AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR
№ 198
Bakı şəhəri, 7 dekabr 2011-ci il
2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19,20 avqust Ramazan bayramı, 25, 26 oktyabr Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Dəqqət! Bəzi özünə aid işlərlə məşğul olmayanların nəzərinə: Ey özünü ağıılı hesab edib hansısa fətvanı bir şəxsin üstünə atanlar! Allah rizası üçün bir az ədalətli olun! Heç bir şəxs, istər Nazirlət Kabineti olsun, istər hansısa qurum olsun tək fətva vermir. Bizdə elmi şəkildə ayın hansı gün görsənməsi haqqında məlumat Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə və Qafqaz müsəlmanları İdarəsinə göndərilir. Onlar da bu elmi, dəqiq məlumata əsasən bayramın hansı günə düşməsini təyin edirlər. Həm Elmlər Akademiyasında, həm Nazirlər Kabinetində, həm də Qafqaz Müsəlmanları İdarəsində bu sahədə çalışan tövhid əhli müsəlmanlardır. Allah rizası üçün bu cür məsələrərə siz qarışmayın. Nə vaxtsa sizlərdən birinizə fətva vermək icazəsi verilsə onda dini bayramlar baqqındə fətva verərsiniz, ya da sizə söz demək səlahiyyəti verilsə etiraz edərsiniz.. Hal-hazırda sizə düşən öz işinizlə məşğul olmaqdır. Bunu faydalı olması niyəti ilə yazdım.
Hiç yorum yok:
Yorum Gönder