“Həqiqətən,
(Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar”.
Alimlər bu ayədə hicr
əhlinin peyğəmbərləri yalan hesab edənlər olduqlarını deyiblər. Artıq
peyğəmbərlər hamısı yalan hesab olundular. Səmud qövmü və Saleh əleyhissəlamın
qövmü hicr qövmü adlanır. Ona görə ki, onlar dağın ətəyində evlər yonub
içəriisndə yaşayırdılar. Dağın ətəyində, yaxud da yonulmuş dağlarda yaşadıqları
üçün onlara hicr əhli deyiridlər. Onlar dağların ətəyində elə məskənlərdə qərar
tutmuşdular ki, heç bir düşmənləri onların yaşadıqları yerlərə hücum edə
bilmirdilər. Çox möhkəm və yonulmuş dağların ətəyində məskən salmışdılar.
Onların qaldıqları yerə heç bir insan və heyvan daxil ola bilmirdi. Onlar əmin
bir yerdə yaşadıqlarını düşünürdülər.
Allah təala onlar haqqında
buyurur ki, “Biz onlara ayələrimizi
göndərdik, lakin onlar (bu )ayələrdən üz döndərdilər. Onlar təhlükəsizlikdə qalmaq
üçün dağlarda evlər yonurdular. Onları sübh çağı qorxunc səs yaxaladı” (əl-Hicr
surəsi 81-83). Onlar işlərini möhkəm tutmuşdular. Əmin idilər ki, heç vaxt çox
əzab-əziyyətlə yonduqları və içərisində özləri üçün möhkəm sığınacaq qurduqları
bu evlərə heç vaxt heç nə ola bilməz. Onlar peyğəmbərlərini yalan hesab etdikləri
halda o dağların içərisində rahat şəkildə əbədi qalacaqlarını düşünürdülər.
Amma onlar göndərilən peyğəmbərləri yalan hesab etdikləri, inanmadıqları,
deidklərinə əməl etmədikləri üçün onları sübh çağı qorxunc səs yaxaladı.
Bu
gün də peyğəmbərin ardınca gedənlər insanları islama, Allaha təslim olmağa
dəvət edirlər. Amma Allaha tərəf dəvət olunanlar, dəvətə cavab verməyənlər
keçmiş adətlərini tərk etmədən bu dəvətə cavab vermirlər və cavab vermək
istəmirlər. Onlar elə düşünürlər ki, əbədi olaraq bu dünyada qalacaq və bu
dünyada zövq aldıqları kimi axirətdə də zövq ala biləcəklər. Onlar bu
arzularına çata bilmələri üçün islam dəvətinə cavab verməli, Allahın əmrlərini
yerinə yetirməli və qadağanlarından çəkinməlidirlər. Əgər belə etsələr ola
bilsin ki, Allah təala onlara rəhm edər. Allah təaladan xalqımız üçün hidayət
istəyirik.
Əkrəm
Həsənov (ilahiyyatçı, elmi işçi)
Hiç yorum yok:
Yorum Gönder