10 Aralık 2011

Ölüyə Quran oxumaq məsələsi


Allah bizə rəhm etsin! Amin! Həqiqətən də elə bir cəmiyyətdə və elə bir camaatın içərisində yaşayırıq ki, onlar Allahın haqq və hüquqlarını olduğu kimi bilmir, yaşamır və əməl etmirlər. Bu əlbəttə uzun illər dindən və imandan uzaq olmağın açıq-aşkar nəticəsidir.
Amma fərdi olaraq hər bir vətəndaşımız bunu unutmamalıdırlar ki, bizim əcdadımız, yəni, Azərbaycanın keçmiş xalqı hələ xəlifələrin dövründə din olaraq islamı qəbul edib tarixən bildikləri və bacardıqları qədər yaşamışlar. Çox sonralar müəyyən işğallar nəticəsində din unutdurulmuş və xalqın adət-ənənəsi dinlə iç-içə olmuşdur. Keçmiş yüz illikdə isə, yəni ötən əsrdə xristianların işğalı nəticəsində islam dininə tamamilə qadağa qoyulmuş və ateizm güclü şəkildə təbliğ olunmuşdur. Bu dəhşətli fitnənin ağırlığını biz hələdə çəkirik və Allahın dininin bir daha bərqərar olması üçün yenə də islama dəvətə çox böyük, uzun müddət və davamlı olaraq ehtiyac var. Bu ehtiyacı hər bir Allah bəndəsi öz çiynində hiss etməli, unutmamalıdır ki, Allah təala insanı məhz Özünə qul olması üçün yaratmışdır. Bu gün xalqımızda, cəmiyyətimizdə keçmişdən üzü bəri gələn bir dini inanc mövcuddur. O da xüsusi ilə Qurana aid olan bir inancdır. Əlbəttə xalqımızın Qurana aid batil inancları saysız-hesabsızdır. Biz bu gün bu batil inanclardan yalnız biri haqqında, Quranı pulla satmaq haqqında söhbət açacağıq. Allah bizə rəhm eləsin. Allah bizi doğru yola yönəltsin. Allah bizim bu cür batil inancda olan cəmiyyətimizi doğru inanca, düz əqidəyə, Allahın istədiyi və razı olduğu yola yönəltsin. Amin! Bu inanc nədir, necədir, bunun müalicəsini necə aparmaq olar? Bu barədə siz də öz fikir və rəylərinizi şərhdə yaza bilərsiniz. 
Gözümüzü açandan, xüsusi ilə mən bunu özümə aid edəcəyəm, gözümü açandan bizdə belə bir adət görmüşəm. Məsələn: bizim baba-nənələrimiz bir yerə yığılanda yuxu haqqında, yuxuda ölmüş hansısa yaxın qohumlarını gördüklərini danışırlar. Onlar öz ölən qohumlarını yuxuda gördüklərini deyirlər. Buna görə də tanıdıqları və etibar etdikləri Quran oxuya bilən din adamı axtarır, molla axtarır, yuxuda gördüyü ölüsünə Quran oxutdururlar. Bunun müqabilində isə Quran oxuyan din xadiminə, mollaya müəyyən məbləğ pul verirlər. Bununla da rahatlıq tapır, təskinlik tapır, artıq oxunan Quranın ölüyə gedib çatdığını yəqin bilir, verdiyi pulu da həqiqətən də bir haqq olaraq verdiyinə inanır. Əslində verdiyi pul çox az olur. Demək olar ki, həmin pul din xadiminin cüzi bir ehtiyacını qarşılayır. Din xadimi də, yəni molla da bundan rahatlıq tapır. Çünki heç bir ciddi əziyyət çəkmədən, Allahın ruzisidir deyib pulu rahatlıqla alır. Beləliklə dində bir iş, peşə, gəlir yeri əldə olunur.  Yəni sanki bu müəyyən bir peşədir və bunun müqabilində aldığı da zəhmət haqqıdır. Biz hamımız bu inancda doğulmuşuq, bu cür inanc içərisində olan insanların içərisində yaşamışıq və hələ də yaşayırıq. Gözümüzü açandan nənə-babalarımızın mollaya Quran oxutdurduğunu, bunun qarşılığında zəhmət haqqı, yaxud Quran oxuma haqqı verdiklərini görmüşük. Bu cür gördüyümüz üçün bu məsələyə bizdə güclü iman olub. Yəni bizdə möhkəm inancla bu məsələni mənimsəmiş, tərəddüd etmədən, elmimiz olmadan, zənnə qapılaraq bu inancın daşıyıcısı olmuşuq. 
Mən Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinə daxil olanda qohum-əqrəbalar mənə molla deməyə başladılar. Əlbəttə bu sözü mən özümə götürmək istəmirdim. Belə deyəndə cırnayırdım. Elə oldu ki, islamı öyrəndikcə bu dinin mükəmməl bir din olduğunu dərk etdim, Allahın bu dininin bizim üçün ən böyük bir nemət olduğunu gördüm və qohumların belə demələri mənə bərk toxunsa da artıq Allaha təvəkkül edib yaşamağa başladım. Sonra elə oldu ki, qohumlar mənə müraciət etdilər ki, hansısa bir atamı, yaxud babamı, yaxud nənəmi yuxuda görmüşəm, ona Quran oxu. Məndə bu qədər vaxt ərzində gördüyüm və içərisində yaşadığım bu adəti yerinə yetirməyə başladım. Universitetdə bizə öyrədirdilər ki, Quran oxumaq olar. Amma bunun üstündə çox dayanmırdılar. Mən əlbəttə Quran oxuyub qurtardıqdan sonra deyirdim ki, oxuduğum Quranı filankəs tərəfindən filankəsin ruhuna hədiyyə edirdim. Hər dəfə Allah şahiddir ki, dua edərək yalvarırdım ki, ya Rəbb! Əgər sən həqiqətən də oxunan Quranı ölüyə çatdırırsansa onda bu oxuduğuma da filankəs tərəfdən filankəsə çatdır. Mən dəqiq əmin deyiləm ki, doğrudan da bu Quran ölüyə çatır ya yox. Çatırsa necə çatır. Kim çatdırır. Ancaq mən kitablara baxanda və bu barədə olan mövzulara baxanda bütün alimlərin əksəriyyətinin belə dediyini görürdüm ki, islam alimləri Quranın savabının ölüyə çatdığını deyirdilər. Alimlər belə desə də bunun da müəyyən şərtləri var və bunu hər birimiz mütləq öyrənməliyik. Həmçinin alimlər Quranın savabının ölüyə çatıb-çatmaması haqqında ixtilaf da ediblər. Demək olar ki, bir çox böyük islam alimləri Quran oxuyub savabını ölüyə bağışlanmanın doğru olduğunu deyiblər. Amma heç bir islam aliminin elə bir sözünü eşitməmişəm ki, desin ki, bunu ya peyğəmbərimiz Məhəmməd (ona və ailəsinə salam olsun), yaxud da onun səhabələrindən biri edib. Axı onlar belə etməyiblər. Allahdan bağışlanmamızı istəyirəm.  Bundan əlavə Quranın savabının ölüyə çatacağını deyən alimlər belə bunun qarşılığında pul alıb yemənin haram olduğunu bildiriblər. Amma, tarix boyu islam dünyası ölülərə Quran oxuyub və oxutdurublar, çox təəssüf ki, bunun qarşılığında pul veriblər. Xüsusi ilə islam dini digər yerlərə yayılandan sonra bu əməli bir çox xalqlar ediblər. əsas da türk xalqları bu adət-ənənəni sürdürüblər. Azərbaycanda da tarixən bu adət-ənənə köklü şəkildə qalıb və hələ də qalmaqdadır. Ancaq mən bu mövzunu açmaqda məqsədim kiməsə nə isə şübhə gətirmək deyil. Quran oxuduğum zaman Allahın kitabında qarşılaşdığım ayələrdir. Allah təala Qurani Kərimdə bizə xəbərdarlıq edib ki, Mənim ayələrimi ucuz qiymətə satmayın. Qurani Kərimin Bəqərə surəsinin 41-ci ayəsində Allah təala buyurur: “Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!”. Bu ayələr bizə Quran ayələrini ucuz qiymətə satmağı qadağan edir. Bu böyük bir təhlükədir. Adam Yasin surəsini oxuyur, oxutduran adam ona beş manat, yaxud da on manat verir. Bu nə deməkdir, bu Quranı satmaq deyilmi? Allah bizi bilmədən və cahilcə etdiyimiz əməllərə görə bağışlasın, haqqı bildikdən sonra tövbə etməyi və tövbəmizi qəbul edib bizə bir daha o cür böyük günaha girməməyi nəsib etsin. Ey Quran oxutduran insan! Verdiyin pulu Qurana görə vermə. Sən onun bir hərfinə belə bütün dünyanı versən, bir hərf tərəzidə daha ağır gələr. Allahdan qorx. Mollaya verdiyin pulu sədəqə niyyəti ilə ver. Verəndə Allaha dua edib yalvar ki, ya Rəbbi bu mollanın pula ehtiyacı var, məndə Sənin yolunda həmin o mollaya sədəqə verirəm. Yoxsa sən Quran oxuduğu üçün pul verirsənsə həm mollanı günaha batırırsan, həm də özün günahkar olursan. Qiyamət günü Rəbbimiz Allah bunun haqqını bizdən soruşacaq axı. Halbuki Quran oxunanda çəkdiyin dadın və ləzzətin yerini bu dünyanı versən də ala bilməzsən. Quranı belə vasitələrə alət etməyin. Ey zavallı qohumlarım, mənə zəng edib filankəsə Quran oxu deməyin. Allahdan qorxun. Gəlin Quranı sizə öyrədim. Oxuyub savab qazanın. Ey cəmiyyətimizin gəncləri ayılın. Allah bizə elə bir Kitab nazil etmişdir ki, həmin kitabı dağlara nazil etsəydi parça-parça olardı. Ey Quran oxuya bilən qardaşım, Allah bizə xəbər verib ki, O bilmədən və cahilcə etdiyimiz xətaya görə, sonra tövbə etsək bizi bağışlayacaq. Amma bunu bil ki, Quranı pulla oxumaq haramdır və bu əməlindən əl çək. Allah bizi bağışlasın. Amin!  Bəqərə surəsinin 174-175-176-cı ayələrində isə Allah təala belə buyurur: “174 - Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir! 
175 - Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər! 
176 - Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər”.
Ey məclisdə başda oturan! Səni qınamıram səni ora otuzduran dini savadı olmayan camaatdır. Səndən xahiş edirəm ki, həmin camaatın cahilliyinə göz yumub haqqı gizləmə. Allahın ayələrini yaxşı-yaxşı öyrən və onlara ən gözəl bir şəkildə dəvət et. Ya Rəbbimiz! Bizi baba və nənələrimizi, ata və analarımızı bağışla, Amin! 
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...

8 yorum:

  1. oluye oxunan quran heqiqeten catirmi?

    YanıtlaSil
  2. oluye oxunan quran catirmi heqiqeten?

    YanıtlaSil
  3. Bu mesele ixtilaflidir. Alimlerin bu barede fikir ayriliqlari movcuddur.

    YanıtlaSil
  4. Assalamu aleykum...men meqaleni sonuna qeder oxudum ve meqalede elmi sehvlere yol verildiyinin shahidi oldum Cismin qidasi oldugu kimi ruhunda qidasi var..."oz" mentiqiyle "men" mentiqi arasinda ferq boyukdur..."Ozum" uchun dedikde her bir ferd cismin qidasini nezerde tutur...Amma "menim" uchun dedikde ruhi qidalari nezerde tutur..."Men" sozu meneviyyat sozunun evvelidi...Meneviyyat yani "ruhiyyat"...Yani Quran oxunduqda insan menevi (ruhi) qida alir...Ya cismen olu olsun ya cismen diri ferqi yoxdu...Eger oxunan Quranin dunyasini deyishmish shexsin ruhuna catmayacaq mentiqi ile razilashsaq Muteal Allahin edaletine qarshi usyan etmiw olariq...Chunki, yaradilish Allahin elmindedir, cism muveqqeti ruh ise daimidir...Daimi olan her bir wey qidalanmaga mehkumdur...Tebidirki, Allah ve melekleri istisnadir...Hetta meleklerinde mueyyen bir mena qidalanmaga ehtiyaclari var...Bunu derk etmek besher terefinden mumkun deyil cunki, bu mentiq bizim idrakimiz xaricindedir...Cismen diri olan her bir kes Quran oxundugunda iman getirib hezz alirsa cismen olu olan ruhda hezz almaq imkanlarindan mehrum deyil...Cismen olmuw natamam (yari diri) olan shexs (insan imumiyyetle tamam olmez...sadece iki hisseye boluner bir hissesi sabit olu olaraq bu dunyada bir hissesi mutleq diri olaraq o dunyada olar...Sabit olu olan hisse biloji varliq, mutleq diri olan hissesi ise Allahin elmine aid ruhdan ibarettir) haqqinda Quran oxunub onun adina ithaf edilmesinden meqsed budurki, belke Rehim ve Rehman olan Muteal Allah o shexsin gunahlarini Qurana xatir bagiwlaya...Islamda xidmet gosterib muzd almagin hec bir gunahi yoxdur ve bu ishe haram demek ozu haramdir...Cunki bu meseleler haqqinda danishanda sheriete esaslanaraq fikir bildirmek lazimdir...Vacibatlari heyata kecirtmek ucun muzd almaq olmaz...O sheylerki vacibden deyil, muraciet eden shexs ozu bacarmirsa bacaran shexs bu iwi ohtesine goturmesinden otru muzd ala biler...Hec bir sheriet qanunlarinda cekilen zehmetin muqabilinde muzd almagin haram oldugu gosterilmeyib...O ki,qaldi qardawimizin qeyd ettiyi "ayelerimizi ucuza satmayin, ve Allahdan qorxun" ayesinden meqsed Qurani oxuyub evezinde pul almaq deyil...Bu ayenin tefsirinde qeyd olunurki, Mekke muwrikleri H.Z Rasulullaha gelen ayelerin insanlar terefinden qebul olundugunu, ozlerinin insanlar uzerinde olan agaliqlarinin ellerinden gettiyini, qullarin oz agalarina yaradiliw baximindan tam beraber huquqlu oldugunu ve belelikle haramxorluqla elde ettikleri dunya malinin ellerinden cixacagini gorub Allahin mubarek ayelerine qarwi cixirdilar ve H.Z Rasulullahida terefdarlarinida incidirdiler...Bu ayede bu wexslerin haqqinda nazil olunmuw ayedir...Yani Allahin dinini ucuza satmayin..Burdaki aye sozunden mena Allahu mutealin yer uzune gonderdiyi dindirki, butun dinlerin sonuncusudur ve butun dinlerin en feziletlisidir...Islamin muqeddes kitabinin feqet bir ayesini terezinin bir gozune, dunyanin butun varidatini ise diger gozune qoysaq yenede Allah kelami agir gelecek...Demeli dunyanin mali ne qeder olur olsun Allah kelaminin yaninda ucuzdur...Dunya malindan yapishib Allahin kutsal dinini redd edenler necede Allahin kelamini ucuza satmishlar...Oxudugunuz ucun teshekkurumu bildirirem...........Ilahiyyatci..Felsefe elimler namizedi Ali Qerib.

    YanıtlaSil
  5. Elmə və məntiqə dayanan bir şərh olduğu üçün, tərəfimdən razılıq olduğu üçün şərh kimi oxunmasına icazə verirəm. Əlbəttə burada tam mənasıyla bir çox məqamları qəbul etməsəmdə yenə zəhmətinizi qiymətləndirmək üçün şərhi bura yerləşdirdim. Siizn şərhinizə cavab verəcək biri olarsa buyursun! Təşəkkür edirəm ki, vaxt ayırıb yazımı oxudunuz və özünüzün başa düşdüyünüz tərzdə izahat verdiniz. Etiraz edənlər olarsa buyura bilərlər.

    YanıtlaSil
  6. Salam Əkrəm qardaşım!Mən ərəbcə oxumaği internetdə öyrənmişəm.Yəni sırf Qurani-kərimi ərəbcə oxumaqdan ötrü.Sizə sualım budur ki,əyər Qurani-kərimi aksentlə oxusam bu qəbul olunur,yoxsa yox?Əvvəlcədən təşəkkürümü bildirirəm! Günay

    YanıtlaSil
  7. Aleykum salam. Aksentle oxumaq dedikde neyi qesd etdiyinizi anlamadim. Amma gucunuz catan qeder lap eziyet cekseniz de, her-herf oxumaqla da olsa oxumaa davam edin.

    YanıtlaSil
  8. Salam Aleykum. Diskusiya gözəl bir şeydi amma əndəvərindən çıxmayanda. Təsüflə qeyd edirəm ki Qurani Kərimin yalnız tərcüməsini oxuya bilmişəm və ərəbcə oxumağıda niyyət etmişəm qismət olarsa İnşaAllah ki bu arzumada çatmış olaram. Mövzu maraqlı olduğundan məndə bu barədə bir iki söz yazmaq istədim. Quranı çox adam oxuya bilər amma hər kəs öz əqlinin, savadının icazə verdiyi və qəbul edə biləcəyi qədər informasiya alar və öyrəndiklərinə əsaslanaraq öz məntiqini formalaşdırıb paylaşmaq istər. Dolayısı ilə hər kəs öz versiyasını düz bilərək digərlərindən üstün bilər, bu məsələdə insan qürurunun böyük payı var, o qürur ki Allahı və Onun dinini tanıyıb yiyələnməsinə ciddi əngəllər yaradar və təbii ki Quranda deyildiyi kimi Allah Təalə qürurlu insanı sevməz, amma o anlama gəlməməlidir ki insan qürüsuz olmalıdır, qürur məs dini məsələlərdə arxa plana keçsə düşünürəm ki daha faydalı olar cəmiyyətimiz üçün. Məndə oxuyub öyrəndiklərimə əsaslanaraq inanıram ki ruhu olan hər bir canlı istər cismin ölü istərsədə diri halında Allah kəlamını eşidməsi daha məntiqə uyğundur. Düzdü paralel dünyanın varlıqlarini biz nə görə bilirik nə eşidə bilirik çün ki ruhumuz cismimizdə əsirdi və bir çox imkanlardan cisimdə olduqça məhrumdur. Quran hafizi olmadığımdan ayələrin hansı sürələrin neçənci ayələri olduğunu deyə bilməsəmdə amma oxuduqlarımdan yadda qalan ayələr var ki məsələn biz ətrafımızdakıları görməkdən məhrumuq çünki paralel dünyada nələrin nə tərzdə baş verdiyini görsək qorxudan dəli olarıq vi digər bir ayədə oxumuşdum ki ruhumuzun bütün insan elmindən xəbəri vardır və bədəni tərk etdiyi andan görə, eşidə bilmədiklərimiz paralel dünyanın ölçü vahidlərini görüb eşidə bilirlər və Quranda ən azından iki ayədə bildirilir ki zaman anlayışı paralel dünyada fərqlidir məsələ Allahın dərgahında bildiyimiz 1000 ilimiz Allahın bir gününə bərabər olduğu bildirilir, ayələri söz bö söz düz yazmasamda mənaca anladığım tərzdə yazdığım üçün məni üzürlü hesab edin. Ruhumuzn bu imkanlara sahib olması ona dəlalət edir ki ruhumuz bu dünyada və paralel dünyada nə baş verdiyindən xəbərdardır və mütləq ki Allahın kəlamını eşidir. Yatmagımızda ölümün bir növü olduğu üçün və yatarkən ruhumuz bədəni tərk etməyə qadir olduğunu biliriksə, çün ki Quranda səf salmıramsa Əz Zumar surəsinin 42 ayəsi bu haqda yazır ki yuxu halında ruh bədəni tərk edə bilir, onda şübhəsiz ki ruhumuz hər iki dünyada eşitməyi doğrudur. Bu mənim öyrəndiyim elmdən məs bu qənayətə gəlməsinə səbəbdir. Diqqətini üçün təşəkkür edirəm.

    YanıtlaSil