Bismilləh. Əl-həmdulillah. Allaha çox şükr, tərif,
həmd olsun. Göndərdiyi bütün peyğəmbərlərə və özündən sonra peyğəmbər gəlməyən
Muhammədə (səlləllahu aleyhi və səlləm) salam olsun. Hörmətli müsəlmanlar!
18 İyun 2012-ci il Allahın izni ilə məni dəyərli
bir qardaşımız gözəl bir müsəlman toyuna dəvət etmişdi. Allaha həmd olsun. Mən
bir neçə dəfə müsəlman toyuna dəvət almışam, gedib iştirak etmişəm, amma hələ
elm əhli ilə bərabər islam dini mövzularında geniş çıxış etməmişəm.
Bu gün qardaşımız mənim də çıxış etməyimi məsləhət
gördü. Xatırladıram ki, yazmaq işinə öyrəşdiyim üçün çıxış etmək mənim üçün ilk
dəfələr çətin olur. Çünki mikrafon yaxınlaşmamış həyəcanlanıram. Əslində demək
istədiklərim çoxdur. Amma ilk çıxışımda demək istədiklərimin hamısını deyə
bilmirəm. Buna görə də bu toy deyə bilərəm ki, birinci dəfədir ki, müsəlman
toyunda olan daha geniş çıxışım idi. Həmişə qısa-qısa təbrik etməklə kifayətlənirdim.
Bu gün müsəlman qardaşlarımıza islam nemətlərindən,
xüsusən islam xəzinlərinin yalnız üçü haqqında xəbər verdim.
Bu xəzinləri sizlərin də diqqətinizə çatdırıram ki,
bəlkə əldə edib həyatınız boyu faydalandınız.
Birinci xəzinə Ubadə bin Samitdən gəlir. Allah
ondan razı olsun. Ubadə bin Samit (Allah ondan razı olsun) deyir: “Rəsulullahdan
(səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim mömin kişilər və
mömin qadınlar üçün bağışlanma istəyərsə Allah təala hər bir mömin kişi və
mömin qadının sayı qədər ona yaxşılıq yazar”.
Bu hədis Buxarinin, Səhih əl-Cami əsərində, 2026-cı hədisdir.
Bu hədisdə olan xəzinə bundan ibarətdir ki, biz
bacardığımız qədər müsəlman qardaş və bacılarımız üçün bağışlanma istəməliyik.
Ola bilər ki, biz insanıq, bizdə xəta olsun, amma digərimiz birimizdə olan xətanı
düzəltməli, ən gözəl şəkildə nəsihət etməlidir. Belə olduqda qardaşlıq da möhkəmlənir.
Ya da ola bilər ki, biz hansısa bir qardaşımızın haqqına girmiş olarıq, onda
qardaşımız üçün bağışlanma istəməklə bəlkə də onun haqqını özünə qaytarmış oluruq.
Ya da qardaşımızın biri bizim haqqımıza girib, yenə də onun üçün bağışlanma istəməklə
onun haqqını qaytarmış oluruq. Biz bir müsəlman ümməti kimi birlikdə və möhkəm
olmalıyıq.
İkinci xəzinə: Abdullah ibn Məsuddan gəlir. Allah
ondan razı olsun. Amin! Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: Rəsulullah
(səlləllahu aleyhi və səlləm) dedi: “Kim Allahın kitabındna bir hərf oxuyarsa
onun üçün bir yaxşılıq yazılar. O yaxşılıq on misli ilə, əvəzi ilə onua verilər.
Mən demirəm ki, Əlif, Ləm, Mim bir hərfdir. Əksinə Əlif bir hərf, Ləm bir hərf,
Mim də bir hərfdir. Buxari, Səhih əl-Cami, 6469-cu hədis.
Bu xəzinə də böyük xəzinlərdən biridir. Biz Quranın
hərflərini öyrənməli, müsəlman qardaş və bacılarımıza, övladlarımıza öyrətməli,
bizdən sonra gələcək nəsilə çatdırmalıyıq. Belə etsək bizə saysız-hesabsız
yaxşılıqlar yazılar.
Üçüncü xəzinə Əbu Hurüyrədən gəlir. Allah ondan
razı olsun. Amin! Deyir ki, Rəsulullah (səlləllahu aleyhi və səlləm) dedi: “İki
sadə, xəfif, asan kəlimə var. Onlar tərəzidə ağır gəlir, Rəhmana sevimli olan kəlimlərdir.
Subhanallahi və bihəmdihi, Subhanallahil Azim. Bu hədisi isə Buxari və Müslim rəvayət
ediblər. Hörmətli müsəlmanlar gəlin hamılıqla bu öyrəndiyimiz üç xəzinəni əldə
edək, götürək, oxuyaq, yadda saxlayaq, əməl edək və digər insanları da bu xəzinədən
paylayaq. Allah təala bizi bir birimizlə mehriban etsin. Amin!
Burada bu gün müsəlman toyunda olan çıxışımızın
qısa xülasəsini qeyd etdim ki, toyda olmayan qardaş və bacılar oxuyub
faydalansınlar. Allah təla bizə faydalı elm və elmin bəhrəsi olan əməl bəxş
etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder