12 Mayıs 2013

“Rəhmətlik” demək olar?

Filankəs mərhum”, “Rəhmətlik”, “Allah onu rəhməti ilə əhatə etsin”, “Allahın rəhmətinə qovuşdu” deməyin hökmü.

Sual:
“Filankəs mərhum”, “Rəhmətlik”, “Allah onu rəhmətiylə əhatə etsin” və “Allahın rəhmətinə qovuşdu” deməyin hökmü nədir?
     Cavab:
“Filankəs mərhum” və ya “Allah onu rəhmətiylə əhatə etsin” və yaxud da “Allahın rəhmətinə qovuşdu” deməkdə bir qorxu yoxdur.
Çünki mərhum”, “rəhmətlik sözü, bir optimizm və ümid ifadəsidir. Xəbər babından bir şey deyil. Optimizm və ümid cinsindən olduğu zaman bu ifadələri istifadə etməkdə heç bir qorxu yoxdur.
Allahın rəhmətinə qovuşdu demək də mənim anladığım qədəriylə bir optimizm və ümid ifadəsidir. Xəbər babından deyil. Çünki bu kimi şeylər qeybi mövzulardır və qəti ifadələr istifadə etmək mümkün deyil.
Eyni şəkildə ölən kimsə üçün Rəfiqil-alaya intiqal etdideyilə bilməz.

Sualı cavablandıran: Məhəmməd b. Saleh əl-Useymin.

Tərcümə edən: Əkrəm Həsənov (ilahiyyatçı, ilahiyyat üzrə doktorluq müdafiəsi ərəfəsində).

Hiç yorum yok:

Yorum Gönder