06 Nisan 2012

İranın “məzhəb birliyi” oyunu və “İslamoğlu” kartı... - I Yazı

Iranın Mustafa İslamoğlu vasitəsi ilə Azərbaycan müsəlmanlarına qarşı pılanıMisirdə İran İslam İnqilabını təbliğ etdiyi üçün həbs edilən radikal şiyə Həsən Şəhhət ilə Mustafa İslamoğlu əlaqəsiMustafa İslamoğli din alimidir yoxsa siyasətçi?


ARAŞDIRMA 

________________________________________Azərbaycanda radikal dini müxalifət yaratmaq üçün Mustafa İslamoğlu və Nurəddin Şirin önə sürülüb və onlar “Azərbaycan iqtidarı zalımdır və xalq bu lənətəgəlmiş iqtidardan qurtulmalıdır” şüarı ilə hərəkət edirlər“Hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz” əqidəsinə sahib Mustafa İslamoğlu Azərbaycan sünnilərini də İranın planına alət etmək istəyirMüstəqillik qazandıqdan sonra müxtəlif vasitələrlə Azərbaycanı qarışdırmaq istəyən, dəfələrlə casusları ifşa olunan, buna baxmayaraq ölkəmizin “mehriban düşməni” olmaqdan yorulmayan İran bu dəfə yeni taktikaya üstünlük verib. Terrorun arxasındakı güc rolunu oynayan İran öncələri Azərbaycanın yalnız şiə məzhəbinə mənsub vətəndaşlarına hesablanan oyun qursa da, bu dəfə sünnilərə də “qarmaq” atmaq istəyir. Terrora verdiyi dəstək dünyanın güclü kəşfiyyat qaynaqları tərəfindən sənədlərlə ortaya qoyulan, İraq, Əfqanıstan, Livan, Fələstin, Yəmən, Kuveyt, Türkiyə və digər ölkələrdə “İslam İnqilabı” üçün terrordan istifadə etdiyi dəfələrlə sübut olunan Fars Rejimi Azərbaycanı da “yaddan çıxarmayıb”.İranın Azərbaycanla bağlı “örtülü” siyasətiÖncə qeyd edim ki, İranın Azərbaycan siyasətini kəskin fərq baxımından iki dövrə ayırmaqda fayda var. 1. 2005-ci ilə qədərki dövr. 2. 2005-ci ildən sonrakı dövr.Birinci dövrdə İran daha çox İslam Partiyası, Nardaran kəndinin ağsaqqalları, cənub zonasından olan din xadimləri ilə işləməyə üstünlük verirdi. Bu iki xətt üzrə işləyən İran nəhayət keçmiş səfir Əfşar Süleymaninin dövründə səhv etdiyini anladı və yeni qüvvələr yaratmağa və Qərbin 90-cı illərdən bəri istifadə etdiyi və uğurlu sayılan taktikaya üstünlük verməyə başladılar. Bu taktika nədən ibarət idi?Öncəliklə, adı bu və ya digər şəkildə İranla birgə hallanmayan qüvvələr önə çəkilərək, bütün işlərin onlar üzərindən həyat keçirilməsi planlaşdırıldı. Çoxlu saytda internet saytlarının açılması, QHT-lərin təsis edilməsi və hətta İslam Partiyasının sədrinin dəyişdirilməsi də məhz bu dövrə təsadüf edir. Adı İran agenti olaraq hallanan Hacı Hacağa Nuri vəzifəsindən uzaqlaşdırılaraq, yerinə Qubadakı radikal şiələrdən olan, ancaq ictimaiyyət arasında tanınmayan Mövsüm Səmədov gətirildi. Bu səbəbdən 2005-2008-ci illər bu qüvvələrin təşkilatlanma və tanınma dövrü sayıla bilər.Qum şəhərindən idarə olunan prosses zamanı bu şəxslər özlərini Azərbaycansevər kimi təqdim edərək, hətta saytlarının ana səhifəsinə ölkəmizin dövlət atributlarını yerləşdirmişdilər. Ancaq özlərini yetərincə təşkilatlanmış hesab etdikləri və İranın təlimatı gəldiyi an öz ampulalarına qayıtdılar və bu gün Azərbaycan dövlətini “zalım” elan edərək, xalqı iqtidara qarşı qiyama qaldırırlar.Türkiyə üzərindən oynanan oyun Yuxarıda da qeyd etdiyim kimi İran artıq Azərbaycanda şiələrlə bağlı oyunu genişləndirmək qərarına gəlib. Çünki müstəqilliyimizin ilk dövrlərində şiəlik Azərbaycanda əsas məzhəb sayılsa da, artıq sünniliyin də günü-gündən çoxalması reallıqdır. İran bu reallığa qarşı vuruşmaqla bərabər, bu gücdən