Allah Təala,
Quranın mənasını istədiyi şəkildə şərh
etməyi, açıqlamağı, izah etməyi, insanlara bəyan etməyi Öz Üzərinə götürmüş və
bunu insanların zövqlərinə və fikirlərinə buraxmamışdır:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!” (Qiyamət surəsi, 19).
Allah Təala bu barədə yenə belə
buyurur:
“Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini
inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər
və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək.
(Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba
layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab
qazansınlar)” (Əl-Ənam 105).
Allah Təala bu barədə yenə belə
buyurur:
“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən)
açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki,
insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə,
onlar da düşünüb dərk edələr!” (Ən-Nəhl 44).
"Zəlalətə düşməkdən insanı qoruyan iki əsas" kitabından. Ərəb-dilindən tərcümə edib hazırlayan:
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder