16 Haziran 2012

İxlas ağacı


İl ağaca bənzəyir, aylar qolları, günlər budaqları, saatlar yarpaqları, arzu istəkləri isə meyvələridir. Bir kimsənin arzu istəyi Allaha itaət yönündə olsa, ağacının meyvəsi də xoş və dadlı olar. Əksinə, bir kimsənin arzu və istəyi Allaha üsyan yönündə olsa, onun da ağacının meyvəsi acı olar. Meyvələrin qoparılacağı gün isə Qiyamət günüdür. Həmin gün meyvənin acılığı və şirinliyi bəlli olacaqdır. 

İxlas və Tövhid qəlbdə olan bir ağac, qolları isə əməllərdir. Meyvəsi isə dünyada xoş olaraq, axirətdə isə nemətlər içində yaşamasıdır. Belə ki, cənnətin meyvələri əsla əksilməz və ya yox olmaz. Dünyadakı tövhid və ixlas meyvələri də belədir. 

Şirk, yalan, riya qəlbdə olan bir ağacdır. Dünyada bu ağacın meyvəsi qorxu, kədər, qəlb sıxıntısı, qəlbin qaralmasıdır. Axirətdə isə, bu ağacın meyvəsi zəqqum və əzabdır. Allah Təala bu iki ağacı İbrahim surəsində zikr etmişdir

"Əl- Fəvaid " İbn Qayyim əl Cauziyyə.

Hiç yorum yok:

Yorum Gönder