Torpaq
yağışı sevib özünə çox ürəkdən və istəyərək qəbul etdiyi kimi hər bir müsəlman
Ramazan ayını həsrətlə, sevgi ilə, şövqlə gözləyib, onu özünə qəbul edir.
Bu
ona bənzəyir ki, xəstə bir insana müalicəsinin, şəfa tapmasının hər hansısa bir
həkimdə olduğunu ona deyirlər. O xəstə insan sevincindən həmin həkimin tezliklə
yanına gəlməsini və onu bu xəstəlikdən xilas etməsini gözləyir, bilir ki, onda
heç bir xəstəlik qalmayacaq. Bu ona bənzəyir ki, sevən bir insan neçə illərdir
həsrətində olduğu, görə bilmədiyi və nəhayət indi gördüyü sevgilisinə qovuşur.
Əziz müsəlmanlar üçün Ramazan ayı yaxınlaşır. Allah təala bizi bu mübarək aya
qovuşdursun. Amin!
Ey
Rəbbimiz! Sən bizi Ramazan ayına qovuşdur! Amin! Bu ayda oruc tutaq, namaz qılaq, saleh əmllər
edək! Amin! Ya Rəbbimiz! Səndə bizdən bütün ibadətlərimizi və saleh
əməllərimizi qəbul et. Amin!
Əkrəm
Həsənov (ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder