Həmd olsun yerləri-göyləri və
onların arasında olanları yaradan, Tək və Pak olan, Yenilməz Qüvvət Sahibi, Ən Uca, Ən
Güclü, Ən Varlı, Ölməz Əbədi olan Aləmlərin RƏBBİ
ALLAHA. Etdiklərimizdən, asiliyimizdən,
fasiqliyimizdən, günahlarımızdan ötrü
Ondan bağışlanma diləyirik və ona sığınırıq. Bizim Ondan başqa məbudumuz yoxdur.
O Eşidəndir, Görəndir, Nəzarət
Edəndir. Mən
şəhadət
edirəm ki, ALLAHDAN başqa ibadətə
layiq olan haqq məbud yoxdur, və şəhadət edirəm
ki, Muhamməd (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) Onun qulu və
elçisidir. O, şəriəti bizə
gözəl şəkildə izah edən,
gözəl nəsihətlər
edən və
insanlar içində ALLAHDAN ən çox qorxanımızdır. Daha sonra əziz müsəlman
qardaş və bacılarım, ən birinci özümə
daha sonra sizə ALLAHDAN qorxmağı təqvalı olub, dünyanın naz-nemətinə
aldanmamağı tövsiyə edirəm. Necəki
Uca RƏBBİMİZ Quranda buyurur "Dünya həyatı oyun və əyləncədən
başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər
anlamırsınız?" əl-Ənam/32.
Əziz qardaş və bacılarım, bu gün əgər biz özümüzə diqqətlə nəzər salsaq, bir gəminin
dənizdə
batmaq üzərə olduğu kimi, bizimdə
etdiyimiz günahlardan dolayı bu halda olduğumuzu görürük. Sual versək Bunun səbəbi nədir?
Cavab aydındır ALLAHDAN layiqincə
qorxmamağımızdır. ALLAHDAN layiqincə
qorxmaq üçün isə biz yer üzünə ayaq basmışların ən şərəflisi ALLAHIN Rəsulu
Muhamməd (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) onun səhabələrinin,
tabiinlərin, alimlərin saleh insanların yolunu tutmalıyıq. Amma
bu günləri çox təəsüf ki, biz o yolu doğru-düzgün tutmamışıq elə ona görədə etdiyimiz ibadətlərdən ləzzət
ala bilmirik. Əziz qardaş və bacılarım bununla bağlı bir nəsihət
edəcəm
sizə, hər
şeydən əvvəl onu bildirim ki, mən elm tələbəsi
deyiləm və
özümü elm tələbəsindən aşağı görürəm. Əziz
qardaş və bacılarım, çox pis haldırki
biz, biz bir yerdə olduqda, bir-birimizə zəng
vurduqda, ALLAH qorxusunu bir-birimizə
xatırlatmırıq, əksinə qəhqəhəylə gülürük danışırıq, sonra isə deyirik o rafiziyə bax nə gündədir, bu təkfirçiyə bax nə
gündədir, o mürciyədir, bu hənəfidir, fıan qardaş belə etdi, flan bacı belə
dedi və buna bənzər şözlər işlədirik.
Əziz müsəlman
qardaş və bacılarım görəsən siz heç bu ayə barəsində düşündünüzmü, "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır çox möhtərəm,
(əməllərinizi)
yazanlar." İnfitar/10-11. Bəs bu ayə
barəsində,
"İnsanı Biz yaratdıq və nəfsinin
ona nəyi
vəsvəsə
etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və
solunda iki (mələk) oturub (onun əməllərini qeydə
alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında
hazır durmuş gözətçi olmasın." Qaf
/16-18. Bəs bu ayə barəsində. "Yoxsa onlar elə
hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?
Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır. əz-Zuxruf/80. Əziz
qardaş və bacılarım, bu əzəmətli ayələri oxuyub gözlərimizdən yaş axmadısa, görün onda biz nə gündəyik,
yada axsada əgər sonra yenə əvvəlki
vəziyətimizə qayıtsaq görün onda biz nə gündəyik.
Əziz qardaş və bacılarım, hər dərdin dərmanı
olduğu kimi, bununda dərmanı var.
ALLAHIN sevimli qulu Muhamməd (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) buyurdu "Ey
ALLAHIN qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız
heç bir xəstəlik verməyib" (Əbu Davud,
4/3, 7). Başqa bir hədisdə
isə belə
buyurulur: "ALLAH şəfası
olmayan heç bir xəstəlik yaratmamışdır" (Əhməd ibn Hənbəl: 4278, İbn Macə, 3436, Əbu Davud
3855, Tirmizi 2039). Bizim tutulduğumuz bütün xəstəliklərin bir müalicəsi
var, oda ALLAH və Rəsuluna (Ona və
ailəsinə
ALLAHIN salavatı və salamı olsun) itaətdir. Uca RƏBBİMİZ
Quranda bizlərə belə buyurur "Ey iman gətirənlər! ALLAHA və Peyğəmbərə itaət edin və əməllərinizi
puç etməyin! Muhəmməd/33.
Əziz qardaş və bacılarım, biz ALLAHI sevirik, lakin ALLAH bizi bir dünyanın
içindəki toz dənəciklərindəndə çox sevir, elə
ona görədə
etdiyimiz günahların çoxluğuna baxmayaq ALLAH bizə
mərhəmət edir, bizi bağışlayır. Bu barədə RƏBBİMİZ
bizə belə
buyurur " Əgər ALLAHIN sizə lütfü və mərhəməti
olmasaydı, ALLAH tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan
danışanlar ALLAHIN lənətinə gələrdilər)." ən-Nur/10. Əziz qardaş və
bacılarım, biz nə etməliyik ki, özümüzü islah edək, dünyanın bər-bəzəyinə bağlanmayaq, bir-birimizi görəndə
ALLAHI xatırlayaq, ALLAH qorxsunu qəlbimizə möhur kimi vuraq. Bunun üçün bizə əsas
gərəkən ixlasdır, əgər əməllərimizdə ixlas yoxdursa ALLAH qorxusunu əldə edə bilməyəcəyik.
Əziz qardaş və bacılarım bir müsəlman
digər müsəlman
ilə salamlaşdıqdan sonra, onun kef
ahvalını soruşmalı sonra
belə
deməlidir, bir şeyə ehtiyacın varmı? Onun ehtiyacı olmasada, qəlbində
rahatlıq yaranacaq, sənə qarşı sevgisi artacaq, sabah ehtiyacı
olduqda utanmadan sənə ehtiyacını söyləyəcək. Əgər ehtiyacı olsa, səndən nəsə istəsə, sənin gücün çatmasa, gücün nəyə
çatır onu etsən, dua etsən və desənki bil ki, mənim
yalnız buna güçüm çatır bunuda ALLAH üçün edirəm, onda müsəlmanın qəlbi rahatlaşacaq hətta imanıda artacaq.
Daha sonra imkanı olan
bir müsəlman digər müsəlmandan
soruşmalıdır, xəstə olan, ehtiyacı olan bir müsəlman və
yaxudda müsəlman ailə tanıyırsanmı. Sonra hər bir müsəlman nəsihət
istəməlidir,
deməlidir ki, mənə nəsihət
et, elə bir nəsihət et ki, mənim içimdə
ALLAH qorxusu yaransın. Müsəlman buna
qarşılıq olaraq dünyanın keçici bir zövq, axirətin
isə əbədi yurd, cənnət nemətlərini, cəhənnimin dəhşətini ALLAH qorxusunu xatırlatmalı, bildiyi hədisləri
ayələri
rəvayətləri danışmalıdır. Sonra isə nəsihəti edən
müsəlman, nəsihət verdiyi müsəlmandan nəsihət istəməldir. Qarşılıqli olaraq müsəlmanda nəsihətini etməldir. Daha sonra bir yerdə oturduqda, hər hansısa bir müsəlmanın qeybətini etdiyini gördükdə, ona deməlidir ALLAHDAN qorx, qorx ki,
son əməlin bu olsun. Dünyadan,
boş-boş şeylərdən çox danışdıqda qəhqəhəylə güldükdə ona bu hədisi xatırlatmalıdır. Əbu Hureyra
(ALLAH ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) belə buyurduğunu deyib: Kim ALLAHA və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun" (Buxari 6018, Muslim 47). Əgər müsəlman əvvəl ki vəziyətinə yenə qayıtsa bu hədisi yenə xatırlatmalıdır. Çünki Uca
ALLAH bizə belə buyurur "Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir." əz-Zəriyət/55. Əgər görsə ki, mümkün deyil, yaxın
tanıdığı olsa belə salamlaşıb ordan durmalıdır. Müsəlman xahiş etsə ki, getmə otur, onda şərt qoymalıdır, qeybet etmək yox, dünyadan və boş-boş şeylərdən danışmaq yox! Əgər müsəlman bunları etsə, sabah o bir müsəlmanda özünü düzəldəcək inşəALLAH. Bundan əlavə bir müsəlman, digər müsəlmanın bir günah və ya xəta etdiyini görəndə, ona gözəl yumşaq tərzdə nəsihət etməlidir. Xatırladım ki, nəsihəti insanların içində yox yalnız təklildə etmək lazımdır. Lakin ümumi nəsihəti bir yerdə olandada etmək gözəldir. Əziz qardaş və bacılarım biz qəlbimizi ALLAHIN kəlamlarıyla doldursaq, hər görüşdükdə bir-birimizə ALLAHI xatırlatsaq daim xoşbəxtlik içində olacağıq, əks halda bu xoşbəxtliyi əldə edə bilməyəcəyik. Nəsihətimi
Uca RƏBBİMİN
izni ilə
bitirdim.
Əs-Sələmu Aleykum Va Rahmatullahi Va
Barakatuhu.
hazırladı ABDULHAQQ
Hiç yorum yok:
Yorum Gönder