25 Ağustos 2012

:: İMAM MALİK və (azğın) SUFİLƏR ::


İmam əl-Qazi İyad (rahiməhullah) ət-Tinnisi`dən belə rəvayət edir:
 
 
"Bir gün İmam Malik`in yanında idik. Tələbələri də, orada idi.. Nuseyb`in millətindən bir nəfər belə dedi:
 
- Biz tərəflərdə "sufiyyə" deyilən bir topluluq var, çox yeyirlər, sonra qəsidələr oxumağa başlayırlar və qalxıb rəqs etməyə başlayırlar..
 
İmam Malik:
 
- Onlar uşaqdırlarmı? -deyə soruşdu. Cavab:
- Xeyr.. -olduqda, İmam Malik: 
 
- Yaxşı, onlar məcnundurlar (məcnun-dəli)? -deyə soruşduqda həmin adam:
- Xeyr, onlar şeyxlərdir və ağıl sahibidirlər. -deyə cavab verdi.
 
 
Bunun üzərinə İmam Malik (rahiməhullah) belə buyurdu:
 
- İslam əhlindən heç kəsin belə bir əməl etdiyini eşitməmişəm.
 
Həmin adam belə dedi:
 
- Onlar yeyirlər, sonra ayağa qalxıb rəqs edirlər, bəziləri isə üzlərinə, başlarına vururlar.

İmam Malik gülümsündü, sonra isə qalxıb evinə getdi.
 
İmam Malik`in tələbələri həmin adama belə dedilər:
 
- Dostumuza, şeyximizə uğursuzluq gətirdin.. Biz 30 ildir ki, İmam Malik`in məclisində otururuq, bu gündən başqa heç vaxt güldüyünü görmədik..."
 
 
 
_________________________________________
Qazi İyad, "Tərtibu`l-Mədərik" ﴾2-ci cild, səh: 54﴿

Tərcümə: Ayxan Yaquboğlu.

Hiç yorum yok:

Yorum Gönder