Allaha həmd olsun. O Allaha
ki, Qurani Kərimdə bizə buyurur : “ - Biz göyləri, yeri və onlar arasında
olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun
şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən)
yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların
cəzasını verəcəkdir!).
- Biz orada xurma və
üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,
- Onların
meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən)
yesinlər. Hələ də şükür etməzlər?
- Yerin
yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək
və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və
nöqsansızdır!) (Yasin 33-36).
- O kəslər ki, ayaq
üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin
yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə
yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün)
qoru! - Ey Rəbbimiz!
Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək
edən olmaz! - Ey
Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir
kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı
bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik
günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
- Ey Rəbbimiz! Öz
peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi
rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
- Rəbbi də onların
dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən
heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində
kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq
məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə
düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan
bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan
cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran
190-195).
- Gecə ilə gündüzün bir-birinin ardınca
gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa
üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır. (Yunus
5-6).
- Şübhəsiz ki, davarda
(sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı
qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından
rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz.
Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
- Siz xurma
ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi
(kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da
ağılla düşünənlər üçün bir ibrət vardır. (ən-Nəhl 12-13,65-67).
- Dirildən də, öldürən
də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq:
“Ol!” – deyər, o da dərhal olar (əl-Mumin 67-68).
- Sizi (atanız Adəmi)
torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə
yayılmağınız Onun qüdrət əlamətlərindəndir.
- Göylərin və yerin
yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət
əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün
(Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr
vardır!
- Gecə və gündüz yatıb
dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız),
nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir.
Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!
- Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə
(İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən
(qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
- Göylərdə və yerdə
kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir).
Hamısı Ona boyun əyər!
- Məxluqatı əvvəlcə
yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun
üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç
bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz
qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də
yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır) (ər-Rum 19-27).
- Bunları (bu
davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini
yedikləri də.
- Onların (o
heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də
şükür etməzlərmi ? (Yasin 71-73).
- Biz onları yalnız
haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu)
bilməz! (əd-Duxan 38-39).
- O, axıb tökülən bir sudan (nütfədən)
yaradılmışdır.
- (O su kişilərin) bel sümüyündən,
(qadınların isə) köks sümüyündən çıxar! (ət-Tariq
5-7).
Tariq
b Şihab (Allah ondan razı olsun) dedi: “ Ömər ibnu-l Xəttab
dedi ki; “ (Bir gün) Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) aramızdan
qalxaraq məxluqatın ilk yaradılışından başlayaraq(keçmiş və gələcək olan bütün
hadisələri) cənnət əhlinin cənnətə, cəhənnəm əhlinin cəhənnəmə girməsinə qədər
danışdı. Bunu bir qismi öyrəndı, bir qismi unutdu” (Kütüb-i Sitte, Hadis
Külliyâtı, 1658).
İbn Məsud (Allah ondan razı olsun)
dedi: “Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) buyurdu ki; “ Allah
Təala ağılı yaratdığı zaman ona: “Gəl!” dedi, o da gəldi. Sonra “Geri qayıt!” deyə əmr etdi. O da geri qayıtdı.
Sonra ağıla belə dedi: “Mən özümə səndən daha sevimli bir şey yaratmadım. Səni
nəzdimdə məxluqatın ən sevimli olanına mindirəcəyəm”.
1 - Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2 - Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə)
səpələnəcəyi zaman;
3 - Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı)
zaman;
4 - (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr
başlı-başına buraxılacağı zaman;
5 - Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə
toplanacağı zaman;
6 - Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
7 - Ruhlar (bədənlərə) qovuşacağı zaman” (Təkvir
1-7 ci ayələr). Bükülmə haqqında digər bir ayə belədir: “- Göyü kitab
səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün
insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki
halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.
(Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə
gətirməyi vəd etmişdik. Biz
onu mütləq edəcəyik) ” (Ənbiya 104).
- Sonra onu (Adəm
övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
- Sonra nütfəni
laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o
bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra
onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan
Allah nə qədər (uca, nə qədər) uludur!
- (Belə bir
yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
- Sonra siz qiyamət
günü yenidən dirildiləcəksiniz!” (əl-Muminun 12-16).
- Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır,
biləndir!” (əl- Hicr 85-86). Allah Təala öz günahkar qullarını
xəbərdar etmək üçün, inanan qullarını müjdələmək üçün göndərdiyi bütün
peyğəmbərlərə və son peyğəmbər, peyğəmbərlərin xatəmi Məhəmmədə salam olsun. O Peyğəmbərə ki, Allah Təala ona
belə buyurmuşdur: “- (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət)
sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə,
əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd
olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada)
qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir
xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə
ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)” (əl-Əhqaf
35).
Hər bir insan üçün bütün bu
ətrafında gördüklərinin, səmanın, yerin, günəşin, ayın, ulduzların ilk
yaradılışı haqqında müəyyən təəssüratları vardır. Bəzi dərin düşüncəli və elmi
olanlar yaradılışın ilk mərhələsinin necə olduğunu özlərində düşünür və
fikirləşirlər. Allah Təala buyurur: “- Həqiqətən, göylərin və yerin
yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində
insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer
üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları
onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və
buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və
qüdrətinə dəlalət edən) əlamətlər vardır” (Bəqərə: 164).
Biz Qurani Kərimi oxusaq
görərik ki, bu ayəni qüvvətləndirən bir çox ayələr vardır, onlardan yenə Qurani Kərimin Yasin surəsində görürük: “
- Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir.
Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr
çıxardırıq, onlar da ondan yeyirlər.
Buna bənzər ayələr çoxdur.
Məsələn, Allah təala başqa ayədə belə buyurur: “- Həqiqətən, göylərin və yerin
yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin
ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini,
kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
- Yeri (insanların və başqa canlıların
yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar
yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s.
olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb
bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün
(Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
- Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr
(münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq
sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma
ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün
tuturuq. (ər-Rəd 3- 4).
- Günəşi işıqlı (parlaq), ayı nurlu
edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən
məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən
bir tayfa üçün belə müfəssəl izah edər!
- O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram
etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir.
Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! - (Allah) yer üzündə yaratdığı cürbəcür
şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi.
Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini,
əzəmətini bildirən) əlamətlər vardır!
- Allah göydən bir yağış endirər, onunla yer
üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəshihətə) qulaq asanlar üçün
bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları
da öləndən sonra diriltməyə qadirdir!)
- Sizi (atanız Adəmi) torpaqdan, sonra
nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq
olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə
yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına
yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün
sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə
edilir.
- Biz göyü, yeri və onların arasında olanları
(bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm
odunda yanacaq kafirlərin halına! - (Ya Peyğəmbər! Bu Quran) sənə nazil
etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini
düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad 27,29).
- (Allah) ölüdən diri, diridən də ölü
çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib
qəbirlərinizdən) belə çıxardılacaqsınız.
- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə,
öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət
yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda)
düşünən bir qövm üçün ibrətlər vardır!
- Sizə həm qorxu, həm də ümid verən (sizi
vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz)
ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı
diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən
bir qövm üçün ibrətlər vardır.
- Məgər (Məkkə müşrikləri) Bizim Öz
əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də
onlara sahib olduqlarını görmürlərmi?!
- Biz göyləri, yeri və onların arasında
olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!
- Elə isə insan nədən yaradıldığına
(bəsirət gözü ilə) bir baxsın!
- Allah sizə Öz ayələrini, (hökmlərini) bu
qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın). (Bəqərə 242).
İnsanlardan elələri də
vardır ki, elmi olmadan bu barədə öz aralarında mübahisə edirlər. Halbuki Allah
Təala hər bir işdə olduğu kimi bu iş barəsində də biz qullarını xəbərdar
etmişdir. Əslində hər şey açıq aşkar Quran ayələrində bildirilmiş, ayələrdə
tapa bilmədiyimiz qismini isə Allah Təala elçisi vasitəsilə bizə çatdırmışdır.
İmran bin Husayn (Allah
ondan razı olsun) dedi: “ Təmim oğullarından bir camaat peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun) yanına gəldilər. Peyğəmbər onlara dedi: “
– Ey Təmim oğulları! Sevinin, sizə müjdələr olsun!” Onlar dedilər: “-
Bizi müjdələdin, bizə bir şeylər də ver.” Onun üzü dəyişdi. Sonra onun yanına
Yəmən əhli gəldi. Peyğəmbər dedi: “ Ey Yəmən əhli! Müjdəni qəbul
edin, onu Təmim oğulları qəbul etmədi.” Onlar dedilər: “ - Qəbul etdik.” Sonra
Məhəmməd peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara
yaradılışın başlanğıcı və ərşin yaradılışı haqqında söhbət açdı. Bu vaxt bir
nəfər gəldi ki, “- Ya İmran dəvən açılıb qaçdı”, kaş qalxmayaydım.”
Bunu rəvayət edən səhabə dəvəsinin arxasınca
getdiyi üçün Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)
yaradılış barəsindəki söhbətini sona qədər dinləmədiyinə görə təəssüflənir.
Başqa bir rəvayətdə İmran bin Husayn bunu açıq aşkar bəyan edir ki, həmin
rəvayət belədir: “- Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun)
dedi: “ – Allah var idi, Ondan başqa heç nə yox idi. Onun ərşi suyun
üzərində idi. Zikirdə (Lövhü Məhfuzda) hər şeyi yazdı. Səmaları və Yeri
yaratdı.” Sonra bir nəfər məni çağırdı ki, Ya ibn Husayn dəvən getdi, mən
qalxıb getdim. Baxdım ki, onun qarşısındakı sərab önümü kəsir. Allaha and olsun
ki, mən dəvəmi tərk etməyi çox istədim.”
Əbu Hüreyrədən (Allah ondan razı olsun), peyğəmbər (ona
Allahın salavatı və salamı olsun) dedi: “ – Mənə göründü ki, Allah Təala
dedi ki, Adəm oğlu mənə söyür,halbuki onun Məni söyməsi və Məni yalan hesab
etməsi ona yaraşmaz. Onun Mənə söyməsi Mənim övladım olmasını deməsidir, Məni yalan
hesab etməsi isə ilk dəfə yaratdığım kimi təkrar yaratmayacağımı deməsidir.”
Abdulmüttəlibin oğlu Abbas (Allah ondan razı olsun) rəvayət edir ki; “
Bətha adlanan yerdə aralarında Allahın
rəsulunun da olduğu bir qrup insanla
oturmuşdum. Bu zaman bir bulud keçdi, hamı ona baxdı. Allahın rəsulu (səlləllahu
aleyhi və səlləm):
“ Bunun adı nədir,
biləniniz varmı?” deyə soruşdu.
“Bəli, bu buluddur!” dedilər. Allahın rəsulu(səlləllahu aleyhi və səlləm):
“Buna müzn də deyilir” dedi. Oradakılar:
“Bəli, müzn də deyilir” dedilər. Sonra Allahın rəsulu(səlləllahu aleyhi və
səlləm) buyurdu:
“Anan da deyilir”. Səhabələr də:
“Bəli, anan da deyilir” dedilər. Sonra Məhəmməd peyğəmbər (səlləllahu
aleyhi və səlləm):
“Bilirsinizmi göy ilə yer arasındakı uzaqlıq nə
qədərdir?” deyə soruşdu.
“ Xeyir, Allaha and olsun ki, bilmirik!” deyə cavab verdilər.
“ Elə isə bilin, ikisi arasındakı uzaqlıq ya yetmiş bir,
ya yetmiş iki və ya yetmiş üç ildir. Onun üzərindəki səmanın uzaqlığı da
belədir”.
Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) yeddi səmanı sayaraq hər biri
arasında bu qədər uzaqlıq olduğunu dedi. Sonra əlavə etdi:
“ Yeddinci səmanın o tərəfində bir dəniz var. Bunun üst
səthi ilə dibi arasında iki səma arasındakı məsafə qədər məsafə var. Bunun da o
tərəfində səkkiz ədəd yabanı keçi surətində mələk var. Bunların dizləri
arasında iki səma arasındakı məsafə qədər uzaqlıq var. Bunların bellərinin
arxasında ərş var. Ərşin də alt tərəfi ilə üst tərəfi arasında iki səma
arasındakı uzaqlıq qədər məsafə var. Allah, bütün bunların fövqündədir”.
Bir rəvayətdə belə deyilir ki, bu hədisi Camiul-Usul sahibi Kutub-i Sittəyə
(Altı kitaba) daxil olan kitabların heç birinə nisbət etməmişdir.
Qatadə və Abdullahdan gələn başqa bir rəvayətə görə Allahın rəsulu(səlləllahu
aleyhi və səlləm) səhabələriylə birlikdə
oturarkən bəzi buludlar keçmişdi:
“Bunun nə olduğunu bilirsinizmi? Bu əl- Anan deyilən
buluddur. Allah Təala bunu özünə heç bir ibadət etməyən bir tayfaya göndərərək
su ehtiyaclarını görür.” dedi. Bir müddətdən sonra:
“ Bu səma nədir bilirsinizmi? Bükülmüş bir dalğa,
qorunmuş bir tavandır. Bunun üstündə başqa bir səma vardır.” dedi ve beləcə üst-üstə
yeddi səmanın olduğunu söylədi. Sonra danışmağa davam etdi:
“İkisi arasında nə qədər uzaqlıq var, bilirsinizmi?” deyə soruşduqdan sonra “Beş
yüz il!” dedi. Sonra təkrar:
“Bunun gerisində nə olduğunu bilirsinizmi? Bunun
gerisində su var. Suyun gerisində ərş var. Allah ərşin fövqündədir. Adəmoğlunun
hərəkətlərindən heç biri Ona gizli qalmaz” buyurdu, sonra təkrar:
“ Bu ərz (yer) nədir bilirsinizmi? Bunun altında bir
digər yer var, ikisi arasında beş yüz il var”. Beləcə yeddi ərzin varlığını
bir-bir saydı (Kutub-i Sittə, Hadis ansiklopedisi, 1661).
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) gələn rəvayətdə Allahın
rəsulu (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Allah
yeddi səmanı yaratdı. Hər birinin uzunluğu beş yüz il yerimə məsafəsi
qədərdir”.
Cubeyr ibn Mutim (Allah ondan razı olsun) rəvayət
edir. Allahın rəsulunun (ona Allahın salavatı və salamı olsun) yanına
bir bədəvi gələrək dedi: “ Ya Rəsulallah! Quraqlıqdan insanlar məşəqqətə
düşdülər. Ailə uşağımız ziyana uğradı. Heyvanlarımız da həlak oldu. Allaha dua
et bizim üçün su göndərsin. Biz Allaha qarşı sənin şəfaətini, sənə qarşı da
Allahın şəfaətini tələb edirik!” Allahın rəsulu (ona Allahın salavatı və
salamı olsun) o adama belə cavab verdi:
“Vay olsun sənə! Dediyin sözü dərk edirsənmi?
Subhanallah”.
Allahın rəsulu (ona Allahın salavatı və salamı
olsun) subhanallahı o qədər təkrar etdi ki, bunun təsiri səhabələrin
üzündən oxunmağa başlandı. Sonra Allahın rəsulu (ona Allahın salavatı və
salamı olsun) sözünə belə davam etdi:
“Vay sənə məxluqatından heç kimə qarşı Allah
şəfaətçi qılınmaz. Allahın şəni belə bir iş etməkdən çox uzaqdır. Bura bax! Sən
Allahın əzəmətinin nə olduğunu bilirsənmi? Onun ərşi səmalarının üzərindədir - barmaqlarıyla
işarə edərək – eynilə üzərində bir qübbə kimi. Ərş Allahın əzəmətindən
inildəyib səs çıxarır, eynilə süvarisi səbəbilə atın səs çıxarması kimi” (
Əbu Davud, Sünnət 19).
Əbu Hüreyrə (Allah ondan razı olsun) dedi ki,
Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) belə dedi: “- Allah
yaratmağı təqdir etdikdə ərşin üzərində olan kitabında belə yazdı: Rəhmətim
qəzəbimə qalib gəldi.”
Əbu Bəkrə (Allah ondan razı
olsun) dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun)
dedi: “- Zaman artıq Allahın səmaları və yeri ilk dəfə yaratdığı vəziyyətinə dönüb. İl on iki aydır.
Onlardan dördü haramdır. Üçü ard-arda Zilqadə, Zilhiccə, Məhərrəm və Cəmadiyəl
axirlə Şaban ayının arasında olan Mudar qəbiləsinin Rəcəb ayıdır.”
Əbu Zər (Allah ondan razı
olsun) dedi: “ – Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun)
günəşin batdığı vaxt əbu Zərə: “- Bilirsən o hara gedir?” dedi. Mən
dedim ki, Allah və rəsulu daha yaxşı bilir. O dedi: “ O gedib ərşin altında
səcdə edər və təkrar gəlməsi üçün izn istəyər.Ona izn verilər. Bu aramla günəş
səcdə edib izn istədikdə ondan qəbul olunmaz və izn verilməz. Ona deyilər ki,
gəldiyin yerə qayıt. O da qərbdən doğar. Bu Allahın: “Günəş də (qüdrət
əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu,
yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli
hökmüdür).” ayəsinin ifadəsidir.”
Əbu Hüreyrədən (Allah ondan
razı olsun) Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) dedi: “Günəş
və Ay qiyamət günü büküləcəklər”.
Bu barədə Qurani kərimdə
Təkvir (Sarınma) surəsi vardır. Bu surədə Allah Təala buyurur: “Mərhəmətli,
rəhmli Allahın adı ilə!
Bizim mövzumuz ilk
yaradılışla bağlı olduğu üçün bükülmə haqqında təfsilata girməyəcəyik.
Əbu Hüreyrə (Allah ondan
razı olsun) Rəvayət edir ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı
olsun) bir gün əlimdən tutdu və mənə belə dedi: “Allah Təala torpağı
şənbə günü yaratdı. Ondakı dağları bazar günü yaratdı; ağacları bazar ertəsi
günü yaratdı. Məkruhları(xoşa gəlməyən şeyləri) çərşənbə axşamı günü yaratdı.
Nuru çərşənbə günü yaratdı və heyvanları cümə axşamı günü yaydı. Adəmi(əleyhissəlam)
əsr vaxtından sonra, əsr ilə gecə arasındakı gündüzün ən son saatında ən son
məxluq olaraq yaratdı” (Müslüm).
Allah Təala buyurur: “
- (Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir
və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! O, yer
üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi)
istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə)
müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində
yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd
gündə xəlq etdi)” (Fussilət
9-10).
Başqa bir ayədə deyir: “-
Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun
əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib
edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və
ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr
etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər
böyükdür)! ” (əl-Əraf 54).
Abdullah ibn Abbas (Allah
ondan razı olsun) rəvayət edir; “ Yəhudilər göy gurultusunun nə olduğunu
Məhəmməd peyğəmbərdən(ona Allahın salavatı və salamı olsun) soruşdular:
“ Buludlara hakim olan
mələkdir. Yanlarında oddan qamçılar var. Bununla buludları Allahın istədiyi
yerə sürər” deyə cavab verdi. Onlar təkrar soruşdular:
“Bəs bu eşidilən səs, o
nədir?”
“Bu buludların istənilən
yerə getmələri üçün onlara edilən bir sövqdür” dedi. Yəhudilər: “Doğru
dedin. İndi isə İsrailin, Yaqubun(əleyhissəlam) özünə haram etdiyi şey nədir,
onu bize de?” dedilər. Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun):
“Yəqub (əleyhissəlam)
(irqun-nə sa deyilən) yerindən başlayıb dizinə, topuğuna qədər enən bir ağrısı
var idi. Dəvə ətindən ve südündən başqa özünə uyğun gələn nə yemək, nə içmək
var idi. Bu səbəblə o bunları haram etdi.” dedi. Yəhudilər: “Düz
dedin” dedilər. (Tirmizi)
Əbu Hüreyrə (Allah ondan
razı olsun) rəvayət edir: “ Allahın rəsulu(ona Allahın salavatı və salamı
olsun) buyurdu ki: “Cəhənnəm Rəbbinə şikayət edərək dedi ki: “Ey Rəbbim!
Bir qismim digər qismimi yeyir.” Bundan sonra ona iki nəfəs icazə verdi. Bir
nəfəs qışda, bir nəfəs də yayda. Bax bu yay nəfəsi ən şiddətli şəkildə hiss
etdiyiniz hərarətdir. O birisi də ən şiddətli hiss etdiyiniz soyuqdur”.
(Buxari)
Aişə (Allah ondan razı
olsun) dedi: “Nəbi (ona Allahın salavatı və salamı olsun) səmada bulud
topası kimi işarə görəndə gedər, gələr, girər, çıxar, üzü dəyişilərdi. Səmadan
yağış yağdıqda bu halı ondan aparılardı.” Aişə(Allah ondan razı olsun) bunu ona
bildirmişdir. O belə demişdir: “Nə bilim, ola bilsin ki, havanın belə
buludlu olması “- Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub
gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq
buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez
gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” (əl-Əhqaf 24) deyən qövmün dediyi kimi ola bilər”.
Abdullah bin Məsud ( r.a)
dedi ki, Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) sadiq (sözündə
doğru), məsduq (doğruluğu təsdiq olunmuş) bizə dedi ki; “Sizdən birinizin
ana bətnində yaradılışı qırx gündə toplanır. Sonra o qədər müddətdə (ikinci
qırx gündə) ələqə olur. Sonra o qədər müddətdə (üçüncü qırx gündə) müdğə (ət
parçası) olur. Sonra Allah bir mələk göndərir. Ona bu dörd kəlimə əmr olunur.Ona
(mələyə) deyilir ki, onun əməlini, ruzisini, əcəlini, günahkar və ya
yaxşı(itaətkar) olmağını yaz. Sonra ona ruh üfürülür. Sizdən biriniz əməl işlər
o vaxta qədər ki, onunla cənnət arasında bir zira (təxminən 50 sm) məsafə
qaldıqda ona yazılan onu keçər və cəhənnəm əhlinin əməlini işlər. Yenə əməl
edər, onunla cəhənnəm arasında bir zira (50 sm) qaldıqda ona yazılan onu keçər
və cənnət əhlinin əməlini işlər.”
Məşhur hədis alimi Şeyx
Məhəmməd ibn əl-Hüseyn əl-Acurri bu hədisin şərhində deyir ki: “- Ey istəyən
insan bil ki, şübhəsiz Allah Azzə və Cəllə, qulları üçün ruzi işini
tamamlamışdır. Hər ruzi tələb edən öz ruzisini yeyər, onda artma olmaz, əksilmə
də olmaz, ta ki, əcəli gələnə qədər… Əcəllər də bunun kimi nə artar, nə də
əksilər. Allah Azzə ve Cəllə onun xeyirli və şərli əməlini də yazmışdır.
Günahkar və ya yaxşı olmağını, yəni cəhənnəmliklərdənmi yoxsa cənnətliklərdənmi
olmağını da yazmışdır. Qullar tamamlanmış olan bu işlərdə əməl edərlər. Buna
iman etmək vacibdir. Kim buna iman etməzsə kafir olar.” (Seyfullah
Erdoğmuş, İmam Acurri Kirk hadis şerhi, Ankara 1999).
Məhəmməd peyğəmbərin bu
sözünü doğrulayan ayələr vardır. Bu ayələrin birində Allah Təala buyurur: “-
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk
yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan,
sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir
şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir
parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində
müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq
olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına)
yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər,
kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə
bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer
üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana)
gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən)
bar gətirər.” (əl- Həcc 5)
Burada Allah Təala üç
mərhələni zikr etdi, bəzi ayələrdə isə bu mərhələyə əlavələr vardır. Məsələn,
Allah Təala Muminun surəsində buyurur ki: “ - Biz, həqiqətən, insanı
tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə
süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).
İbn Rəcəb deyir ki, bu
Adəmoğlunun yaradılıb ruh üfürülməsindən əvvəlki yeddi mərhələsidir.
Qatadə(ona Allahın
mərhəməti olsun) rəvayət edir: “Bu ulduzlar üç məqsədlə yaradıldı:
1-
Allah onları səmaya bəzək
etdi.
2-
Şeytanlara atılan daş etdi.
3-
Gecələri istiqamət təyin
etmək üçün işarə etdi. Kim ulduzlar haqqında bunların xaricində bir izah gətirərsə
xətaya düşər, nəsibini itirər, mənasız bir yükün altına girər, haqqında elmi
olmayan, peyğəmbərlərin və mələklərin belə bilməkdə aciz qaldıqları bir şeyə
girmiş olar. Allaha and içərək deyirəm: Allah heç kimin nə həyatını, nə
ruzisini, nə də ölümünü hər hansısa bir ulduza bağlı etməmişdir. Əksini iddia
edənlər Allah haqqında yalan deyərək iftira edirlər...”
Əbu Musa (Allah ondan razı
olsun) rəvayət edir: “ Allahın rəsulundan(ona Allahın salavatı və salamı
olsun) eşitdim, bunu dedi:
“Allah Təala Adəmi (əleyhissəlam)
yer üzünün bütün hissələrindən aldığı bir ovuc torpaqdan yaratdı. Adəmin (əleyhissəlam)
oğulları da yer üzərinin hissələrinə görə meydana gəldi. Bir qismi ağdır, bir
qismi qızılıdır, bir qismi qaradır. Bunlar arasında orta rənglilər də var.
Bundan başqa bir qismi itaətkardır, bir qismi üsyankardır, bir qismi pis
qəlbli, bir qismi yaxşı qəlblidir.” (Əbu Davud)
Əbu Hüreyrə (Allah ondan
razı olsun) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı
olsun) buyurdu ki: “Allah Təala Adəmi(əleyhissəlam) yaratdığı və ona ruh
üfürdüyü zaman Adəm(əleyhissəlam) asqırdı və əlhəmdulillah deyərək Allah
Təalaya Onun izniylə həmd etdi. Rəbbi də ona: “Ey Adəm yərhəmukallah(Allah
səsnə mərhəmət etsin), yaxın mələklərdən bu oturan qrupun yanına get və
“Assalamu aleykum” de!”. Adəm(əleyhissəlam) belə etdi və mələklər: “Və
aleykum-us-salamu və rahmatullahi və bərəkətuhu!” deyə cavab verdilər. Sonra
Adəm(əleyhissəlam) Rəbbinə tərəf döndü. Rəbbi ona: “Bu cümlə sənin və
övladlarının arasında olan salamlaşmadır” dedi.
Allah Təala əlləri bağlı
olduğu halda Adəmə (əleyhissəlam) dedi:
“İstədiyini seç!” Adəm (əleyhissəlam):
“Rəbbimin sağ əlini seçdim.
Rəbbimin iki əli də sağdır, mübarəkdir” dedi. Sonra Allah Təala sağ əlini açdı.
İçində Adəm və onun zürrüyyətinin bənzərləri var idi. Adəm (əleyhissəlam) dedi:
“Ey Rəbbim! Bunlar nədir?” Allah Təala: “Bunlar sənin zürriyyətindir” dedi.
Hər insanın iki gözü
arasında ömrü yazılı idi. Aralarında biri hamısından daha parlaq, daha nurlu
idi. Adəm (əleyhissəlam): “Ey Rəbbim, bu kimdir?” dedi. Allah Təala:
“Bu sənin oğlun Davuddur.
Mən ona qırx illik ömür təqdir etdim.” dedi. Adəm(əleyhissəlam):
“Ey Rəbbim! Onun ömrünü
uzat!” tələbini etdi. Rəbbi:
“Bu ona təqdir olunmuş olandır”
dedikdə Adəm(əleyhissəlam):
“Ey Rəbbim, mən ona öz
ömrümdən altmış il verirəm” deyə israr etdi. Bundan sonra Allah Təala: “Sən və
bu tələbin bərabərsiniz” buyurdu. Sonra Adəm (əleyhissəlam) cənnətə yerləşdirildi.
Allahın istədiyi qədər orada qaldı. Sonra cənnətdən yer üzərinə endirildi. Adəm
(əleyhissəlam) burada öz əcəlini il bə-il sayıb hesablayırdı. Bir vaxt ölüm
mələyi gəldi. Adəm (əleyhissəlam) ona: “Tələsdin, tez gəldin. Mənə min il ömür
təqdir edilmişdi!” dedi. Mələk: “Yaxşı, amma sən oğlun Davuda(əleyhissəlam)
altmış ilini verdin” dedi. Beləliklə o bunu inkar etdi, onun zürrüyyəti də
inkar etdi. O unutdu, zürrüyyəti də unutdu”. Allahın rəsulu(ona
Allahın salavatı və salamı olsun) əlavə etdi: “O gündən etibarən yazma
və şahidlik əmr edildi. (Tirmizi)
Aişə (Allah ondan razı
olsun) rəvayət edir: “Allahın rəsulu(ona Allahın salavatı və salamı olsun)
buyurdu ki; “Mələklər nurdan yaradıldılar, cinlər dumanlı bir alovdan
yaradıldılar. Adəm (əleyhissəlam) də sizə vəsfi ediləndən yaradıldı (yəni
torpaqdan).”
Bununla da bizdə ilk
yaradılış haqqında müəyyən qədər təəssüratlar oldu. Lakin bu mövzu həm dərin,
həm də əsaslı şəkildə öyrənilməsi lazım olan mövzulardandır. Biz çox dərinə
getmədən, səthi şəkildə səhih qaynaqlara dayanmağa çalışaraq, ilk yaradılış
haqqında sizlərə cüzi də olsa məlumat verdiyimizi düşünürük. Daima sizdən gələn
məsləhət və iradları qəbul edərək xətalarımızın çox olduğunu etiraf edirik.
Allah Təala bütün günah və xətalarımızı bağışlasın və bizi doğru yolda müvəffəq
etsin. Bütün peyğəmbərlərə salam olsun. Allah Təalaya razı olduğu qədər həmd və
şükürlər olsun.
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)..
Qaynaqlar:
1.
Qurani
Kərim(Azərbaycan dilindən tərcüməsiylə). Məhəmmədhəsən Qənioğlu, Tariyel
Bilaloğlu, Bakı: Göytürk, 2000.
2.
Qurani Kərim,
Vasim Məmmədəliyev, Ziya Bünyadov (elektron kitab).
3.
Buxari Əbu
Abdullah Muhamməd b. İsmail, əl-Camiu-s-Sahih, trc. Mehmed Sofuoğlu,
İstanbul, 1987.
4.
Muslim
Əbu-l-Huseyn b. əl-Həccac əl-Kuşeyri, əl-Cəmiu-s-Sahih, trc. Mehmet
Sofuoğlu, İstanbul, ts.
5.
Kutub-i Sitte,
Hadis Külliyatı, (elektron kitab).
6.
Seyfullah Erdoğmuş,
İmam Acurri Kirk hadis şerhi, Ankara 1999.
Hiç yorum yok:
Yorum Gönder