03 Ağustos 2012

Səhura qalxmaq sünnədir


Biz Ramazan ayında sahur etməyin bərəkətli olması haqqında bilirik. Çünki bu barədə səhih hədislər gəlmişdir. Səhur yeməyində bərəkət vardır. Bu gün insanların bir çoxu səhur yeməyinə qarşı səhlənkar yanaşırlar. Bunu faydalı olması niyəti ilə yazdım ki, səhura qarşı səhlənkar olanlar bu barədə oxuyub özlərini düzəltməyə yönəlsinlər. Nəyə görə biz özümüzü xeyirdən saxlamalıyıq. Bilirik ki, keçən aydan bu aya aramızda olanların bir çoxunu itirmişik. Gələn Ramazana Allah təala bizləri səhhət və afiyətdə çatdırsın. Amin!

Bəzən insan həddən artıq yorğunluqdan, gecələr işanın gecənin yarısına qədər uzanmasından, gecə namazından yorğun düşüb səhura yatıb qala bilər. Bunun baş verməməsi üçün, səhura vaxtında qalxmaq üçün və sizi rəğbətə gətirəcək bu kiçik nəsihəti oxuyun və dostlarınız arasında yayın ki, səhur yeməyinə, yəni oruc tutmaq üçün gecənin sonu, səhər namazından əvvəl olan yeməyə qalxıb səhərə durasınız.  Allah təala bizi bu xeyirdən geri qoymasın. Amin!
Şübhəniz olmasın ki, səhura qalxmaq sünnədir (Allah Rəsulunun yoludur), Allaha yaxınlıqdır. Çünki Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurub: “Səhur edin, həqiqətən də səhurda bərəkət vardır”. Həmçinin Allah Rəsulu (səlləllallahu aleyhi və səlləm) buyurub: “Bizim orucla əhli-Kitabın orucu arasında olan fərq, bizim orucla onların orucunu ayıran fərq bizim səhur etməyimizdir, səhura qalxmağımızıdr”. Burada Allah Rəsulu (səlləllahu aleyhi və sələm) biz müsəlmanların fərqini yəhudilərdən və xrsitianlardan ayıraraq bizim səhura qalxmağımızın sünnət olduğunu bizə xəbər verdi. Səhura qalxmaq sünnədir, vacib deyil. Kim səhur etməsə o günah qazanmır. Səhuru tərk etdiyinə görə sünnəni tərk etmiş hesab olunur. Səhur etmək üçün bizdən həddən artıq yemək tələb olunmur, su ilə, xurma ilə, az və ya çox qida ilə də biz səhura qalxmalıyıq. Səhura qalxmaqda çoxlu xeyirlər və bərəkətlər vardır. Səhur etməkdə bizim dinimiz və dünyamız üçün çoxlu xeyirlər vardır. Allah təala bizə hər gün səhura qalxmaqda kömək etsin. Amin! Paylaşın, oxunsun!

Əkrəm Həsənov (ilahiyyatçı)...

Hiç yorum yok:

Yorum Gönder