1. Namazı vaxtında qıl. Çünki namazı vaxtında qılmaq səni
Allaha yaxınlaşdıran əməllərdən biridir: “Ən fəzilətli, ən üstün əməl
hansıdır?” Dedi (səlləllahu aleyhi və səlləm): “Vaxtında qılınan namazdır”. Səhih
əl-Buxari.
2.
Qurani Kərimdən asan gələn ayələrdən bir az oxu!
“Quran öz sahibinə deyəcək: “Oxu və yüksəl! Bu dünyada aram-aram oxuyub yüksəldiyin
kimi axirətdə də yüksəl. Sənin mənzilin ən axırıncı ayədədir. Onu oxu və onunla
yüksəl!”. Hədis səhihdir.
3. Allahı zikr
elə və yaxud da bir saatda beş dəqiqə Allahı zikr elə. Subhanallah, Əl-Həmdülillah,
Lə-ilahə illallah, Allahu Akbar. Allah təala “Allahı çox zikr edən kişilər və qadınlar üçün
(axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”
(Əhzab surəsi 35-ci ayə).
4. Hər gün Allaha dua edərək ona təvəkkül etmək vacibdir. “İnsanların ən
acizi Allaha dua etməkdə aciz olandır”. Səhih əl-Cəmiu.
5. Pis dostları tərk et!
6. Allah Rəsulu səlləllahu aleyhi və səlləmə hər gün səhər və axşam ən
azı 10 dəfə salavat, yəni salam çatdır. Həmçinin hər gün səhər və axşam 100 dəfə
və ya daha çox Allahdan bağışlanma istə və günahlarına görə tövbə edib,
istiğfar dilə. Bağışlanma dilə!
7. Əgər gücün çatırsa hər həftənin 1-ci və dördüncü günü, hər hicri ayının
13-14-15-ci günləri əlavə, nafilə olaraq oruc tut!
Ya Rəbbimiz! Bizi saleh, yaxşı əməllərə
müvəffəq elə və bizim etdiyimiz yaxşı, saleh əməllərimizi bizdən qəbul elə!
Amin! Amin! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder