h birnah görmədilər".
İftar
İftarı tezləşdirmək Rəsulullahın sünnətindəndir. Bu məsələdə yahudi və xristianlara müxalifət vardır. Çünki, onlar iftarlarını ulduzlar parlayana qədər uzadardılar. Allahın Rəsulu "İnsanlar iftarlarını tezləşdirdikcə xeyir içində olacaqlar" demişdir (Buxari və Müslim). Yenə də başqa disdə Rəsulullah belə buyurur: "Mənim ümmətim iftarı ulduzlar parlayana qədər kecikdirmədik mənim sünnətim uzərində olacaqlar" (Səhih ibn Hibban).

AXŞAM NAMAZINDAN QABAQ İFTAR ETMƏK
Ənəs rəvayət edir: "Allah Rəsulu namaz qılmamışdan qabaq təzə xurma ilə iftar edərdi. O olmayanda quru xurma ilə iftar edərdi, o da olmayanda bir neçə qurtum su ilə iftar edərdi" (Əbu Davud).

İFTAR VAXTI OXUNAN DUA
İftar vaxtı dua oxumaq sünnətdir. Allah Rəsulu: "Oruc adamın iftar vaxtı etdiyi duası qəbul olunub geri dönməz" buyurmuşdur. (İbn Ma). Allah Peyğəmbəri iftar açanda deyərmiş, "Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar edirəm". mçinin deyərdi: "Susuzluq keçdi, damarlar islandı, əcr (savab) inşəallah sabit oldu" (Əbu Davud).

ORUCU POZAN HALLAR
Qəsdən yemək və içmək, siqaret çəkmək orucu pozar. Lakin unudaraq və məcburiyyət qarşısında yeyib-içmək inşəallah orucu pozmaz. Bu barə Allah Rəsulu belə deyib: "Bir kimsə unudaraq yeyib ərsə, orucunu tamamlasın, çünki, Allah Özü onu yedirdib içirtmişdir" (Buxari və Muslim).
Cinsi münasibətdə olmaq
Oruc zamanı adamın cinsi münasibətdə olması, onun orucunu pozar. Bu r insan kəffarə verər və yaxud qəza edər. Bunun kəffarəsi bir qul azad etməkdir. Qəzası isə iki ay oruc tutmaqdır. Bu da olmasa 60 fağırı və kasıbı yedirtməkdir. Bunlara ardıcıl əməl edilməlidir, yəni biri olmasa o birisini etmək sünnətdir.
Bilə-bilə qusmaq
Bir nəfər özündən asılı olmayaraq qusarsa orucu pozulmaz. Allahın Rəsulu belə deyib: "Kim asılı olmayaraq qusarsa onun orucu pozulmaz. Kim bilə-bilə qusarsa orucunu qəza etsin" (Əbu Davud).
Qüvvətlənmək üçün vurulan iynələr
Bu növ iynələr, yəni vitaminlər, qlukoza, qan vurmaq orucu pozur.
Məninin çıxması
Oruc olan zaman öpmə, qucaqlaşma və buna bənzər yollarla məni xaric olarsa, oruc pozulur. Ancaq xəstəliklə əlaqədər olaraq məni gələrsə, oruc pozulmaz. Çünki bu insanın niyyətində olmayan bir haldır.

QƏZA
            Orucunu qəza etmiş insan ən yaxın zamanda oruclarının qəzasını ödəməlidir. Bunları ardıcıl etməsə də olar, yəni ayrı-ayrınlərdə də tutsa olar. İslam alimləri, ölən adamın qılmadığı namazlarını, başqa adamın qılmağına icazə verməmişlər. Həyatda ikən oruc tutmağa gücü çatmayan insan üçün başqası oruc tutmaz. Oruc tutmayan özü gündə bir kasıbı yedirdib-içirdər. Amma oruc tutmağı nəzir edib, orucunu tutmadan ölərsə, onun vəlisi (ölü yiyəsi) onun orucunu tutar. Bu barədə Allahın Rəsulu belə deyib: "Kim ölürsə və onun oruc borcu olarsa, onun yerinə vəlisi tutsun" (Buxari və Müslim).

TƏRAVİH NAMAZI
Təravih namazı Allahın Rəsulu tərəfindən Ramazan ayında camaatla qıldığı bir sünnətdir. Təravih namazı Vitri çıxmaq şərtilə səkkiz rükətdir. Aişə belə rəvayət edir: "Rəsulullah Ramazanda və başqa vaxtlarda genamazlarını on bir rükətdən artıq qılmadı" (Buxari və Müslim). Ömər ibn Xattab bu sünnətə əməl etmək üçün, cammatı dəvət etdikdə onlara on bir rükət qıldırardı ki, bu da sünnətə uyğundur. (İmam Malik əl-Muvata 1/119). Bu rəvayət səhih bir istinadlalib. Bəziləri təravih namazını iyirmi üç rükət qılırlar, lakin bu Rəsulullahın sünnətindən uzaqdır. Müsəlmanlara bu barədə Peyğəmbərimizin sünnətini araşdırmaq və ona əməl etmələri lazımdır. Çünki, xeyir və qurtuluş buradadır.

