Sual:
Bəzi cavanlar (Allah onlara hidayət versin!)
Ramazan ayında və qeyri vaxtlar namaz qılmaqda tənbəllik edir, lakin orucu isə
necə lazımdır elə də tuturlar. Susuzluq və aclığa davam gətirirlər. Siz onlara
nə tövsiyə edərdiniz və onların oruclarının hökmü nədir?
Cavab: Mənim onlara
tövsiyəm o olar ki, qoy onlar öz-özlərində düşünsünlər və bilsinlər ki, namaz
şəhadətdən sonra islamın ən əhəmiyyətli əsasıdır. Kim namaz qılmır və laqeydlik
üzündən onu tərk edirsə mənim qane olduğum iki rəydən birinə görə o küfr etmiş
olur. Ona görə də qoy həmin insanlar Allahdan qorxsunlar və namazlarını
qorusunlar. Onları vaxtlı-vaxtında müsəlman camaatla qılsınlar. Allahın
köməkliyi ilə mən zamin dururam ki, əgər onlar belə etsələr onda Ramazan ayında
və ondan sonra da daima qəlblərində həqiqi namaz istəyinə nail olacaqlar. Əgər
bir insan öz Rəbbinə qayıdar, sığınar və Ona həqiqi tövbə edərsə, tövbəsi onun
üçün əvvəlkindən daha da xeyirli ola bilər. Belə bir hadisə haqda Allah təalə Adəmi nümunə
olaraq xatırlatmışdır. Adəm qadağan olunmuş ağacdan yedikdən sonra tövbə edib buna
nail olmuşdu: "sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə
yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi."
(Taha: 122).
(Şeyx: İbn Useymin).
Hiç yorum yok:
Yorum Gönder