06 Ağustos 2012

Heyvanı kəsərkən “Bismilləh” deyib-demədiklərini bilmədiyimiz əti yeməyin hökmü.


Şeyx Muhəmməd ibn Salih əl-Useymin buyurur:

- Buxari “Səhih” əsərində Aişədən (radıyAllahu anhə) rəvayət edir ki, o demişdir:
- Bir toplum insan Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yanına gəlib dedi:

- Ya Rasulullah! Tayfa camaatı bizə ət gətirdilər. Lakin heyvanı kəsərkən “Bismilləh” deyib-demədiklərini bilmirik.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
- SİZ “BİSMİLLƏH” DEYİN VƏ YEYİN!

(Aişə) dedi: Onlar küfrdən yenicə ayrılmışdılar!
[Buxari, 2057]
Bu məsələdə biz ətdən imtina etməliyik mi? Çünki heyvanı kəsərkən onların “Bismilləh” demədiklərindən qorxulur?


Cavab:
- BİZ QORXMALI DEYİLİK! Çünki qorxuya heç bir səbəb yoxdur! Məhz bu səbəbdən Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
- SİZ “BİSMİLLƏH” DEYİN VƏ YEYİN!

Bu sanki onlar üçün bir danlama idi. Sanki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Başqalarının etdiyi işin sizə nə aiddiyyatı var? Siz ancaq öz etdiklərinizdən sorumlusunuz və “Bismilləh” deyib yeyin!

Bu səbəbdən də yəhudi və xristian kəsdiyi heyvanın ətindən yeməyi sənə təklif edərsə, ondan soruşma ki, bu heyvanı İslama uyğun kəsmisən, ya yox... Çünki bu sual əsassızdır və bu, işi çətinləşdirmək sayılır!


[‘Şərh əl-Ərbəin ən-Nəvavi’ kitabı]
___________
əz-Zubeyr


Hiç yorum yok:

Yorum Gönder