02 Nisan 2013

Birdən çox kişi ilə evlənən qadın Cənnətdə hansı ərinin yanında olacaq?

Həyatda olarkən birdən çox kişiylə evlənən bir qadın, öldükdən sonra cənnətdə hansı əri ilə birlikdə olacaq?

Həmd, yalnız Allaha məxsusdır.
Elm əhlinin bu məsələdə üç görüşü (rəvi, fikri) var:
Birincisi: Qadın, dünyada birlikdə olduğu əri ilə (yəni halal nigahında olduğu əri ilə), əxlaq cəhətdən ən gözəl olan əriylə birlikdə olacaq.
Ikincisi: Qadından, dünyadakı ərləri arasından birini seçməsi istəniləcək.
Üçüncüsü: Qadın, nigahında olan vaxt öldüyü son ərinin həyat yoldaşı olacaq.

Bu görüşlərin, rəylərin, fikirlərin doğruya ən yaxın və səhih olanı; üçüncü görüştür. Çünki bu barədə Peyğəmbər -sallallahu əleyhi və səlləmə aid bir hədis vardır.
Peyğəmbər -sallallahu əleyhi və səlləm- bu barədə belə buyub:Hansı qadının, əri ölər və ondan sonra evlənərsə o, cənnətdə (dünyada olan vaxt nigahında öldüyü) son ərinin həyat yoldaşı olar(Albani;Səhihul Cami”; hədis nömrə: 2704. "Silsilətul-Əhadis-Səhihə”, hədis nömrə: 1281).
Yuxarıda qeyd olunan bu görüşlər, xülasə olaraq belədir. Bu görüşlərin detallarına gəldikdə, bunların dəlilləri belədir:
Birinci görüşün dəlili:
Qurtubi -Allah ona rəhmət etsin- belə deyib: “Əbu Bəkir b. ən-Nəccad bunu zikr edərək demişdir ki: Bizə, Cəfət b. Məhəmməd b. Şakir nəql etdi. O, Ubeyd b. İshaq əl-Əttardan nəql etdi. O, Sinan b. Harundan nəql etdi. O, Humeyddən, o da Ənəs b. Malikdən -Allah ondan razı olsun- nəql etdiyinə görə Ənəs b. Malik belə deyib:Ümmü Həbibə -Allah ondan razı olsun- belə dedi:
- Ey Allahın elçisi! Bir qadın, (dünyada) iki dəfə evlənərsə, sonra ölərsə, özü ilə birlikdə (dünyadakı) iki əri də cənnətə girsə, bu qadın, hansının, birinci ərininmi, yoxsa ikinci ərininmi həyat yoldaşı olacaq?
Rəsulullah -sallallahu əleyhi və səlləm- buyurdu:
“- İkisi arasında dünyada olarkən özünə qarşı əxlaqı ən gözəl olanını seçməsi özündən istəniləcək (O da onu seçəcək). Beləcə o kişi, cənnətdə onun həyat yoldaşı olacaq. Ey Ümmü Həbibə! Gözəl əxlaq, dünya və axirətin bütün yaxşılıqlarını özü ilə alıb apardı (geridə bir şey saxlamadı)” (ət-Təzkira Fi Əhvalı-Meyid vəl-Axıra; c: 2, s: 278).
Mən deyirəm ki: Bu hədis, çox zəifdir. Hədisin iki xəstəliyi (zəif olmasının səbəbi) vardır: Bunlar; Ubeyd b. İshaq əl-Əttar və Sinan b. Harundur.
Birincisi: Ubeyd b.İshaq əl-Əttar, çox zəifdir.
İkincisi: Sinan b. Harun da zəifdir.
Hədis alimlərinin Ubeyd b.İshaq əl-Əttar haqqında görüşləri:
Yəhya b. Main belə deyib:
“Ubeyd b.İshaq əl-Əttar; (hədis elmində) heç bir yeri yoxdur”.
Əbu Xatim ər-Razi belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttarda) xeyirdən başqa bir şey görmədik. Lakin güclü yaddaşı olan biri deyildir. Hədisində bəzi münkərliklər vardır” (əl-Cərh vət-Tədil; c: 5, s: 401).
Nəsai; “əl-Cərh vət-Tədil fid-Duafai vəl-Mətrukin”; s: 72-də belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttar) hədisi terk edilmiştir” (Yəni onun hədisi qəbul olunmur).
Zəhəbi Ubeyd b.İshaq əl-Əttar haqqında belə deyib:
“Yəhya b. Main onu zəif saymışdır”.
Buxari belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttarın) hədislərində münkərliklər vardır”.
