04 Nisan 2013

Allah təala Öz Peyğəmbərinin sünnətini qoruyur


Məhəmməd peyğəmbərə (səlləllahu aleyhi və səlləm) kömək etməyin yollarından biri də fərdi səviyyədə edə biləcəyimiz məsələlər içərisində Allah təalanın Öz Peyğəmbərinin sünnətini qoruyacağını bilməyimizdir. Necə ki, elm əhlinin əsirlər boyu böyük cəhdləri və əməklərinin nəticəsində bu gerçəkləşmişdir. Elm əhli hədislərin səhihini, zəiflərindən ayırıb açıqlamışlar və bunları geniş şəkildə, ən incəliyinə qədər bir yerə toplayıb gətirmişlər. Həmçinin islam ümməti bu əməyi ilə keçmiş ümmətlərdə olmayan bir böyüklük göstərmişlər. (Bu barədə mən qısa olaraq aşağıdakıları qeyd edərdim: İmam Səxavi (Allah Təala ona rəhmət eləsin) deyir: “Bizə Əbu Abbas yoluyla rəvayət olundu ki, əd-Dəğuli dedi: “Mühəmməd bin Hatim bin Müzəffərdən eşitdim, dedi: “Həqiqətən də Allah bu ümmətə isnad bəxş etməklə yaxşılıq etdi, şərəfləndirdi və onu fəzilətli etdi. Qədim və yeni ümmətlərin heç birinin isnadı yoxdur, o onların əllərində səhifələrdir. Artıq onlar Tövratda və İncildə nazil olunmayan fərqli xəbərlərini öz kitablarına qarışdırdılar. Arasına da doğru olmayan xəbərlər qatdılar. Öz kitablarına qarışdırdıqları doğru olmayan xəbərləri mənbə kimi götürdülər. Tövratda və İncildə nazil olunan fərqli xəbərlərinə heç bir əsası və səhihliyi olmayan xəbərlər qatdılar. Bu ümmət əmanətin və doğruluğun zamanında hədisləri əsli olmayan batil sözlərdən qoruyaraq toplamışlar. Sonra ən güclü bir yoxlama ilə yoxlamış, incələmiş, müzakirə etmiş, hətta əzbər öyrənib hifz etmişlər. Onu tam olaraq doğru bir şəkildə mühafizə edib qorumuşlar. Daha az bir insan qrupundan daha çox bir insan qrupuna çatdırmış, sonra hədisləri iyirmi və daha çox növdə yazmış, onu yalandan və səhvdən təmizləmişlər. Hərflərini hərəkələmiş və dəfələrlə saymışlar. Bu isə bu ümmətə Allaha şükr etmək üçün Allahın bəxş etdiyi ən böyük nemətdir”). Əkrəm Həsənov (ilahiyyatçı, dini ekspert), “Məhəmməd Peyğəmbərə (s.ə.s) kömək etməyin 100 yolu” kitabından alıntı. Dostlarınız arasında yayın ki, Allahın dininə kömək edənlər fərdi olaraq nə edəcəklərini düşünsünlər və dərk etsinlər.

Hiç yorum yok:

Yorum Gönder