Azərbaycan-dilində övladı
olan qadına ana deyilir. Ana məhəbbəti, Mehriban ana, Anasına bax, qızını
al! Öz balalarına nisbətən heyvan, balası olan heyvana balası olduğu üçün
özünə anası deyilir. Quzular analarını əmirlər. Yaşlı qadına müraciət
etdikdə də bizdə ana sözü işlənir. Ana, bir az su verin. Bir şeyin əsas
qismi, kökü mənasında da ana sözü işlənir. Məsələn: Ana çay, Ana zoğ, Ana
dili və s.
“Umm” sözü ərəb-dilində
“uşağın özündən doğulduğu qadın (validə) kimi məşhur mənasından başqa daha
ümumi olaraq, hər hansısa bir əşyanın başlanğıcında və ya varlığında,
yetişdirilməsində və yaxşılaşdırılmasında əsas ünsürü ifadə edir. Xəlil ibn
Əhmədə görə hər hansısa bir məsələdə daha sonra gələnlərin özünə bağlı olduğu
hər bir şeyə “umm” deyilir. Necə ki, bütün elmlərin qaynağı olan Lövhü-Məhfuza
“Ummul-Kitab” deyilmişdir (Rağib əl-İsfahani, əl-Mufradat). “Şübhəsiz ki, o, yanımızdakı Ana
Kitabdandır. O, ucadır, hikmətlə doludur” (Zuhruf surəsi 4).
Qurani Kərimdə ana sözünün
əvəzinə validə sözü də işlənmişdir. Validə sözü bir çox ayələrdə keçir. Əhzab
surəsinin 6-cı ayəsində Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun)
xanımları möminlərin anaları olaraq göstərilmişdir. Ayəni oxuyaq: “Peyğəmbər möminlərə onların özlərindən
daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini
sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs
onlarla evlənə bilməz)” (Əhzab surəsi 6).
İslam hüququna görə ana
baxımından bir uşağın nəsəbi, özünü dünyaya gətirən qadınıa təsbit edilir. Buna
görə də başqa bir şərtə ehtiyac olmadığı kimi bir qadının dünyaya gətirdiyi,
doğduğu uşağı rədd etməsi mümkün deyil.
Ana insanın dünyaya gəlməsi
üçün böyük bir səbəbdir. Dünyaya gəlməyimizdə böyük əziyyətləri olan
analarımızın haqqını nə qədər etsək də ödəyə bilmərik. Ananın haqqının böyük
olmasını Allahın Rəsulu belə xəbər vermişdir: ... İbrahim ibn Abdullah
əl-Həkəmi, Muhamməd bin Abdullah əl-Ənsaridən, Əbu Asim ən-Nəbildən (Allah
hamısından razı olsun), dedilər:
- Bizə Bəhz ibn Həkim atasından, o da
babasından belə dedi:
- Dedim:
- Ya Rəsulullah! Kimə daha
çox yaxşılıq edim?
Dedi:
- Anana!
Dedim:
- Sonra kimə?
Dedi:
- Sonra
anana! Sonra atana! Sonra daha yaxından olanlara, sonra ondan sonra olan
yaxınlarına!
Gördüyümüz kimi Allahın
Rəsulu (ona və ailəsinə salam olsun) anamıza xüsusi olaraq iki dəfə diqqət
yetirməyimizi bizə tövsiyə edir. Əlbəttə atanın haqqı da böyükdür və bu yazıda
sadəcə anaya aid fəziləti qeyd etdim.
Əkrəm Həsənov
(ilahiyyatçı).
Hiç yorum yok:
Yorum Gönder