Salam aleykum va rahmatullahi va barakatuhu. Hörmətli müsəlmanlar!
Mahmud Kaşğari, “Divanu luğat-it-türk”, 4 cilddə, Tərcümə və nəşrə
hazırlayan Ramiz Əsgər, Bakı- “Ozan” -2006, səh 357-də “türk” sözünün
tərcüməsində deyir:
“Türk: əleyhissalam Nuhun oğlunun adıdır. Bu ad Nuh oğlu türkün
övladlarına tanrının verdiyi addır. Ulu Tanrının bir ayəsində
هل اتى على الانسان حين من الدهر
“insan” sözü “adəm”
mənasında işləndiyi üçün burada yalnız tək bir adam bildirir.
لقد خلقنا الانسان في احسن تقويم
ثمﱠ رددناه اسفل سافلين
ayəsindəki insan sözü çoxluğu,
yığını bildirən bir isimdir. Çünki təkdən bir şey çıxarmaq olmaz, burada da
elədir. “Türk” sözü Nuhun oğlunun adı kimi işləndikdə tək bir adamı bildirir,
övladlarının adı olanda “bəşər” sözü kimi çoxluq və cəm bildirir. Bu söz tək və
cəm yerində işlənir. Necə ki, Rum sözü əleyhissalam İshaqın oğlu İysu, İysunun
oğlu Rumun adıdır. Onun övladları da bu adla anılmışlar. Türk sözü də belədir.
Biz “ad olaraq Türkün adını
ulu Tanrı özü vermişdir” dedik. Çünki bizə əhli mübarəkdən Şeyx və İmam
əl-Hüseyn ibn Xələf əl-Kəşğari (Tarixi məlumatlara görə bu mübarək zat Mahmud
Kaşğarinin müəllimi olmuşdur) dedi, ona da ibn Əbi-d-Dünya adı ilə tanınan
əş-Şeyx Əbu Bəkr əl-Mufid əl-Cərcaninin “əl-Müəlləf fi axir əz-zəman” [“Axır
zamana dair”] adlı kitabından peyğəmbərə (səlləllahu aleyhi və səlləm)
istinadən bir hədis rəvayət etmişdir. Həmin hədis belədir: “Ulu Tanrı “mənim
bir ordum vardır, ona türk adı vermişəm. Bir millətə acığım tutsa, türkləri
onun üzərinə müsəllət edərəm” deyir.” Bu, türklərin bütün insanlara nəzərən
üstünlüyüdür. Çünki adı onlara Tanrı özü vermişdir, onları yer üzünün ən yüksək
yerində, havası ən təmiz ölkələrdə yerləşdirmiş və onlara “öz ordum” demişdir.
Bununla bərabər türklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyüklərə
ehtiram, sözündə bütövlük, təvazökarlıq, igidlik və mərdlik kimi hər biri
saysız hesabsız, tərifə layiq olan ərdəmləri zikr etməyə ehtiyac yoxdur.
Hörmətli müsəlmanlar! Bu barədə və burada zikr olunan hədis barədə nə
bilirsiz və bu yazıya olan münasibətinizi bilmək istərdim. Eyni zamanda Kaşğari
adlı alimi tanıyıb tanımamağınızı da burada müzakirə edə bilərik. Salam aleykum
va rahmatullahi va barakatuhu.
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder