23 Kasım 2012

Allah təala Qurana və Peyğəmbərə tabe olmağı əmr edir.

Allah Təala, Qurana təslim olub, tabe olmağı əmr etmişdir:
Allah Təala belə buyurur:
“Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi 155).

- Allah Təala, Peyğəmbər –səllallahu aleyhi və səlləmə tabe olmağı, itaət etməyi əmr etmişdir:
Allah Təala buyurur:
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Araf surəsi 158).
Allah Təala bu barədə yenə belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”” (Ali İmran, 31).
-Allah təala, Quran və sünnəyə itaət edib, tabe olmağı əmr etmişdir. Çünki Quran və sünnənin özü  qorunmuşdur, hər ikisinə itaət edib, tabe olan kimsəni də azğınlığa, zəlalətə, pozğunluğa düşməkdən qoruyar. 

"Zəlalətə düşməkdən insanı qoruyan iki əsas" kitabından. Ərəb-dilindən tərcümə edib hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...

Hiç yorum yok:

Yorum Gönder