Oruc, İslamın beş şərtindən
biridir. Həm fərd, həm ailə, həm də cəmiyyətdə olan müsbət təsirləri sayılmayacaq
qədər çoxdur. Hər şeydən əvvəl insanı heyvani duyğulardan uzaqlaşdırıb
saflaşdırması, bu ibadətin şəriətdəki yerinin əhəmiyyətini qeyd etməyə kifayət
edər.
Adəm Peyğəmbərdən (əleyhissəlam) Məhəmməd peyğəmbərə (səlləllahu aleyhi
və səlləm) qədər gəlib keçən bütün peyğəmbərlərə namaz fərz qılındığı kimi,
oruc da fərz qılınmışdır. Ancaq keyfiyyəti və xüsusiyyətlərinə görə fərqli
cəhətləri olmuşdur.[i] Oruc
əslində ərəb dilində الصِّيَامُ [əs-siyamu] kimi qeyd olunur və Qurani Kərimdə bu siyam sözü yeddi
ayədə keçir. Lüğətdə “siyam” bir şeydən qorunmaq, çəkinmək, özünü saxlamaq
mənsına gəlir.[ii] Oruc,
“tutmaq”, “saxlamaq” mənasına gəlir. Qurani Kərimin bir ayəsində belə keçir: ...“Mən
Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün
heç kəslə danışmayacağam!” (Məryəm surəsi, 26). Bizim barəsində danışdığımız
oruc isə gün çıxmazdan əvvəl başlayıb, günbatana qədər niyətli olaraq özünü
orucu pozan işlərdən qorumaq olacaq. [iii]
İbn Rüşd, “Bidayətül Müctəhid” əsərində oruc fəslində yazır ki; “Bilməliyik ki,
şəri oruc fərz və məndub olaraq iki cürdür. Fərz olan oruc özlüyündə üç qismə
ayrılır: Birinci, zamana bağlı olan fərz orucdur, bu da Ramazan ayında tutulan
orucdur. İkinci, səbəbə bağlı olan fərz orucdur ki, bu da kəffarə oruclarıdır.
Üçüncüsü də insanın nəzir etmək surətiylə özünə vacib etdiyi orucdur ki, buna
da nəzir orucu deyirlər”.[iv]
“Fətavayi Hindiyyə” sahibi orucları üç növə ayırır: fərz oruclar, vacib oruclar
və nafilə oruclar. Fərz olan oruclar iki növdür: Məlum böyük fərz oruc olan
Ramazan orucu və kəffarə olaraq tutulan
oruclar. Vacib olan oruclar da iki növdür: Müəyyən olan vacib oruc – müəyyən
bir gündə tutulması nəzir edilən oruc, qeyri müəyyən olan vacib oruc – hər
hansısa bir gündə, ayda və ildə nəzir edilərək tutulan oruc. Allah təalanın
razılığını qazanmaq üçün tutulan nafilə oruclar da vardır”.[v]
Ramazan ayında orucun fərz olması Quran, sünnət və icma ilə sabitdir. Qurandan
dəlili,
“- Ey iman gətirənlər! Oruc tutmaq
sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun
vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”[vi] ayəsidir.
Sünnətdən dəlili, Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm):
“İslam dini, Allahdan başqa haqq
ilahın olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna inanmaq, namaz qılmaq,
zəkat vermək, həcc etmək və Ramazan ayında oruc tutmaq olaraq beş əsas üzərində
qurulmuşdur”. Bir çöl bədəvisinə dediyi “İslamın əsaslarından biri də Ramazan
orucunu tutmaqdır” kimi belə bir çox hədislər vardır. Cümhur imamlar, şeyxlər və alimlərdən də heç
birinin Ramazan orucunun fərz olmadığını deyən olmamışdır.
Ramazan
orucu həddi büluğ çağına gəlmiş və ağlı başında olan, eyni zamanda xəstə və
səfərdə olmayan hər bir kəsə - əgər şəriətdə bilinən maneələr yoxdursa, məsələn
qadınların aybaşı halı kimi – fərzdir və bu məsələdə heç kim ixtilaf
etməmişdir. Bu gün kiminsə cahil bir insanın oruc tutmasan da olar, əsas qəlbin
təmiz olsun sözlərinə inanmaq, güvənmək və etibar etmək aqil bir insana
yaraşmaz. Hər bir insan, xüsusilə özünü müsəlman adlandıran şəxs bütün şərtlər
yerindədirsə heç bir bəhanə etmədən orucuna davam etməlidir. Allah Təalanın ona
bu qədər ömür və bu ömür içərisində bu qədər nemətlər bəxş etməsini düşünməli
ömürünün içərisində olan 12 aydan bir ayını Allaha ayırmalıdır. Əslində Orucun
tutulmasında Allah təalaya fayda və zərər yoxdur. Allah təala Peyğəmbərdən
gələn bir müqəddəs hədisdə demişdir ki: “Qulumun bütün ibadətləri özünə aiddir,
yalnız oruc mənim üçündür. Onun da mükafatını mən verəcəm”. [vii]
Artıq bu hədis düşünənlər üçün kifayətdir. Allah təala Qurani Kərimdə buyur ki:
“Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”[viii]
Əbu
Hüreyrədən (Allah razı olsun) rəvayət olunur ki, Allahın elçisi (səlləllahu
aleyhi və səlləm) belə buyurdu: “Allah təala buyurmuşdur ki, “Adəm oğlunun
bütün əməlləri özü üçündür. Ancaq oruc müstəsnadır. Həqiqətən də o mənim
üçündür. Onun mükafatını da ancaq mən verəcəm”. Oruc günahlara qarşı br
qalxandır. Sizlərdən biri oruclu olan vaxt pis söz deməsin. Qışqırıb,
bağırmasın. Adi, səviyyəsiz hərəkətlər etməsin. Əgər bir kimsə ona söyərsə və
ya onunla dalaşarsa iki dəfə “mən orucam (oruc tutmuşam)” desin. Məhəmmədin
nəfsini (ruhunu) əlində tutana and olsun ki, oruc tutanın ağzının iyi Allah
qatında qiyamət günü müşk ətrindən daha xoşdur. Oruc tutan üçün iki sevinc
vardır. Birincisi, iftar etdiyi vaxt iftarıyla sevinər, ikincisi isə Rəbbinə
qovuşduğu vaxt orucuyla sevinər” (Hədisi Müslim, Əhməd və Nəsai rəvayət ediblər).
Ebû Hüreyre (Allah razı olsun)'den
rivayeten Rasûlüllah sallallahu aleyhi ve sellem şöyle buyurdu: «Allah-u Teâla
buyurmuştur ki: «Adem-oğlunun bütün amelleri kendinindir. Ancak, oruç müstesna.
Şüphesiz O benim içindir. Ve mükâfatını da ancak ben veririm.» Oruç günahlara
karşı bir kalkandır. Sizden biriniz oruçlu olduğu zaman kötü söz söylemesin.
Bağırıp çağırmasın. Adi hareketlerde bulunmasın. Eğer bir kimse ona söverse
veya kavga ederse iki kere 'ben oruçluyum', desin. Muhammed'in nefsini elinde
tutan zata yemin olsun ki oruçlunun ağız kokusu Allah katında kıyamet günü misk
kokusundan daha hoştur. Oruçlu için iki sevinç vardır. Birincisi iftar ettiği
zaman iftarıyla sevinir. Diğeri ise, Rabbine kavuştuğu zaman orucuyla sevinir.»
(Hadisi Müslim, Ahmed ve Nesâî rivayet etmişlerdir). Buna bənzər başqa
rəvayətlər də vardır ki, biz burada qeyd etmədik.
Abdullah bin Ömərdən (Allah razı olsun)
rəvayət olunur ki, Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurdu:
“Oruc və Quran qiyamət günü qula şəfaət edərlər. Oruc belə deyər: “Ey Rəbbim, gündüz
bu qulu yeməkdən və şəhvətdən uzaqlaşdırdım. Ona şəfaət etməyimə icazə ver”.
Quran da belə deyər: “Bu qulunu gecə yuxudan uzaqlaşdırdım. Ona şəfaət etməyim
üçün mənə icazə ver” (Hədisi Əhməd səhih bir sənədlə rəvayət etmişdir).
Əbu Ümamə (Allah razı olsun) deyir ki,
Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gələrək belə dedim: “Məni
cənnətə qoyacaq bir əməli mənə de”. Peyğəmbər (səlləllahu aleyhi və səlləm):
“Oruc tut, çünki, orucun bənzəri yoxdur” buyurdu. Sonra başqa bir vaxt ikinci
dəfə gəlib eyni sözü soruşdum. Yenə də mənə: “Oruc tut” buyurdu” (Hədisi Əhməd,
Nəsai və Hakim rəvayət etmiş, Hakim səhih demişdir). Səhl bin Səd rəvayət edir
ki, Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “Cənnətdə Reyyan
adlanan bir qapı vardır. Qiyamət günü, oruclular haradadır deyə soruşulacaq.
Orucluların ən sonuncusu bu qapıdan girəndən sonra qapı bağlanacaq” (Hədisi
Buxari və Müslim rəvayət ediblər). Orucun fəzilətləri barədə səhih xəbərlər
çoxdur, lakin hamısını burada qeyd etməyə ehtiyac görmədim. Çünki bütün bu
hədisləri hamımız bilirik. Allah təala bizə elmi ilə əməl etməyi, orucu
haqqıyla tutmağı nəsib etsin. Amin.
Orucun bəzi rükunları vardır.
Alimlər bu barədə bəzi sözlər demişlər. İbn Rüşd demişdir ki: “Orucun ikisində
ittifaq edilən, birində ixtilaf edilən üç rüknu vardır. İttifaq edilən iki rükn
zaman və imsaqdır. İxtilaf edilən isə niyyətdir. Bu məsələlərdən birincisi, bu
zamanın başlaması və sona çatması, yəni neçə gün olması, ikincisi də bunu hər
şəxsə və hər iqlimə görə bildirən əlamətlərin nələr olduğu haqqındadır.
Alimlər, hicri ayların gah 29, gah 30 gün olmasında və Ramazan ayının
başlanması və sona çatmasının da ancaq ayın görülməsi ilə olduğunda eyni
fikirdədirlər. Çünki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurmuşdur ki:
“Ayı gördüyünüz vaxt oruc tutun və növbəti ayı gördüyünüz vaxt orucu tərk
edin”. Amma bununla bağlı alimlər iki məsələdə ixtilaf etmişlər:
1. Hava
tutulu olub, ayın görünməyən vaxtı nə etməli,
2. Ay nə
vaxt görünərsə mötəbər sayılar.
Cümhur alimlər demişlər: “Əgər Ramazanın əvvəlində hava tutulu olarsa,
ondan əvvəlki Şaban ayı 30 gün sayılır və 31- ci gün Ramazanın başlanğıcı olur.
Əgər sonunda tutulu olarsa, 30 gün tamamlanır”. İbn Ömər isə belə demişdir:
“Əgər tutulu olan, ayın əvvəlinci günüdürsə, ertəsi gün (buna şəkk günü
deyilir) oruc tutulmalıdır”. Sələfdən bəzilərinin “Əgər ay tutulu olarsa Ay və
Günəşin seyri üzrə hesablanma aparılmalıdır” dedikləri rəvayət olunmuşdur. Bu,
tabeinin böyüklərindən olan Mütərrif bin Şüreyxin fikridir. Şüreyx də İmam
Şafiidən “Ayın dərəcələri və ulduzlar elmi ilə məşğul olan bir kimsə əgər
apardığı hesablar nəticəsində, ona məlum olsa ki, hava tutulu olmasaydı Ay
görünəcəkdi, onda, o oruc tutmalıdır və tutduğu oruc doğrudur” dediyini rəvayət
etmişdir. Bu ixtilafın səbəbi Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): “Ayı
gördüyünüz vaxt oruc tutun və Ayı gördüyünüz vaxt orucu tərk edin. Əgər
olduğunuz yer buludlu olarsa onu təqdir edin” hədisindəki gizlilikdir. Cümhur
alimlər “Onu təqdir edin”, “Ramazan ayı üçün əvvəlki ayı 30 gün fərz edin,
deməkdir” demişlər”.[ix] Bu barədə müxtəlif sözlər
demişlər. Bu məqalədə bunlara çox yer vermədik.
İmsaq – orucu pozan bütün işlərdən
çəkinmək – vaxtı ilə bağlı məsələlərə gəlincə isə İbn Rüşd demişdir: “Allah
təala: “sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra
gecəyə qədər orucunuzu tamamlayın”[x]
buyurduğu üçün, alimlər, bu vaxtın sonu Günəşin batıb yox olmasıdır demişlər.
Amma bu vaxtın başlanğıcının nə vaxt olmsı haqqında ixtilaf etmişlər. Cümhur
alimlər demişlər: “İmsaq vaxtı dan yerinin ağarması ilə başlayır”. Çünki Allah
təalanın ayəsindən başqa, peyğəmbərimiz də (səlləllahu aleyhi və səlləm) fəcr
vaxtını bu cür tərif etmişdir”.[xi]
“Fıqhı-s-Sünnə” sahibi bu barədə deyir ki: “Orucun həqiqətini meydana gətirən
iki rükun vadır:
1. Fəcrin
doğmasından günəşin batmasına qədər yeyib-içməkdən özünü qorumaq. Allah təala
buyurmuşdur: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar
sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız).
Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik
göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz
onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca,
ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu
tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla
(qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir,
bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə,
müttəqi olsunlar!”[xii] Ağ
və qara sapdan məqsəd, gündüz vaxtının işıqlığı, ağlığı, gecənin isə qaranlığıdır.
Buxari və Müslimin rəvayətlərinə görə “Adiy bin Hatəm belə demişdir: “ağ sap
qara sapdan fərqlənincəyə qədər yeyib için” ayəsi nazil olduqda, bir ağ sap
və bir dənə də qara sap aldım. Yastığımın altına qoydum. Gecə tez-tez onlara
baxırdım. Amma heç cür bir-birindən ayıra bilmirdim. Duha vaxtı Peyğəmbərin (səlləllahu
aleyhi və səlləm) yanına gedərək vəziyyəti ona danışdım. Peyğəmbər (səlləllahu
aleyhi və səlləm): “Şübhəsiz ki, bu ifadə gecənin qaranlığı və gündüzün
işıqlığıdır” deyə cavab verdi”.
2. Niyyət. Allah təala buyurur: “- Halbuki
onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən
haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün
din budur!”[xiii]
Peyğəmbər (səlləllahu aleyhi və səlləm) də:
“Əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyət etdiyi vardır” demişdir.
Niyyətin, Ramazan ayının gecələrindən hər gecə üçün fəcrdən əvvəl olması
lazımdır. Çünki, Həfsənin rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (səlləllahu
aleyhi və səlləm) belə buyurmuşdur: “Fəcrdən əvvəl oruca aid niyyətini sağlam
etməyənin orucu yoxdur”. (Hədisi Tirmizi, Nəsai, Əbu Davud, İbn Macə, Əhməd rəvayət
etmiş, İbn Hüzeymə və İbn Hibban səhih demişdir.) Niyyətin gecənin hər hansısa
bir vaxtında olması səhihdir. Niyyəti dil ilə ifadə etmək şərt deyildir.
(Niyyətin dil ilə ifadə olunması məsələsi ayrı bir mövzu olduğu üçün burada
qısaca onu qeyd edim ki, Hənəfi məzhəbinin sonrakı alimləri niyyəti dil ilə
ifadə etməyi şərt biliblər.) Çünki niyyət qəlbə aid bir işdir. Dilin bu işdə
heç bir təsiri yoxdur. Niyyətin həqiqəti, Allahın əmrinə tabe olmaq və
razılığını qazanmaq üçün edilən əməli qeyd etməkdir. Bir kimsə oruc tutmaqla
Allaha yaxınlaşmağı qəsd edərək gecə sahura qalxarsa, niyyət etmiş sayılır.
Gündüz vaxtı sadəcə Allah üçün yeyib-içiləcək şeylərədn özünü uzaqlaşdırmağa
qərar verərsə sahura qalxmasa belə yenə də niyyət etmiş sayılır. Alimlərin çoxuna
görə nafilə orucun niyyəti, əgər bir şey yeməyibsə də belə gündüzdən
kifayətdir. Aişə (Allah razı olsun) belə demişdir: “Bir gün peyğəmbər (səlləllahu
aleyhi və səlləm): yanıma gəldi. “Yanınızda yeməyə bir şey varmı?” deyə
soruşdu. Mən də: “Xeyir” dedim. Bundan sonra Allah rəsulu (səlləllahu aleyhi və
səlləm): “Mən orucluyam” dedi”. (Hədisi Müslim, Əbu Davud rəvayət etmişlər.) Hənəfilər
niyyətin günorta vaxtından əvvəl olmasını şərt qoşublar. Şafinin iki görüşündən
biri də belədir. İbn Məsud və Əhmədin iki görüşündən birinin zahirinə görə “Günorta
vaxtından əvvəl və ya sonra niyyət edilməsi arasında fərq yoxdur və ikisi də
kifayətdir”.
Buxari və Müslimin Aişədən (Allah razı olsun) rəvayət etdiyinə görə
Allah rəsulu (səlləllahu aleyhi və səlləm) Ramazanın son on günü gəldiyi vaxt,
gecələrini ibadətlə keçirərdi. Ailəsini də qadırardı. Bu gecələrdə xanımıyla
əlaqə qurmaz və özünü ibadətə verərdi”. Tirmizinin Əlidən (Allah razı olsun)
rəvayət edib səhih saydığı hədisə görə: “Rəsulullah (səlləllahu aleyhi və
səlləm), son on gündə ailəsini oyandırar, xanımıyla birləşməzdi”.
[i] Celal Yıldırım, Kaynaklarıyla İslam Fıkhı, Uysal
kitabevi, 2/189-191.
[ii] Dr.
Mustafa el-Hin, Dr. Mustafa el-Buğa, Ali el-Şerbecî, Büyük Şafii Fıkhı,
Arslan Yayınları, Oruc.
[iii] Fikih
Ansiklopedisi, Seyyid Sabik, Fıkh-us-Sünne,
Pinar yayınları, 5.ci fesil, Oruc.
[iv] İbn
Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/21.
[v] Feteva-i
Hindiyye (Feteva-i Alemgiriyye), Akçağ Yayınları: 2/5.
[vi] əl-Bəqərə (İnək) surəsi, 183
[vii] Buxari, Libas 78
[viii] əl-Bəqərə (İnək) surəsi, 184
[ix] İbn
Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/26-30.
[x] əl-Bəqərə (İnək) surəsi, 187
[xi]İbn Rüşd Kadı Ebu'l-Velid Muhammed
b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid
ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/32-33.
[xii] əl-Bəqərə (İnək) surəsi, 187
[xiii] əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi, 5
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)
Müəllif hüquqlarını qoruyun!
Hiç yorum yok:
Yorum Gönder