16 Mayıs 2011

Musiqi haramdır (Sünnədən dəlillər)


Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər”[ (Səhih əl-Buxari, 5590) Hədisdən göründüyü kimi, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) gələcəkdə musiqini halal biləcək insanların olacağını qabaqcadan bizlərə xəbər vermişdir.

Demək ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zamanında musiqi haram idi və bu da hər kəs tərəfindən haram olaraq qəbul olunmuşdu. Lakin hədisdə gələcəkdə elə bir insanların olacağı vəd edilir ki, onlar musiqini heç bir əsas olmadan halal kimi qəbul edəcəklər. Bu fikir öz təsdiqini artıq xeyli vaxtdır ki tapıb. Lakin, təəssüflə qeyd olunası bir məqam budur ki, musiqini elə bir çox dindarlar və din xadimləri halal olaraq qəbul edərək insanları bu harama dəvət edirlər.
Musiqi şeytanın insanları yoldan çıxarmaq üçün istifadə etdiyi ən güclü silahlardandır. Abdullah ibn Dinar (Allah ona rəhmət eləsin) rəvayət edir ki, o, Abdullah ibn Ömər lə (Allah onlardan razı olsun) bazara çıxmışdı. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) çalıb-oxuyan bir qız uşa ğının yanından keçdikdə (onu göstərib) dedi: “Əgər şeytan kimdənsə əl çək miş olsaydı, bundan əl çəkərdi” ( Buxari, «Ədəbul-Mufrad» kitabı, 784)
Abdullah ibn Ömərin (Allah onlardan razı olsun) azad olunmuş köləsi Nəfi (Allah ona rəhmət eləsin) rəvayət etmişdir: “Abdullah ibn Omər (Allah onlardan razı olsun) bir musiqi eşitdi, barmaqları ilə qulaqlarını qapadı, yoldan uzaqlaşdı və məndən soruşdu: «Nəfi! Bir şey eşidirsənmi?” Mən də: «Xeyr» – deyə cavab verdim. Sonra barmaqlarını qulaqlarından çəkdi və «Allahın elçisi ilə birlikdə idim. O da eynilə belə etdi» – dedi. (Sunənu Əbu Davud 4924.) 
Ummu Əlqəmə rəvayət edir ki, Aişənin (Allah ondan razı olsun) qardaşı qız larına sünnət etdilər. Aişəyə (Allah ondan razı olsun) deyildi ki, bəlkə bunları əyləndir mək üçün bir adam çağıraq? Aişə (Allah ondan razı olsun): “Olar!”- deyib Adiyin yanına adam göndərdi. Onu evə gətirdilər. Aişə (Allah ondan razı olsun) evə gəldikdə onun başını əsdirə rək nəğmə oxuduğunu gördü. Bu adam şeirbaz idi. Aişə (Allah ondan razı olsun) dedi: “Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!”. (Buxari, «Ədəbul-Mufrad» kitabı, 1247)
Ömər bin Abduləziz (Allah ona rəhmət eləsin) əyləncə və musiqi haqqında belə demişdir: “Başlanğıcı şeytandandır, sonu Rahmənin qəzəbidir”. (Zəmmul Məlahi İbn Əbid-Dunya,) 
İmam Əhməd bin Hənbəl (Allah ona rəhmət eləsin) belə demişdir: «Ney, zurna, tambur, ud, kamança və bənzərləri haramdır. (Təlbisul-İblis, 225) Abdurahman ibn Avf (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini söyləmişdir: «İki sərsəm və haram səsdən çəkindirildim: Musiqi anındakı səs və müsibət anındakı səs (ölüyə ağlama və ya musiqilər üçün yüksək səslə bağırıb-çağıraraq ağlama). (Durrul-Mənsur, 5/160)
Səhl İbn Səd demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ümmətimdə yerlə bir olmaq, daş yağması, və yer üzündən silinmək olacaqdır». «Nə zaman?» – deyə soruşuldu. “Çalğı alətləri zühur edib içkilərin bol içildiyi zaman» – dedi. (Durrarul-Mənsur, 2/324)




Ramil Soltanov

2 yorum:

  1. Ama lakin qrun olmadan once peygember buyurmusdur ki icki haramdir diline vuran insan tovbe elemese peygember buyurmusdur ki cehneme gidecek insan

    YanıtlaSil
  2. men musıqı muellımıyem.Elhemduıllah nazmazımı qılır orucumu tutur zekatımı verırem.men neyneyım valıdeynlerım oranı oxudub ıse qoyublar.basqa gelır yerım yoxdu.cıxım ısden?neter eliyim?mecbur davam edirem

    YanıtlaSil