Əbu Hüreyrədən - Allah ondan razı olsun - rəvayət olunduğuna görə, Rəsulullah - səlləllahu aleyhi və səlləm - belə buyurmuşdur:
Allah onu yaratdığı zaman:
- Get, mələklərdən olan bu topluluğa salam ver. Onlar, mələklərdən olan bir birlikdir. Sənə necə salam verəcəklərinə də diqqət et, bu, sənin və nəslinin salamı olacaq, deyə buyurdu.
Adəm:
- Əssəlamu aleykum, dedi.
Mələklər:
- Əssəlamu aleykə və rəhmətullah, deyə cavab verərək “və rəhmətullah” ibarəsini əlavə etdilər.
Rəsulullah - səlləllahu aleyhi və səlləm - buyurdu ki:
- Cənnətə hər girən, Adəmin surətində və boyunda altmış ərşin olaraq girəcək. Ondan sonrakı insanlar, tədricən kiçilmişlər (onun nəsli hər əsr qısalmağa doğru getmişdir)” (Buxari, Müslim).
İmran b. Husayndan - Allah ondan və atasından razı olsun - rəvayət olunduğuna görə, o belə demişdir:
“Bir adam, Nəbi – səlləllahu aleyhi və səlləmə gələrək:
- Əssəlamu aleykum, dedi.
Nəbi - səlləllahu aleyhi və səlləm - adamın salamına cavab verdi (aleykum salam, dedi). Sonra adam oturdu.
Nəbi - səlləllahu aleyhi və səlləm:
- On (yəni ona on savab yazıldı), buyurdu.
Sonra başqa biri gələrək:
- Əssəlamu aleykum və rəhmətullah, dedi.
Nəbi - səlləllahu aleyhi və səlləm - adamın salamına cavab verdi (aleykum salam və rəhmətullah, dedi). Sonra adam oturdu.
Nəbi - səlləllahu aleyhi və səlləm:
- İyirmi (yəni ona iyirmi savab yazıldı), buyurdu.
Sonra başqa biri gələrək:
- Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu, dedi.
Nəbi - səlləllahu aleyhi və səlləm - adamın salamına cavab verdi (aleykum salam və rəhmətullahi və bərəkətuhu, dedi). Sonra adam oturdu.
Nəbi - səlləllahu aleyhi və səlləm:
- Otuz (yəni ona otuz savab yazıldı), buyurdu” (Əbu Davud, Tirmizi).
İslamda salamın, Rəsulullah - səlləllahu aleyhi və səlləmin formalandırdığı bir şəkli vardır. Rəsulullah - səlləllahu aleyhi və səlləm - Allah Təalanın, Adəm -əleyhissalam- və onun nəsili üçün salamı qanuni əmr etdiyini xəbər vermişdir.
Salamın forması, müsəlmanın belə deməsidir:
“Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.
Bu, ən fəzilətli olan şəklidir. Əgər bir müsəlman, yalnız “Əssəlamu aleykum” və ya “Əssəlamu aleykum və rəhmətullah” deyərsə, bu da kifayətdir.
Rəsulullah - səlləllahu aleyhi və səlləm - tam şəkliylə salam verənin otuz savaba nail olacağını da bizə xəbər vermişdir.
Beləliklə bu mövzudan aşağıdakı nəticəyə gəlirik:
1. Salamın sünnət (qanun, yol) olan şəkli; “Əssəlamu aleykum” deməkdir.
2. Bir müsəlman, salama, “və rəhmətullahi” ləfzini əlavə etsə, bu daha fəzilətlidir. Əgər “və rəhmətullahi və bərəkətuhu” ləfzlərini əlavə etsə, bu ən fəzilətlisidir.
3. Salamı, misliylə almaq (salama eynisiylə cavab vermək), fərzdir (mütləq vacibdir). Salama əlavə etmək isə, müstəhəbdir (bəyəniləndir). Xoş gəldiniz və ya hər vaxtınız xeyir, günortanız xeyir və yaxud da buna bənzər ləfzlərlə salama cavab vermək, kifayət deyil.
Hazırladı: Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder