19 Mayıs 2013

Fikir (düşüncə) azadlığı sözünü işlətmək olarmı?


Sual belədir:
“Biz tez-tez düşüncə (fikir) azadlığı sözünü eşidir və oxuyuruq. Halbuki bu söz, belə bir ifadə inanc azadlığına bir çağırış və dəvətdir.
Bu barədə sizin mövqeyiniz necədir?
  Cavab belədir:
Bizim bu barədə olan mövqeyimiz budur:
İnsanın istədiyi dinə inanmasını, hər hansısa  bir şəxsin inanc azadlığının olmasını icazəli görən kimsə kafirdir (Bu cavab alimin öz yaşadığı islam ölkəsinin adət-ənənələrinə görə tam uyğun olan bir cavabdır. Biz öz ölkəmizdə nəzərə alaq ki, uzun illər ateizm təbliğ olunub. Buna görə heç də bizim ölkəmizdə bu sözü işlədənlərin hamısına kafir hökmünü verə bilmərik. Ola bilər ki, bir şəxs bu sözü elmi olmadan desin). Çünki Məhəmməd salavatullahın gətirdiyi dindən başqa bir dini mənimsəməyin icazəli olduğuna inanan şəxs, Allahı  inkar edən bir kafirdir. Belə bir şəxsin tövbə etməsi özünə deyilməlidir (Bizdə isə əgər belə deyən şəxsin dini savadı yoxdursa ona ətraflı islam dini barədə məlumat verilməlidir. İslam dinin şərtləri özünə bildirilməlidir. Tamamilə məsələ özünə aydın olduqdan sonra əgər tövbə etməsə, islam dininə görə ölkə islam ölkəsidirsə, ölkədə ölüm hökmü varsa, ölkənin qanunları ilə mürtəd olduğu üçün ona ölüm hökmü verilir. Bunu dövlət başçısı və onun təyin etdiyi səlahiyyətli nümayəndələr həyata keçirirlər. Bizim ölkəmizdə isə hal-hazırda ölüm hökmü yoxdur).
Dinlər, kimlərinsə düşüncə və fikirləri deyildir. Dinlər, Allah təalanın qullarının Onun əmrləri ilə hərəkət etməsi üçün göndərdiyi peyğəmbərlərinə endirilən vəhydir. Bu sözün, yəni “düşüncə azadlığı”, “fikir azadlığı” kimi sözün işlədilməməsi lazımdır. Çünki belə bir söz o mənaya gəlir ki, İslam dini bir düşüncədir. Xristianlıq və Yəhudilik bir düşüncədir. Hamımıza isə çox gözəl məlumdur ki, adlarını qeyd etdiyimiz bu dinlər hansısa bir insanın düşüncəsi deyildir. Həqiqətdə səmavi dinlər, Allah qatından gələn səmavi dinlərdir. İnsan, bunların Allah tərəfindən vəhy olduğuna inanmalıdır. Allahın qulları bununla ONA ibadət edirlər. Bu cür Allah tərəfindən gələn dinlərə “düşüncə”, “fikir” deyilməsi icazəli deyil.
Xülasə olaraq: Bir şəxsin istədiyi dini mənimsəməsinin icazəli olduğuna və bu barədə azad olduğuna inanan şəxs, Allahı inkar edən bir kafir olar.
Çünki Allah Təala bu barədə belə buyurur: “Kim İslamdan başqa bir din axtarsa, (bilsin ki, o din) ondan əsla qəbul edilməyəcək və o, axirətdə ziyana uğrayanlardan olacaq” (Ali İmran, 85).
Allah Təala yenə belə buyurur:  “Şübhəsiz ki, Allah qatında doğru din, İslamdır” (Ali İmran 19).
Bir şəxsin, İslamdan başqa bir dinin icazəli olduğuna və onunla ibadət edilə biləcəyinə inanması düzgün deyil. Əksinə belə bir yalana inandığı vaxt, özünü dindən çıxaran bir küfrlə kafir olduğunu elm adamları açıq şəkildə ifadə ediblər.
Məhəmməd bin Saleh əl-Useyminə verilən suala cavabından tərcümə edib hazırladım.
Hazırlayan: Əkrəm Həsənov.





Hiç yorum yok:

Yorum Gönder