FİTİR ZƏKATI
Ömərdən rəvayət ediləndisdə belə deyilir: "Allahın Rəsulu Ramazanda sədəqəyi-fitri insanlara fərz etdi" (Buxari və Müslim). Sədəqəyi-fitr böyük, kiçik, qadın, kişi, qul və s. müsəlmanlara vacib edildi.
Fitr zəkatın miqdarı
Fitrənin miqdarı ailə üzvlərininr bir nəfərinə görə 1 saa (2,04 q.) qədər buğda və ya başqa məhsulla müəyyən olunur. Bu da o ərazidə xalqın ən çox işlətdiyi qida məhsulundan ola bilər. Fəziləti isə kasıba daha yararlı olanını verməkdir. Bu sədəqəni vermə vaxtı bayram namazından qabaqdır. Bayramdan bir-iki n qabaq da vermək olar. Bayram namazından sonra verilən fitr sədəqəsi öz dəyərini itirir və adi sədəqə kimi sayılır.

BAYRAM NAMAZI
Bayram namazı fitrə günü (şəvval ayının 1-cinü), günün çıxmasından sonra qılınır. Bayram namazında qadın, kişi, uşaq, böyük hamı iştirak etməlidir. Rəsulullahın vaxtında, bütün əhali bir yerə ğışardı. Məscidin divarları onlar üçün azlıq etdiyinə görə, namaz böyük bir meydanda qılınırdı.
Bayram namazı 2 rükətdən ibarətdir. Bu namaz təkbirlərinin sayınarə, adi (gündəlik namazlardan) namazlardan seçilir. Birinci rükətdə 7 təkbir, ikinci rükətdə 5 təkbir edilir. Namazdan sonra bayram xütbəsi oxunur. Bu xütbədə hətta,heyz halında olan qadınlar da, iştirak edə bilərlər.
Bu bayramnündə müsəlmanlar bir-birilərini ancaq bu sözlərlə təbrik edirlər: "Allah qəbul eləsin (orucunu)". Bun xeyir-dua və rəhmətnüdür. Bunarə də, bun oruc tutmaq olmaz.

ORUCUN ÜSTÜNLÜYÜ VƏ FAYDALARI
Əvvəldə qeyd etdiyimiz kimi, oruc İslamın əsas 5 şərtindən biridir. Yəni müsəlman olanr bir kəs üçün ildə 1 ay (Ramazan) oruc vacibdir. Çünki, oruc nə pəhriz, nə sağlamlıq, nə də hər hansı başqa məqsəd üçün deyil, yalnız Allaha ibadətin bir növüdür. İbadətin bu növünü yerinə yetirmək üçün Peyğəmbər belə buyurur: "Allaha and verirəm ki, oruc olan adamın ağız qoxusu Allah qatında müşk qoxusundan da xoşdur. Allah təala buyurur ki, qulum şəhvətini, yeməsini və içməsini ancaq Mənim rizam üçün tərk etmişdir. O, halda oruc Mənim üçündür, mükafatını da Mən verəcəyəm" (Buxari və Müslim). Başqadislərdə belə deyilir: "Çənnətin 8 qapısı var. Bu qapılardan birinin adı Reyyandır. Oradan ancaq oruc olanlar girəcəklər" (Buxari və Müslim). "Hər şeyin bir qapısı olduğu halda, ibadətin qapısı da orucdur. r şeyin bir zəkatı var, bədənin də zəkatı orucdur".
"Ramazan ayı girdiyi zamannnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır. Şeytanlara zəncir vurulur" (Tirmizi).
Şeytanın insan bədəninə daxil olma yollarından biri şəhvətdir. Şəhvət isə yemək-içməklə yaranır. Deməli, oruc tutanın şəhvət hissi ölür. Beləliklə xarici şeytanın insan bədəninə daxil olması, daxili şeytanın da bədəndə hərəkəti çətinləşir. Çünki, Peyğəmbər demişdir: Qan damarda dolandığı kimi, şeytan da Adəm oğlunun bədənində dolanır. Oruc ilə onun yollarını bağlayın" (Buxari və Müslim). Bu isə insanın öz düşməninə qarşı qələbəsidir.
Daha sonra oruc tutan ac və susuz qaldıqca, acğa və susuzluğa dözür, iradəsini göstərir və başqa acların nələr çəkdiyini bilib, dərdlərinə şərik olur, fitrə zəkatını verməklə öz kasıb müsəlman qardaşlarına maddi və mənəvi kömək etmiş olur.
Orucun pozulmaması üçün dava-dalaşdan uzaq olur, söyüş söymür, pis sözlərə qulaq asmır, haram şeylərə baxmır, ümumiyyətlə bütün pisliklərdən və haramlardan bir ay ərzində uzaq olmaqla, bunlara adət edir, orucluq qurtarandan sonra da bunu davam etdirir. Deməli, Allah təala insanı bu r tərbiyələndirir.
Başqa üstünlüyü də var ki, bu da insanı səbirli olmağı öyrədir. Bilməliyik ki, səbr imanın yarısıdır, oruc isə səbrin yarısıdır. Deməli, oruc imanın dörddə biridir. Allah sübnəhu-təala Zumər surəsinin 10-cu ayəsində buyurur: "Səbr edənlərə saysız-hesabsız mükafat veriləcəkdir"
Beləliklə səbr edib oruc tutsaq, Cənnət qapısını döyənlərdən olarıq. Bu barədə Allahın Rəsuluzrəti Aişəyə belə tövsiyə edir: "Ey Aişə! Cənnətin qapısını döyməklə davam et". Aişə: "O nevə nə ilə olur, ya Rəsulullah? soruşduqda, Rəsuli Əkrəm: " Oruc tutmaqla!" deyə cavab verdi (Buxari).

Allah təala bu çalışmanı Öz rizası uçun qəbul etsin və Öz qatında cənnətə girmək üçün vəsilə etsin. Amin!

Hiç yorum yok:

Yorum Gönder