Həmd, yalnız Allahadır. Salat və salam da Peyğəmbərimiz Məhəmmədədir
(ona və ailəsinə salam olsun).
Əvvəlcə bilinməlidir ki,
Allah Təalanın kitabında və ya elçisi Məhəmmədin (ona və ailəsinə salam olsun)
diliylə axirət günü, hesab, cənnət, cəhənnəm, ölüm, qəbir əzabı və nemətiylə
əlaqəli Qurani-Kərimdə gələn və ya təmiz sünnədə doğru olaraq bildirilən digər
qeyb ilə əlaqəli məsələlərdə xəbər verilən şeylərə hər mömin kişi və qadının
inanması lazımdır. Çünki biz Rəbbimiz Allah Təalanın söylədiyi və xəbər verdiyi
şeylərin doğru olduğunu bilirik.
Allah Təala bu barədə belə buyurmuşdur:
“( Söz və vədində ) Allahdan daha doğru sözlü kim ola bilər?”[1]
Başqa bir ayətdə belə buyurmuşdur:
“ (Xəbər verdiyi şeylərdə )
Allahdan daha doğru sözlü kim ola bilər?”[2]
Yenə biz Allah rəsulunun (s.ə.s) insanlar
içində ən doğru sözlü olduğuna, onun öz istəyi ilə danışmadığına və danışdığı şeylərin də vəhydən
başqa bir şey olmadığına inanırıq.
Allah Təala bu barədə belə
buyurmuşdur:
“ O ( Məhəmməd - ona və
ailəsinə salam olsun), öz-özlüyündən danışmır.Onun danışdıqları ona vəhy edilən
vəhydən başqa bir şey deyildir.”[3]
Məhəmməd peyğəmbərdən (ona və ailəsinə salam
olsun) səhih hədislərlə sabit olan hər şeyi, yəni həqiqəti bilməsəkdə yenədə
onu təsdiq etməyimiz lazımdır.
Bu səbəbdən axirət, cənnət, cəhənnəm, cənnət əhlinin nemətləri, cəhənnəm
əhlinin əzabları, qulun qəbirdə əzab görməsi və ya naz-nemətlər içində yaşaması
və qəbirdə ruhunun özünə geri verilməsi kimi mövzularda Məhəmməd peyğəmbərin
(ona və ailəsinə salam olsun) xəbər verdiyi hər şeyi təsdiq etməliyik. Bunların
hamısı Quran və sünnətin xəbər verdiyi həqiqətlərdir. Qulun bunlara təslim
olmağı və Quran və ya səhih sünnətdən
bildirilən və yaxud da islam alimlərinin ittifaq etdiyi hər şeyi təsdiq
etmələri lazımdır.
Sonra Allah təala mömin kişi və qadınlara bu mövzularda hikmət və
sirrlərini bilmələri üçün onlara lütf
edərsə, bu xeyir üstünə xeyir, nur üstünə nur və elm üstünə elmdir. Bu
səbəblə o, Allah təalanın ona bu səbəblə lütf edib biliklərinin artmasına və
qəlbən rahatlığa çıxmasına səbəb olan bu nemətə həmd edib şükr etməlidir.
Qəbir sorğu-sualı və
ölünün vəziyyəti ilə əlaqəli mövzuya gəlincə, qəbir sorğu-sualı həqiqətdir.
Ölünün ruhu özünə geri
qaytarılır. Peyğəmbərdən (ona və ailəsinə salam olsun) bu barədə səhih hədislər rəvayət olunmuşdur. Ölünün
qəbrindəki həyatı, dünyadakı həyatı kimi deyildir. Əksinə bu həyat xüsusi
bərzəx həyatıdır. Yemək, içmək və bunun kimi şeylərə ehtiyacı olan dünyadakı
həyat kimi deyildir. Əksinə ölünün bu həyatı, sual və cavabı düşünə biləcəyi
özəl bir həyatdır. Ona iki mələk
gələcək və ona:
Rəbbin kimdir?
Dinin nədir?
Peyğəmbərin kimdir? Deyə sual verəcək. Mömin
kişi və qadın belə cavab verəcək: Rəbbim Allah, dinim İslam və Məhəmməd peyğəmbərimdir.
Ona : Bu insanı - yəni
Məhəmmədi (ona və ailəsinə salam olsun) necə tanıyırsan? deyə sual veriləcək.
Bu suallara o belə
cavab verəcək:
“ Məhəmməd- sallallahu aleyhi və səlləm Allahın elçisidir,bizə hidayət
gətirib.Biz də ona iman etmişik və ona uymuşuq.”
Ona
belə deyiləcəkdir:
“ Biz sənin mömin olduğunu onsuzda bilirdir.”
Arxasından ona cənnətə gedən bir qapı
açılır,ona cənnətin gözəl qoxusu,nemətləri gəlir və belə deyilir:
“ Allah Təala (qiyamət günü) səni
təkrarən diriltincəyə qədər bura sənin yerindir.”
Sonra ona cəhənnəmdəki yeri göstərilir və
ona belə deyilir:
“ Allahı inkar etsəydin bura sənin yerin
olacaqdı.Amma indi Allah səni ondan qorudu və cənnətə getdin.”
Kafirə gəlincə o Rəbbi,dini və Peyğəmbəri
haqqında sual verildiyi zaman velə cavab verəcək:
“ Hah...Hah...Bilmirəm.İnsanların bir
şeylər söylədiklərini eşitdim və məndə elə söylədim.”
Sonra onun başına dəmirdən bir vurulunca, elə bir fəryad qoparacaq ki,
cinlər və insanlardan başqa hərkəs onun fəryadını eşitəcək.Onun fəryadını
heyvanlar da eşitəcəklər.Sonra ona cəhənnəmə gedən bir qapı açılacaq və
qabıröaları bir- birinə keçəcək bir şəkildə qəbri ona daraltılacaq.Qəbri onun
üçün cəhənnəm çuxurundan bir çuxur olur və ona bir qapı açılır ki, cəhənnəm
alovunun istisi və əzabından qoxuları gəlir.
Sonra ona belə
deyilir:
“ Allah Təala (qiyamət gunu) səni təkrar diriltincəyə qədər bura sənin
yerindir.”
Sonra onun üzünə qapı
açılır və cənnətdəki yeri göstərilir və belə deyilir:
“ Şayət Allah səni hidayət etmiş olsaydı
bura sənin yerin olacaqdı.”
Beləliklə qəbrin cənnət
baxçalarından bir baxça və ya cəhənnəm çuxurlarından bir çuxur olduğu
bilinəcəkdir.Qəbr əzabı və ya neməti, qəbirdəki həm ruha, həm də bədənə hər ikisinə
birlikdə olacaqdır. Eyni şəkildə axirətdə cənnət və ya cəhənnəmdə də belə
olacaqdır.
Hər kim doğularaq və ya
yanaraq və yaxud da yırtıcı heyvanın onu parçalayıb yeməyiylə ölərsə nəsibi
olan əzab və ya nemət bu insanın ruhuna keçəcəkdir.İstər quruda olsun, istər
dənizdə olsun, istərsə də yırtıcı heyvanın mədəsində olsun əzab və ya nemət
onun cəsədinə Allah Təalanın dilədiyi şəkildə veriləcəkdir.Fəqət nemət və ya
əzabın böyük bir qismi qalıcı olan ruhun üzərinə olacaqdır.Ruh ya nemətlər
içində olacaq, ya da əzab görəcək.Bu səbəbdən möminin ruhu cənnət gedəcəkdir.
Rəsulallah sallallahu
aleyhi və səlləm bu mövzuda belə buyurmuşdur:
(( إِنَّمَا نَسَمَةُ الْمُؤْمِنِ، طَائِرٌ فِي شَجَرِ
الْجَنَّةِ حَتَّى يَبْعَثَهُ اللَّهُ عَزَّ وَجَلّ
[ رواه النسائي وابن ماجه وأحمد
ومالك] إِلَى
جَسَدِهِ يَوْمَ الْقِيَامَةِ ))
“ Allah azzə və cəllə qiyamət günü onu təkrarən
bədəninə göndərənə qədər möminin ruhu cənnətin ağaclarının meyvələrindən yeyən
bir quş kimidir.” 1
Hər müsəlman qadın və kişinin Allah Təala və
elçisi Məhəmməd (ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeydən əmin
olması, ondan şübhə etməməsi, ona güvənməsi və Allah Təala və elçisi Məhəmməd
(ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeyin bəzi anlamı qula gizli
olsada belə onu Allah azzə və cəllənin istədiyi şəkildə təsdiq etməsi
lazımdır.İnsanların fikirləşdikləri hər tipli zənn və təxminləri aradan
qaldıran Allah Təalanın hikməti çox böyükdür.2
Hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı)
----------------------------------
1
Nesai,İbni Macə,Əhməd və Malik
2
Əbdüləziz b. Baz,Məcmuu Fətava və Məkalat Mutənəvvia, səhifə 338
Tərcümə edənlər: Əkrəm Həsənov Bəhramoğlu (İlahiyyatçı, elmi işçi), Samirə
Seyidalı
Hiç yorum yok:
Yorum Gönder