19 Mayıs 2013

Zəlalətə (azğınlığa, pozğunluğa) düşməkdən insanı qoruyan iki əsas.


Zəlalətə (azğınlığa, pozğunluğa) düşməkdən insanı qoruyan iki əsas.

Həmd, qələmlə insana bilmədiyini öyrədən Allahadır. Yenə həmd, insanı yaradıb ona danışmağı öyrədən Allahadır. Salat və salam, həva-həvəsinə və arzusuna görə danışmayan, danışması ancaq vəhy yolu ilə olan, şəriət məsələsində vəhydən başqa bir şey olmayan Məhəmmədə olsun.
- Allah Təala, müsəlmanlara, Aləmlərin Rəbbinin endirdiyinə iman edib təslim olmağı və bunun qarşılığında Ona tabe olmağı əmr etmişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurmuşdur:
“Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (Araf surəsi, 3).
- Allah Təalanın nazil etdiyi, endirdiyi, Quran və sünnənin özüdür:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“…Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (Nisa surəsi 113).
- Allah Təala, Qurana təslim olub, tabe olmağı əmr etmişdir:
Allah Təala belə buyurur:
“Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi 155).
- Allah Təala, Peyğəmbər –səllallahu aleyhi və səlləmə tabe olmağı, itaət etməyi əmr etmişdir:
Allah Təala buyurur:
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Araf surəsi 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”” (Ali İmran, 31).
-Allah təala, Quran və sünnəyə itaət edib, tabe olmağı əmr etmişdir. Çünki Quran və sünnənin özü qorunmuşdur, hər ikisinə itaət edib, tabe olan kimsəni də azğınlığa, zəlalətə, pozğunluğa düşməkdən qoruyar. 
- Allah Təala, Quranın ləfzini (kəlimələrini) dəyişdirilməkdən, nöqsanlaşdırılmaqdan və əlavə edilməkdən qorumuşdur: 
Allah Təala bu barədə belə buyurur:
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Əl-Hicr surəsi 9).
Allah Təala yenə bu barədə belə buyurur:
“Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur” (Yunus surəsi 37). 
Allah Təala bu barədə yenə də belə buyurur:
“(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (Əl-İsra 88). 
Allah Təala bu barədə yenə belə buyurur:
“Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın” (Hud surəsi 13). 
Allah Təala buyurur:
“Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (Yunus surəsi 38). 
- Allah Təala, Quranın mənasını batil şeylərdən, dəyişdirilməkdən və təhrif edilməkdən qorumuşdur:
Allah Təala buyurur:
“Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (Fussilət surəsi 41-42). 
Allah Təala buyurur:
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (Nisa surəsi 82).
- Allah Təala, Quranın mənasını istədiyi şəkildə şərh etməyi, açıqlamağı, izah etməyi, insanlara bəyan etməyi Öz Üzərinə götürmüş və bunu insanların zövqlərinə və fikirlərinə buraxmamışdır:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!” (Qiyamət surəsi, 19). 
Allah Təala bu barədə yenə belə buyurur:
“Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar)” (Əl-Ənam 105). 
Allah Təala bu barədə yenə belə buyurur:
“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Ən-Nəhl 44).
- Allah Təala, Quranın mənasını dəyişdirəni və ya başqa bir mənanın yerinə digər məna qoyanı əzabla təhdid etmişdir:
Allah təala buyurur:
“O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Əl-Haaqa 43-47). 
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)” (Əl-İsra 73-75).
- Allah Təala, başqa bir insanın sözünün əksinə, sözündə Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi” (Ən-Nəcm surəsi 3-5).
Abdullah bin Əmrdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
"Mən, Rəsulullah -sallallahu əleyhi və səlləmdən eşidib əzbərləmək istədiyim hər şeyi yazırdım. Qureyş (Məkkəli mühacirlər), bunu mənə qadağan etdilər və mənə:
- Sən, Rəsulullah -sallallahu əleyhi və səlləmdən eşitdiyin hər şeyi yazırsanmı? Halbuki O da hirs (qəzəb) və sükunət (sakit) halda danışan bir insandır. Bundan sonra mən yazmaqdan imtina etdim. 
Daha sonra onların söylədiklərini Rəsulullah -sallallahu əleyhi və səlləmə dedikdə, ağzına işarə edərək mənə belə buyurdu: 
- Nəfsim əlində olan Allaha and olsun ki, buradan haqq sözdən başqası çıxmaz!"
Allah Təala bu barədə belə buyurur:
“Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Əl-Haqqə 44-47). 
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)” (Əl-İsra 73-75). 
- Allah Təala, başqa bir insanın hərəkətinin əksinə, hərəkətində Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:
Allah Təala bu barədə belə buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əl-Əhzab surəsi 21).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Əl-Əraf 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31).
- Allah Təala, başqa bir insanın əksinə, təsdiqində Peyğəmbər -sallallahu əleyhi və səlləmi qorumuşdur:
Peyğəmbər -sallallahu əleyhi və səlləm- heç bir səhvi təsdiqləməmiş və heç bir səhvə, ədalətsizliyə, zülmə, günaha, psiliyə, çirkinliyə qarşı səssiz qalmamışdır. 
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (Əl-Maidə surəsi 67). 
