Allah Təala,
Quranın mənasını dəyişdirəni və ya başqa bir mənanın yerinə digər məna qoyanı əzabla
təhdid etmişdir:
Allah təala buyurur:
“O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Əgər
o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq
şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Və heç
biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Əl-Haaqa 43-47).
Allah Təala bu barədə yenə belə
buyurur:
“(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə
istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy
etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə
dost tutacaqdırlar. Əgər Biz sənə səbat verməsəydik, yəqin
ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı təqdirdə) sənə
həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım
edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)” (Əl-İsra 73-75).
"Zəlalətə düşməkdən insanı qoruyan iki əsas" kitabından. Ərəb-dilindən tərcümə edib hazırlayan:
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder