Sual:
Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin
və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən
yatmağa davam edirsə onun hökmü nədir?
Cavab: Bu sual iki məna daşıyır:
Birinci adam bütün gününü yatmaqla
keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları
vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına
getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu
naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın
timsalındadır. O,
Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.
Ikinci adam oyanıb fərz
namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu
xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua
etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm
etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa
vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və
rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə
mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf
etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan:
kondisioner və s. - nemətlər vermişdir.
(Şeyx: İbn Useymin).
Hiç yorum yok:
Yorum Gönder