BİZİMLƏ ƏLAQƏ

Bismilləhir-Rahmənir-Rahim. 

Əs-Səlamu Aleykum. Bu blog islam dininə aid açılmış bir blogdur. Bu blogun sahibi və təşkilatçısı BDU İlahiyyat fakultəsinin məzunu Əkrəm Həsənovdur. Burada islam dininə aid müxtəlif mövzularda məqalələr, kitablar, bir çox faydalı materiallar mövcuddur. Diqqətlə bütün bölmələrə və hər bölmədə olan məqalələrə nəzər salsanız görərsiniz ki, burada yalnız müsəlmanların faydalanması üçün nəsə edirik. Hansısa xəbərə görə, hansısa müəllifin məqaləsinə və fikirlərinə görə blog sahibi məsuliyyət daşımır. Blog sahibi yalnız öz yazılarına görə məsulyyət daşıyır. Biz buna görə heç kimdən heç nə gözləmirik. Etdiyimiz əməllərin savabını, mükafatını yalnız Rəbbimiz Allahdan istəyirik. Biz heç kimin yalnış fikirlərini qəbul etmirik. İslamın həqiqətən necə bir din olduğunu xalqımıza, cəmiyyətimizə çatdırmaq istəyrik. Camaatımızın buna böyük ehtiyacı var. Bizə qarşı qaldırılan bütün yalan və böhtanları rədd edirik. Biz də Azərbaycan Respublikasının vətəndaşıyıq. Bizi bu ölkədə Allah təala yaradıb və yaşadır və haradasa əcəl vaxtımız gələndə öldürəcək. Bizi yedirən içirən Allahdır. Allah təalanın bizə yazdığı başımıza gələcək. Bizə yazmadığı baş verməyəcək. Xahiş edirik bu blogun materiallarından istifadə edərkən mənbənin adını qeyd edəsiniz. Biz bütün islam sevənlərə müraciət edirik ki, faydalı yazılarını bizə göndərsinlər və biz də öz növbəmizdə burada dərc edək. Allah qatında haqq din yalnız islamdır, haqq yol Allahın rəsulunun (ona və ailəsinə salam olsun) yoludur. Biz az da olsa gücümüz çatan qədər insanları bu haqq yola dəvət etmək istəyirik. Biz Allahdan gəlmişik və Allaha qayıdacağıq. 
Bizi bu dünyaya Allah gətirdi. Allah bizə bu qədər nemətlər verdi. Bütün bu nemətlər hamısı əmanətdir. Bu əmanətlərin içində ən əsası və ən vacibi din nemətidir. Bu din neməti dağlara, daşlara, ağaclara, yerlərə, göylərə təklif olundu. Lakin dağlar,daşlar, ağaclar, yerlər və göylər bu əmanəti öz üzərlərinə götürmədilər. Bu əmanəti insan öz üzərinə götürdü. Amma sonra bu əmanəti unutdu. Əmanətə xəyanət etdi. İnsan çox zalim, çox nankordur. Ancaq iman edənlər istisnadır. Belə ki, istisna Allahın qulları bu əmanətə bağlandılar. Əmanəti qorudular. Əmanəti özlərindən sonrakılara çatdırdılar. Biz də uca Rəbbimizdən istəyrik ki, bu din əmanətini tam yerinə yetirməkdə və gələcək nəsilə çatdırmaqda bizə kömək etsin. Amin! Hər bir Allah qulu öz faydalı yazılarını və məqalələrini bizə göndərsin ki, bizdə burada dərc edək. 
Mən, Həsənov Əkrəm Bəhram oğlu, Sultan oğlu, Şamil oğlu, Balakişi oğlu, Həsən ağa  oğlu,     Mikayıl Sultan oğlu, Həsən ağa oğlu, Abdullah ağa oğlu, Tumas ağa oğlu 26.06.1979-cu ildə Qubadlı rayonu, Çaytumas kəndində dünyaya gəlmişəm. 1986-cı ildə 1-ci sinifə daxil olmuşam. 1993-cü ildə Erməni işğalı nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışam. 1994 –cü il Mailiyyə İqtisad kollecinə daxil olmuşam. 1998-ci ildə həmin kollecin “Mühasib-İqtisadçı” kimi məzunu olmuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinə daxil olmuş, 2004-cü ildə oranı əla qiymətlərlə bitirmişəm. 2004-cü ildə AMEA M. Fuzuli adına Əlyazmalar instituna baş lobarant olaraq işə başlamış, hal-hazırda həmin institutun dissertantı, elmi işçisi və institutun Gənc alimlər şurasının sədriyəm. Evliyəm. Iki qızım var. Allaha həmd olsun! 
Əcəl vaxtı çox yaxındır. Bu dünyada hər şeyi tərk edib gedcəyik. Özümüzlə ancaq əməllərimiz qalacaq. Buna görə Allahdan kömək istəyirik ki, bizi razı olduğu xeyirli əməllərə müvəffəq etsin. Amin! Məqsədimiz insanlara islam dinini düzgün, doğru, olduğu kimi çatdırmaqdır. Bu gün mən düşünürəm ki, bütün müsəlmanların birləşib bir evin kərpicləri kimi olmaları lazımdır. Buna görə də yazdığım və dediyim hansısa bir sözə görə mənə iradınızı və nəsihətinizi ədalətlə edin. Amma bunu unutmayın ki, bütün xətalar məndən və şeytandandır. Bütün yaxşılıqlar uca Rəbbimizdəndir. Tənqidlərinizə, nəsihətinizə, məsləhətinizə, dəstəyinizə qapılarım açıqdır. Özünüz üçün istədiyinizi qarşınızda olan hər bir müsəlman bəndə üçün də və mənim üçün də istəyin ki, imanınız kamil olsun. 
Mənə poçt vasitəsilə məktub yazmaq istəyənlər aşağıdakı ünvana yazsınlar. Bakı şəhəri, İstiqlaliyyat 8, M. Füzuli adına Əlyazmalar institutu. Ərəbdilli Əlyazmalar şöbəsi. Əkrəm Həsənov. Allahın dinini yaymaq, ehtiyaclı müsəlmanlara yardım etmək, yoxsul ailələri yedirib içirmək istəyənlər, zəkat və sədəqə vermək istəyənlər aşağıdakı hesaba pul köçürə bilərlər: HASANOV AKRAM BAHRAM OGHLU 3811001000173111 Allah təala yardım edən müsəlmanların malına bərəkət versin. Amin!

MƏKTUB YAZMAQ İSTƏYƏNLƏR. Əlaqə üçün bizə məktub yazın: garibekrem@hotmail.com
ZƏNG ETMƏK İSTƏYƏNLƏR: (050)-336-51-24