Allah Təala,
Quranın ləfzini (kəlimələrini) dəyişdirilməkdən, nöqsanlaşdırılmaqdan və əlavə
edilməkdən qorumuşdur:
Allah Təala bu barədə belə
buyurur:
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər
cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Əl-Hicr
surəsi 9).
Allah Təala yenə bu barədə belə
buyurur:
“Bu Quran
Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən
uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən
kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən
nazil edilməsinə heç bir şübhə yoxdur” (Yunus surəsi 37).
Allah Təala bu barədə yenə də belə
buyurur:
“(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu
Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini
gətirə bilməzlər” (Əl-İsra 88).
Allah Təala bu barədə yenə belə
buyurur:
“Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” - deyirlər.
(Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin
və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın” (Hud
surəsi 13).
Allah Təala buyurur:
“Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər
doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə
gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (Yunus surəsi 38).
"Zəlalətə düşməkdən insanı qoruyan iki əsas" kitabından. Ərəb-dilindən tərcümə edib hazırlayan:
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder