03 Eylül 2012

Müsəlmanın qara sarğısı - Media Forum


Qola qara bağlamaq haqqında İlahiyyatçı Əkrəm Həsənov belə ənənələri batil inanc sisteminin tərkibi hesab edib: “İslam bu cür inancları qəbul etmir. İnanclara görə, qara parçalar ələ iki məqsədlə bağlanır. Bəziləri bunu imamlara yas saxlamaq məqsədilə edir. Halbuki imamların cənnətə getdiyi hesab olunur, islam dini onlara yas saxlamağı qəbul etmir.
Bəziləri isə arzusunun, niyyətinin həyata keçməsi istəyi ilə əlinə qara parça bağlayır. Guya parça qırılanda şəxsin tutduğu arzu da gerçəkləşəcək. Bu da islama görə, düzgün yanaşma, düzgün inanc deyil. Dinimiz insanın başına gələn hər şeyin onun taleyində yazıldığını deyir. İnanclarla nəyisə dəyişmək mümkün deyil. Ona görə də belə ənənələr mövhumatçılıqdan, islamı düzgün anlamamaqdan, Allaha inamın düzgün formalaşmamasından irəli gəlir, batil inanclar adlanır.
Bəşəriyyət yaranandan batil inanclar olub, indi də var. Amma islam dininin, peyğəmbərlərin məqsədi insanları bu cür inanclardan yayındırmaq, tək Allaha inanmağa çağırışdan ibarət olub. Təəssüf ki, hələ də belə inancların arxasınca düşənlər, bu ənənələri davam etdirənlər var”.

Hiç yorum yok:

Yorum Gönder