13 Ekim 2012

Yeni Azərbaycan Partiyası islama daha yaxındır.


Allah təala bizləri fitnədən və fitnə əhlindən qorusun. Amin! Həqiqətən də bəzi insanlar var ki, onlar özləri nəsə faydalı olacaq bir yazı, maraqlı dəvət üslubu haqqında təkliflər, digər müsəlmanlara hansısa dəvət işlərində kömək etmək əvəzinə, faydasız vaxt itirməklə yanaşı, fayda verən insanların vaxtını belə əllərindən almağı bacarırlar. Belə ins
anlar söz deyirlər, lakin sözlərini rəsmi şəkildə sübut etmirlər. Çünki dedikləri sözləri özləri də bilir ki, yalan, böhtan və hansısa islam dəvətçisinə qarşı yönəlmiş sözlərdir. Bununla bu cür insanlar cəhalətliklərini ortaya qoyurlar. 

Əziz müsəlmanlar, hansısa dindən dönən, kafirliyi təbliğ edən müxtəlif cür partiyalara aid alimlərin fətvasını bir yerə cəm edib həmin fətvaları içərisində müsəlman olan partiyalara aid etmək böyük bir yalnışlıqdır. Belə etmək həmin partiyaya üzv olan digər müsəlmanların haqqına girmək, onlar haqqında yalnış fikirlər formalaşdırmaqdır. Belə etməklə yer üzərində fitnə-fəsad törənər, müsəlmanlar arasında ayrı-seçkilik yaranar. Müsəlmanlar bunu başa düşməlidirlər ki, kiminsə hansı partiyaya mənsub olmasının onun etiqadına, əxlaqına, dininə, dilinə, rənginə, elminə, şəxsiyyətinə, əməlinə təsiri azdır, demək olar ki, təsiri yoxdur. Hətta bunların içərisində ən vacib deyərdim ki, imanına təsiri azdır. İmanı azaldan və artıran səbəblər arasında hansısa partiyaya üzv olmaq durmur. İmanı azaldan və artıran səbəblər arasında insanın imanına uyğun əməlləri edib etməməsi durur. Əgər bir insan günahlardan çəkinirsə, haramlara meyl etmirsə, Allaha ibadətlərini və iaətlərini gücü çatan qədər yerinə yetirirsə o insanın tədricən imanı artır. Onun hansısa partiyaya üzv olmasının əxlaqına və imanına təsiri yoxdur. Əxlaqa və imana təsir edib azaldan müsəlmanın günahlar etməsi, haramlar etməsi, yaxşı əməllərini tədricən azaltması və tərk etməsidir. Əxlaqa və imana təsir edib çoxaldan isə saleh əməllərinin çox olması, günahlardan daima tövbə edib çəkinmək, haramlar etməmək, qohumlarla sıx əlaqə saxlamaq, gücü çatan qədər namazlarını məsciddə camaatla qılmaq və s. çoxlu yaxşılıqlar etməkdir. 
Son vaxtlar bəzi radikal müsəlmanları narahat edən mənim Yeni Azərbaycan Partiyasına 1998-cü ildən Təsərrüfat Hesablı Tikinti Quraşdırma İdarəsində -də fəhlə işləyəndən üzv olmağımdır. Xatırlatmaq istəyirəm ki, o partiyaya üzv olmağım ruzimin azalmasına və artmasına, imanımın azalmasına və artmasına heç bir təsir göstərmir. Əksinə müsbət nəticələr daha çox olur. Bilməyənlər üçün xatırladıram ki, Yeni Azərbaycan Partiyasının əksər üzvləri müsəlmanlardır. Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələrindən ən əhəmiyyətlisi də budur ki, şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək etməkdir. Bunun içərisində millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaq daha qabarıq şəkildə bu partiyanın islam dininə olan böyük hörmətini göstərir. Eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etmək, bütün dünyada sülhün, dövlətlər, xalqlar arasında əməkdaşlığın inkişafına və Azərbaycanın dünya birliyində layiqli təmsil olunmasına çalışmaq, beynəlxalq normalara hörmətlə yanaşmaq, dünya sivilizasiyasının nailiyyətlərindən geniş istifadə etmək kimi yüksək keyfiyyətlərin hamısı bu partiyada özünü açıq şəkildə təcəssüm etdirir. Bu da ondan xəbər verir ki, biz deyək ki, üzv olduğumuz Yeni Azərbaycan Partiyası digər partiyalardan daha üstün, daha şəffaf və islama daha yaxındır.  

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...


Hiç yorum yok:

Yorum Gönder