-Allah təala, Quran və sünnəyə tabe olan hər müsəlmana, dünyada zəlalətə, azğınlığa, səhv yollara düşməyəcəyinə, axirətdə də bədbəxt olmayacağına dair zəmanət vermişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!” (Taha surəsi 123).
-Allah təala, Quran və sünnəyə tabe olan hər bir müsəlmana, (axirətdə) qorxmayacağına, (dünyada da) kədərlənməyəcəyinə dair zəmanət vermişdir:
Necə ki, Allah Təala belə buyurur:
“… Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar” (Bəqərə 38).
- Allah Təala, Peyğəmbər -sallallahu əleyhi və səlləmə tabe olan hər bir müsəlmana, qəlbini imandan yayındırmayacağına və zəlalətə düşməyəcəyinə dair zəmanət vermişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (Əl-Əraf surəsi 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran 31).
- Allah Təala, Qurana tabe olan kimsəyə, inancının, əməllərinin, sözlərinin və hərəkətlərinin doğru və etibarlı olacağına dair zəmanət vermişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurmuşdur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (Əl-İsra, 9). 
Allah Təala bu barədə yenə belə buyurur:
“Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Əl-Maidə 15-16).
Allah Təala bu barədə yenə belə buyurur:
“Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik” (İbrahim, 1).
- Allah Təala, Peyğəmbər -sallallahu aleyhi və səlləmə tabe olan kimsəyə, inancının, əməllərinin, sözlərinin və hərəkətlərinin doğru və etibarlı olacağına dair zəmanət vermişdir:
Allah Təala bu barədə belə buyurur:
“De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir” (Ən-Nur, 54). 
- Quran və sünnədən başqasına tabe olan kimsə üçün bir zəmanət yoxdur. Şeytana tabe olan kimsənin zəlalətə, azğınlığa düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. (Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər” (Əl-Həcc, 3-4).
- Ağılını, Quran və sünnədən başqasına tabe etdirən kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Allah Təala bu barədə belə buyurur:
“İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!” (Əl-Həcc 8-9).
- Həva və həvəsinə (istəyinə, nəfsinə) tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Allah Təala bu barədə belə buyurur:
“Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!” (Sad 26). 
Allah Təala bu barədə yenə belə buyurur:
“...Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!” (əl-Ənam 119). 
- İnsanların fikirlərinə tabe olan kimsə üçün dəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir” (Ən-Nəcm 23). 
Allah Təala bu barədə yenə belə buyurur:
“Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!” (Yunus, 36). 
Abdullah bin Əmrdən -Allah ondan və atasından razı olsun- rəvayət olunduğuna görə o belə demişdir: 
“Peyğəmbər -sallallahu əleyhi və səlləmi belə deyərkən eşitdim: 
“Şübhəsiz ki Allah, elmi sizə verdikdən sonra onu bir anda çəkib almaz. Lakin elmləriylə birlikdə alimlərin ruhunu alaraq onlardan elmi çəkib alar. Nəhayət geriyə bəzi cahil kəslər qalarlar. Bunlardan fətva vermələri istənilər, onlar da öz fikirlərinə görə fətva verərlər. Beləcə həm başqalarını azdırarlar, həm də özləri azarlar” (Buxari).
- Fasiq alimlərin və abidlərin söz və hərəkətlərinə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (Tövbə, 34).
- Salehlərin, alimlərin və abidlərin sözlərinə, hərəkətlərinə və yaşayışlarına tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Allah Təala bu barədə belə buyurur:
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)” (Ət-Tövbə, 31). 
- Öndərlərin və böyüklərin sözlərinə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə (əzaba) düçar elə!” (Əl-Əhzab, 66-68).
-Ata-babaların sözlərinə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Allah Təala bu barədə belə buyurur:
“Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!” (Maidə 104).
- İnsanların çoxunun adət-ənənəsində olub əməl etdiyi işlərə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Allah Təala bu barədə belə buyurur:
“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (Əl-Ənam 116). 
Ənəs bin Malikdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurmuşdur: 
“...Kafir və ya münafiq isə belə cavab verər: 
- Bilmirəm. Mən, insanların dedikləri kimi deyirdim. 
Onda ona belə deyilər: 
- Nə haqq və doğru olanı bildin, nə də Quranı oxudun. Sonra iki qulağının arasına dəmir bir çəkiclə elə vurular ki, qışqırıb fəryad qoparar. Belə ki, insanlar və cinlər xaricində, onlara yaxın olan heyvanlar və mələklər bu fəryadı eşidər” (Buxari).
- Müsəlmanların çoxunun əməl etdiyi işlərə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər)” (Yusif 106). 
Abdullah bin Əmrdən -Allah ondan və atasından razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurur: 
“Ümmətim yetmiş üç firqəyə (millətə, təriqətə) ayrılacaq. Bir firqə xaricində hamısı cəhənnəmdədir.
(Səhabə): 
- O firqə hansıdır ey Allahın elçisi? deyə soruşdular.
Buyurdu ki:
- Mənim və səhabələrimin yolu üzərində olanlar” (Tirmizi). 
Müvəffəq edən uca Allaha həmd olsun. 
Hazırlayan: Əkrəm Həsənov (İlahiyyatçı, AMEA M. Füzuli adına Əlyazmalar institunun elmi işçisi).
Bakı-2012 Noyabr.

Hiç yorum yok:

Yorum Gönder