əl-Əzdi belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttar) hədisi terk edilmişdir”.
Daraqutni belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttar), zəifdir”.
Əbu Xatimə gəlincə, ondan (Ubeyd b.İshaq el-Əttardan) razı olmuşdur.
İbni Adiyy belə deyib:
“(Ubeyd b.İshaq əl-Əttarın) rəvayət etdiyi hədislərin hamısı münkərdir (yəni inkar olunandır)” (Baxın: Mizanul-Etidal; c: 5, s: 24).
İbni Ədiyy yenə belə deyib:
“Bu hədis, onun rəvayət etdiyi münkərlərdən biridir” (əl-Kamil; c: 5, s: 347).
İbni Adiyy sonra belə deyir:
“Rəvayət etdiyi hədislərin hamısı, ya sənədi, ya da mətni münkərdir (inkar olunandır. Bu o deməkdir ki, nə mətndə, nə də sənəd də düzgünlük yoxdur)”
Sinan b. Haruna gəldikdə isə alimlər onun haqqında belə deyiblər:
İbni Hibban belə deyib:
"(Sinan b. Harun), hədisi çox münkərdir. Münkər hədisləri də, meºhur kəslərdən rəvayət edər..."
Yəhya b. Main belə deyib:
"Sinan b. Harun el-Bərcəminin hədisi, (hədis elmində) heç bir şey sayılmır” (əl-Məcruhin; c: 1, s: 354).
əl-Aqili Sinan b. Harun üçün bu hədisi zikr edib, belə deyir:
“Buna görə də onun hədisinin, dəlil olaraq göstərilməsi doğru olmaz. Çünki o, çox zəifdir. Bu səbəblə bu söz, yararsızdır” (əd-Duafa; c: 2, s: 171).
İkinci görüş: Qadından, dünyadakı ərləri arasından birini seçməsi istənilir.
Bu görüşdə olanın hər hansısa bir dəlinini görə bilmədim.
“ət-Təzkirə Fi Əhvalı-Meyid vəl-Axıra”; c: 2, s: 278-də bu məsələ qeyd olunmuş, sonra da belə deyilmişdir:
“Qadın, əgər əri var idisə (dünyada evlenmişdirsə) ərini seçməsi özündən istənilər”.
əl-Acluni belə deyib:
“.... deyildi ki: Əxlaqı ən gözəl olanla birlikdə olar! Yenə deyildi ki: Özündən, dünyadakı ərləri arasından birini seçməsi istənilər” (Kəşful-Hafa; c: 2, s: 392).
Dəyərli alim Məhəmməd b. Saleh əl-Useymin də fetvalarında bu görüşü seçmişdir (c: 2, s: 53).
Üçüncü görüşə gəldikdə isə onların bu barədə bir çox dəlilləri vardır:
a). İmam Təbərani belə deyib:
“Bəkr, Məhəmməd b. Ebis-Səri əl-Əsqalanidən, o, Vəlid b. Müslimdən, o, Əbu Bəkr b. Abdullah b. Əbi Məryəmdən, o, Atiyyə b. Qeys əl-Qulaidən bizə xəbər verdiyinə görə, Müaviyə, Əbu Dərdanın vəfatından sonra Ümmü Dərda ilə evlənmək istədikdə Ümmü Dərda ona belə cavab verib:
- Mən, Əbu Derdanın, Rəsulullah -sallallahu aleyhi və səlləmin ona belə deməsini eşitdiyini mənə deyərkən eşitdim,:
Hansı qadının əri ölərsə və ondan sonra evlənərsə o, cənnətdə (dünyada olarkən nigahında öldüyü) son ərinin həyat yoldaşı olacaq”. Bu səbəblə mən, səni Əbu Dərdaya dəyişə bilmərəm.
Bu sözdən sonra Müaviyə, Ümmü Dərdaya məktub yazaraq belə deyib:
“- Onda oruc tut! Çünki, oruc, şəhvəti qırar (söndürər, öldürər)”(əl-Mucəmul-Əvsat; c: 3, s: 275).
Mən deyirəm ki: Bu hədisin iki xəstəliyi (zəif olmasının səbəbi) var: Bunlar; Əbu Bəkr b. Əbi Məryəm ilə Velid b. Müslimin, sənədinin digər qismində bu hədisi rəvayət etməsini açıqca zikr etməməsidir.
Hədis alimlərinin görüşləri:
İbn Hibban belə deyib:
“Əbu Bəkr b. Məryəm, Şam əhlinin ən xeyirli kimsələrindəndir. Lakin özü, əzbəri pis idi. O, mənim yanımda, bir şeyi rəvayət edəndə şübhəyə düşən biri olmadığı üçün metruk (özündən hədis qəbul olunmayan) biri deyil. Amma sika (güvənilən) şəxslərin izlədiyi yolu izləyən biri olmadığı üçün də hədisi tək başına rəvayət etdikdə hədisi dəlil, sübut kimi qəbul edilən biri deyil” (əl-Mecruhin; c: 3, s: 146).
Vəlid b. Müslimin tədlisinə (eyibi gizlətməsinə) gəlincə, o, “Nizamlama Tedlisi” mövzusunda məşhurdur. Bu tədlisə görə, iki sika (güvənilən) arasında olan zəif ravinin (hədis rəvayət edəni) adını zikr etməməkdir. Buna görədir ki, alimlər, bu cür öz üzərində çalışan kəslərə bunu şərt qoşublar: Rəvayətindən sonra sənədin hər sahəsində açıq-aşkar rəvayət etdiyini söyləməsi, deməsi, zikr etməsidir.
Baxın: (Sibt b. əl-Əcminin; “ət-Təbyin li Əsmail-Mudəllisin”; s: 235 ilə Hafız İbni Həcərin; Tabaqatul-Muhaddisin"; s: 51).
  b). İmam Əbuş-Şeyx əl-İsbahani belə buyurur:
“Əhməd b. İshaq əl-Cövhəri, İsmail b. Zuraradan, o, Əbul-Məlih ər-Rikkidən, o, Meymun b. Mehrandan, o, Ümmü Dərdadan, o da Əbu Dərdadan bizə xəbər verdiklərinə görə, Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə buyurub:
“Şübhəsiz qadın, (cənnətdə, dünyada olarkən nigahında öldüyü) son ərinin həyat yoldaşı olacaq” (Tabeqatul-Muhaddisin bi İsbahan; c: 4, s: 36).
Mən deyirəm ki: Bu hədisin raviləri, bilinən sika (güvənilən) kimsələrdir. Lakin Əhməd b. İshaq əl-Cövhərinin bioqrafiyasını tapmadım. Ancaq Əbuş-Şeyxin özü, bu hədisi, həsən (yaxşı) hədislərdən saymışdır.
Əgər bu hədis, deyildiyi kimidirsə, bu məsələdə sənədi ən təmiz olan hədisdir. Yenə də ən yaxşısını Allah Təala bilir.
  c). əl-Xatib əl-Bağdadi belə deyib::
“Səmura b. Həcər, Ənbara yaşamaq üçün gedən Əbu Həcər əl-Xorasanidən, o Həmzə b. Əbi Həmzə ən-Nuseybi, Əmmar b. Ata əl-Xorasani və Rəbi b. Bədr b. Bədri, o, İshaq b. Bəhlul ət-Tənəvhidən, o, Əli b. Əbi Əlidən, o, Əbu Ğanim Məhəmməd b. Yusuf el-Əzrakdan, o demişdir ki: Atam bizə babasından, o, Səmura b. Həcər Əbu Həcər əl-Xorasanidən, o Həmzə ən-Nusaybidən, o, Əbu Muleykədən, o da Aişədən -Allah ondan razı olsun- bizə nəql etdiklərinə görə, Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə buyurubdur:
Şübhəsiz ki, qadın, (cənnətdə, dünyada olarkən nigahında öldüyü) son ərinin həyat yoldaşı olar” (Bağdad Tarixi; c: 9, s: 228).
  Mən deyirəm ki: Bu hədis, çox zəifdir. Hədisin raviləri arasında Həmzə ən-Nuseybi vardır ki, bu şəxs çox zəifdir.
Hədis alimlərinin Nəsai Həmzə ən-Nuseybi haqqında olan görüşləri:
İmam Nəsai Həmzə ən-Nuseybi haqqında belə deyib:
“Hədisi mətrukdur (yəni, terk edilmişdir)” (“əd-Duafa vəl-Mətrukin”; s: 39).
İmam Əhməd Həmzə ən-Nuseybi haqqında belə demişdir:
“Hədisi mətrukdur (atılmıştır, qəbul edilməmişdir).
Yəhya b. Main Həmzə ən-Nuseybi haqqında belə deyib:
“Heç bir şey deyildir. Bir quruş belə etməz”.
Buxari və Razi, Həmzə ən-Nuseybi haqqında belə deyibdir:
“Hədisi münkərdir”.
Nəsai və Daraqutni, Həmzə ən-Nuseybi haqqında belə deyiblər:
“Hədisi mətruqtur (tərk edilmişdir)”.
İbni Adiy Həmzə ən-Nuseybi haqqında belə deyib:
“O, hədis uydurur."
İbni Hibban Həmzə ən-Nuseybi haqqında belə deyib:
“Uydurma hədisləri sikalardan (güvənilən hədislərindən) ayrılır. Belə ki, sanki o uydurma hədislərin ustadı kimidir. Bu səbəblə ondan hədis rəvayət etmək, halal olmaz” (Baxın: İbni Cevzi; “ət-Duafa vəl-Mətrukin”; c: 1, s: 237).
d). Beyhaqi Həmzə ən-Nuseybi haqqında belə deyibdir:
“Məhəmməd b. Abdullah əl-Hafızdən, o, Əbul-Abbas Məhəmməd b. Yaqubdan, o, Yəhya b. Əbi Talibdən, o, İshaq b. Əbi Talibdən, o, İshaq b. Mənsurdan, o, İsa b. Əbdürrəhman əs-Sələmidən, o, İshaqdan, o, Silədən, o da Hüzeyfədən -Allah ondan razı olsun- bizə xəbər verdiyinə görə Hüzeyfə xanımına belə deyibdir:
Cənnətdə həyat yoldaşım olmaq istəyirsənsə, məndən sonra evlənmə! Çünki qadın, cənnət dünyada olarkən nigahında öldüyü son ərinin həyat yoldaşıdir. Bunun üçündür ki, Allah Təala Peyğəmbər -sallallahu əleyhi və səlləmin həyat yoldaşlarına özündən sonra evlənmələrini onlara haram etmişdir. Çünki onlar, Peyğəmbər –səllallahu aleyhi və səlləmin cənnətdəki həyat yoldaşlarıdır” (Sünən, c: 7, s: 69. Silsilətul-Əhadisis-Səhihə”, hədis nömrə: 1281).
  Mən deyirəm ki: Bu hədisdə İshaq əs-Subeyhi vardır ki o, həm müdellis, həm də hədisləri qarışdırmışdır. Bu səbəblə bu əsər, zəifdir.
Hədis alimlərinin görüşləri:
Baxın: Tarablusinin; “İhtilat ilə İddiham Edilənlər”, s: 64 və Ibn-i Həcərin: “Tabaqatul-Mudəllisin", s: 42.
Albani  “Silsilətul-Əhadisis-Səhihə”, hədis no:1281də səhih olduğunu müəyyən etmişdir.
e). İbni Əsakir, İkrimədən rəvayət etdiyi əsərə görə İkrimə belə deyib:
Əbu Bəkrin qızı Əsma -Allah ondan və atasından razı olsun-, Zübeyr b. Avvamın nigahında idi. Zubeyr də ona qarşı çox sərt idi. Bu səbəblə (bir gün) atasının yanına gəldi və onu atasına şikayət etdi. Bunun üzərinə Əbu Bəkr: Qızım! Səbr et! Çünki əgər qadının saleh bir əri varsa, sonra o əri vəfat edərsə, qadın ondan sonra evlənməzsə, ikisinin arası cənnətdə birləşdirilər (Allah Təala ikisini cənnətdə bir yerə gətirər)”.
Albani -Allah ona rəhmət etsin- bu əsər haqqında belə deyib:
“Hədisi rəvayət edənlər güvənilən şəxslərdir. Ancaq bu əsər mürsəldir. Çünkü İkrimə, Əbu Bəkri görməmişdir. Ancaq İkrimə, Əbu Bəkrin qızı Əsmadan hədisi almış ola bilər. Yenə də ən yaxşısını Allah Təala bilir” (Silsilətul-Əhadisis-Səhihə”, c: 3, s: 276).
Xülasə olaraq bunu deyə bilərik:
- Qadın, dünyada özüylə birlikdə (onun nigahında) ikən əxlaq cəhətdən ən gözəl olan əriylə birlikdə olar, görüşünün hər hansısa bir səhih dəlili yoxdur.
- Qadın, dünyadakı ərləri arasından birini seçər, görüşünün də hər hansı bir dəlili qətiliklə yoxdur.
- Qadın, nigahında ikən öldüyü son ərinin həyat yoldaşı olar, görüşü, doğruya ən yaxın olan görüşdür. Bunun da səbəbi; Ümmü Dərdanın rəvayət ettiyi həsən hədisinin mərfu olması və bunu etibarlı edən HüzeyfəƏsmanın rəvayət etdiyi hədislərdir. Bu iki əsər, mərfu hədisə qüvvət qazandırmaq və bu görüşün mötəbər bir təməli olduğunu açıqlamaq üçün kifayətdir.
Dəyərli alim Albani Silsilətul-Əhadisis-Səhihə”, nöm: 1281də hədisin səhih olduğunu bildirmişdir.
- Bu hədis, hər bir halda bizə öz görüşümüzdən daha sevimli gəlməkdədir.
Yenə də ən yaxşısını Allah Təala bilir.
Allahım! Məhəmmədə, ailəsinəsəhabələrinə bizdən salam çatdır. Amin!

Tərcümə edib hazırlayan:
Əkrəm Bəhram oğlu Həsənov (AMEA M. Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi, ilahiyyatçı alim).
Əsərin müəllifi: Şeyx Məhəmməd Saleh əl-Muneccid
Türk dilinə tərcümə: IslamQa
Koordinasiya: Islamhouse Saytı
Bakı - 2013 - 1434



Hiç yorum yok:

Yorum Gönder