də istifadə etmək istəyir. Azərbaycanda sünniliyə qarşı ideoloji təbliğat aparmaqla yanaşı Türkiyədəki rezidentləri vasitəsi ilə Azərbaycanda dini müxalifətin əsasını qoyurlar. Azərbaycanın Qərbyönümlü siyasəti və xüsusilə İsraillə olan münasibəti İranı qıcıqlandırır. Bu faktor bir sıra dini dairələrdə də isti qarşılanmadığından Fars rejimi bundan istifadə edərək, Azərbaycanda radikal dini müxalifət yaratmaqda israrlıdır. Azərbaycanda eynilə Yəməndə Husi terror hərəkatını qurmaq üçün istifadə edilən taktikalardan istifadə olunur. Bunun üçün Türkiyədən olan “sünni” “alim”lərdən istifadə olunur. Hansı ki, bu şəxslərin əqidəsinə görə, “hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz”.Məzhəblərin birliyi oyunuFars rejimi İranda sünnilərə qan uddursa da, bu günlərdə Bakıya gələn Əli Təsxirinin başçılıq etdiyi İran İslam Respublikasının Məzhəblərarası Yaxınlaşma Komitəsinin adından da göründüyü kimi bu yolda sünniləri qarşılarına almaq istəmir. Tam əksinə, gəlişigözəl olan “məzhəblər birliyi” adı altında ölkəyə siyasi islamı, terroru, küçə savaşlarını gətirir.İranın bu yöndə təbliğat üçün Azərbaycana yönləndirdiyi əsas üç şəxs var:1. Mustafa İslamoğlu.2. Nurəddin Şirin. 3. Əhməd Varol.Bu üç ideoloq vasitəsi ilə Azərbaycanda guya “məzhəb birliyi”nə çalışan İran tam əksinə bu üç şəxs vasitəsi ilə Azərbaycana siyasi və radikal islamı gətirməyə çalışır.Bu üç şəxsdən ikisi zatən Türkiyədə şiə olaraq bilinir, ancaq ən təhlükəli olan və sünniləri İranın maraqlarına xidmət etməyə təşviq edən Mustafa İslamoğludur. Bu şəxs barəsində detaylara girmədən Əhməd Varol və Nurəddin Şirin barəsində qısa bilgi verməkdə fayda var. Əhməd Varol Türkiyədə Azərbaycan hökuməti əleyhinə kəskin yazıları ilə yanaşı Türkiyədəki hücrə evlərində yüzlərlə insanın başını kəsən “Hizbut-təhrir” terror təşkilatının əslində terror təşkilatı olmadığını iddia edən, İslam İnqilabının dünyaya ixracının vacibliyini vurğulayan şəxsdir. Bu şəxs haqqında gələcək yazılarımda daha detaylı bilgi verəcəyəm.Nurəddin Şirin. “Vəl Fəcr” saytının rəhbəri olan bu şəxs Azərbaycanın İstanbuldakı konsulluğunun önündə piket təşkil edən və ölkəmizə qarşı ağır ittihamlar səsləndirməkdə davam edən iranpərəstdir. İsra Mədəniyyət Evinin də başqanı olan Nurəddin Şirin Türkiyədə Livan “Hizbullah”ı və “Həmas”ın əsas ideoloqlarından sayılır. Azərbaycanda radikal dini müxalifətin yaranması üçün var gücü ilə çalışan N.Şirin Türkiyədə terror təşkilatlarına yardım etmək və ideologiyalarını dəstəkləmək suçundan on ildən artıq həbsdə yatıb. ABŞ Dövlət Departamentinin də terrora dəstək verənlər siyahısında olan Nurəddin Şirinin “vəlfəcr” saytında Azərbaycanla bağlı bir müsbət məqam yoxdur. Bu saytda ölkəmizlə bağlı axtarış verdikdə, Azərbaycanla bağlı absurd ittihamlarla qarşılaşırıq. N.Şirin mövzusu da sonrakı yazılarda geniş işləniləcəyindən, təfərrüata toxunmuram.İranın önəm verdiyi və bəzi səhabələri təhqir etdiyi üçün “gizli şiə” olduğu da önə sürülən Mustafa İslamoğlu bu iki şəxsdən daha qorxuludur. Misirdə İran İslam İnqilabının əsas dəstəkçisi olan Həsən əş-Şahhatın (Misirdə pozucu və dağıdıcı fəaliyyətlərinə görə, həbs olunan Həsən əş-Şahhat hazırda ölüm ayağındadır) tələbəsi olan Mustafa İslamoğlu kimdir?Gənclik illərində ''Hizbullahi cihadçı'' xətti müdafiə edən İran tərəfdarı sayılan radikal dinci bir şəbəkə olan ''Salam Qrupu''na (Tanınmış yazar Uğur Mumçunun qətlini sifariş verən terror təşkilatı) daxil olan İslamoğlu bir müddət Nəcib Fazilin ideoloqu olduğu IBDA/C (Islami Büyükdogu Akincilar Cephesi) terror təşkilatının axıncılarından olub. Elə 19 yaşında olarkən bir oğlan uşağına təcavüz etdiyinə dair məhkəmə sənədinin üzə çıxmasını da ülkücülərin üzərinə atan Mustafa İslamoğlu “mən “axıncı” olduğum üçün ülkücülər bu iftiranı mənə atdılar” deyib. Yəni, İslamoğlu Türkiyədə terror, iğtişaş, küçə savaşları törədən axıncılardan olduğunu dolayısı ilə təsdiqləyib.Qeyd edim ki, İBDA\C terror təşkilatının hərəkət hədəfləri də çox maraqlıdır: 1. Sensasiyalı olmasi baxımından məscidlərə, 2. Azlıqlara aid kilsə, vəqf və mərkəzlərə, 3. Televiziyalar, qəzetlər və əlaqədar dərnəklərə, 4. Atatürk heykəllərinə, 5. Pivəxana, bank və oyun salonları ilə təkəl dilerlərinə, 6. Güc nümayiş etdirmək, kütlələri sındırmaq və özlərinə maddi qaynaq əldə etmək məqsədiylə biznesmenlərə istiqamətli terror əməliyyatları həyata keçirirlər.Nurəddin Şirinlə Mustafa İslamoğlunun tanış olmalarının tarixçəsi də “Salam” qrupuna dayanır. O zaman qrupun yayın orqanı olan “Salam” qəzetini çıxaran Nurəddin Şirin, Sincan hadisələrindən sonra Sincan Bələdiyyə Başqanı Bəkir Yıldızla birlikdə mühakimə olundu. Ankara 2 Nömrəli DGM, 15 Oktyabr 1997-ci ildə verdigi qərarda, Şirin ''silahlı şəbəkələri tərifləyərək təbliğ etmək ''də günahlandırılaraq 17.5 il ağır həbs cəzası aldı. Cəza, 30 Sentyabr 1998-ci ildə Yargıtay 9-cu Cəza Dairəsi tərəfindən yekdilliklə təsdiqlənildi. Qərarda, ''Şirinin Hizbullah mənsubu olduğu'' vurğulandı. Şirinin cəza almasina gətirib çıxaran və şəriət çağriları edilən Qüds Gecəsində, Hizbullahın öndərlərindən Fəthi Sakaki, Musa Sadr ilə Abbas Musavinin fotoşəkilləri də asılmışdı.İslamoğlunun gənclik illərində ideoloji dəstək verdiyi təşkilatlardan biri də Misirdə tanış olduğu və Bin Ladenlə əlaqəsinə görə, hazırda həbsdə olan Əli Özkahramanın qurduğu Müsəlman Gənclik təşkilatıdır.Gənclərə istiqamətli proyektləri ilə seçilən İslamoğlunun və arxasındakı İranın tək hədəfi gənclik qüvvəsindən İran İslam İnqilabının ixracı üçün istifadədir. İslamoğlunun özünün də dediyi kimi, “Müsəlmanların hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin zəiflədilməsi üçün ən yaxşı yol müsəlman gənclərin küçələrə axışmasıdır”. Türkiyədə “Həmas” təşkilatının əsas nümayəndələrindən sayılan İslamoğlunun (ən son “Həmas”ın lideri İsmail Haniyə ilə görüşdüyünü bütün iranyönümlü saytlar reklam edirdilər) Azərbaycana Fələstin, İraq, Misir, Livan və Əfqanıstandakı radikal dinçi terroru gətirmək istədiyi və Azərbaycan iqtidarına müxalifətçilik etməsi yazılarından da görünür. Elə 2009-cu ildə Bakıya bir bankir (“din alimi ilə sələmçini nə birləşdirə bilər” deyə, fikirləşməyin. Bankir-“din alimi” mövzusu geniş mövzu olduğundan sonrakı yazılarımda bütün təfərrüatını oxuya bilərsiniz) dəvəti ilə gələrək, qaranlıq yollarla Türkiyənin Diyanət İşləri Başqanlığına bağlı “İlahiyyat” məscidində xütbə verməyə nail olan (Halbuki bu şəxsə Türkiyədə məscidlərdə xütbə vermək qadağandır) İslamoğlu Bakıdan dönər-dönməz “Can Azərbaycan” adlı yazısında ölkəmizə olan nifrətini tökmüşdü. Bakıda azan səsi eşitmədiyindən danışan İslamoğlu İranın Bakıdakı rezidentlərinə demədiyi tərif qalmamışdı.Maraqlıdır ki, Azərbaycana səfər etməklə işini bitmiş hesab etməyən İslamoğlu Bakıdan ayrı-ayrı camaatların nümayəndələrini İstanbula dəvət edərək, müxtəlif yollarla onların dəstəyini qazanmağa çalışır. Xüsusilə, xəvaric və təkfir camaatı olaraq tanınan qrupların başçıları ilə ciddi dialoq halında olan İslamoğlu və onun Bakıdakı rezidentləri bu camaatları “tağut gedənə və hökm yalnız Allahın olana qədər məzhəb ixtilafını kənara qoyaraq, mövcud iqtidara qarşı birgə mübarizəyə” səsləyir.İslamoğlu bununla da İranın girə bilmədiyi sünni zonasına daxil olaraq, İran İslam Qvardiyasının Keşikçilərinin əsas hədəfi olan sünni və şiələrdən ibarət İran İslam İnqilabını dəstəkləyən, Həmas tipli qruplasma yaratmaq, bununla da dövlət siyasətinə müdaxilə etməyi planlaşdırır. İsrail prezidentinin və rəsmisinin Bakı səfəri göstərdi ki, İran Bakı-Təl-Əviv münasibətlərini pozmaq üçün bütün variantlara hazırdır. Sadəcə, bu dəfə onlar yetərincə təşkilatlanmamışdılar. Ancaq İslamoğlunun da daxil olduğu plan uzunmüddətlidir və tədricən dövlət dairələrini ələ keçirməklə yanaşı Livanda, Fələsətində, Misirdə olduğu kimi polislə savaşan radikal dini gəncliyin yaranmasını hədəfləyir.Bu səbəbdən də çoxları Mustafa İslamoğlunun din xadimindən daha çox siyasi lider olduğu üzərində həmfikirdirlər. Mustafa İslamoğlunun rəhbərlik etidiyi (Yardım Əli) Xeyriyyə Təşkilatı Çeçenistan, Əfqanıstan, İraq və Fələstində radikallara yardım etməklə kifayətlənməyərək, yerli xalqa radikal aşılamaq üçün ədəbiyyat da paylayırlar. Malaziya və İndoneziyadakı radikal dini qruplaşmalarla da əlaqəsi istisna olunmayan İslamoğlunun Azərbaycan hakimiyyətindəki gənclərlə dialoq qurmağa çalışdığı, bankir təmsilçisi vasitəsi ilə kitab və disklərini onlara ötürdüyü vurğulanır. İslamoğlunun dini görüşlərinin də ziyanlı olduğu və din barəsində hansı yanlışlıqlara imza atdığı gələcək yazılarımızın mövzusudur.İran İslam İnqilabının ixracından ağızdolusu danışan Mustafa İslamoğlunun və dostlarının Azərbaycan iqtidarına qarşı suçlamaları da gələcək yazının mövzusudur.Beləliklə, deyə bilərik ki, bu gün Azərbaycana qarşı doğrudan da çox böyük oyun oynanılır. Azərbaycan inkişaf etdikcə, İranın bu torpaqları ələ keçirmək planları hər keçən gün əriyir. Bunun üçün də Azərbaycanı qan gölünə çevirmək, küçələri döyüş meydanına çevirmək planı üzərində işlənilir. Planın reallaşması üçün də tək bir məzhəbi irəli verməyərək, ölkəmizin sadəcə bir regionunda deyil, bütün diyarlarında radikal siyasi islamı diriltmək istəyirlər. İslamoğlu da, Şirin də, Varol da bu planın icraçılarıdır..“Hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz” əqidəsinə sahib Mustafa İslamoğlu Azərbaycan sünnilərini də İranın planına alət etmək istəyirMüstəqillik qazandıqdan sonra müxtəlif vasitələrlə Azərbaycanı qarışdırmaq istəyən, dəfələrlə casusları ifşa olunan, buna baxmayaraq ölkəmizin “mehriban düşməni” olmaqdan yorulmayan İran bu dəfə yeni taktikaya üstünlük verib. Terrorun arxasındakı güc rolunu oynayan İran öncələri Azərbaycanın yalnız şiə məzhəbinə mənsub vətəndaşlarına hesablanan oyun qursa da, bu dəfə sünnilərə də “qarmaq” atmaq istəyir. Terrora verdiyi dəstək dünyanın güclü kəşfiyyat qaynaqları tərəfindən sənədlərlə ortaya qoyulan, İraq, Əfqanıstan, Livan, Fələstin, Yəmən, Kuveyt, Türkiyə və digər ölkələrdə “İslam İnqilabı” üçün terrordan istifadə etdiyi dəfələrlə sübut olunan Fars Rejimi Azərbaycanı da “yaddan çıxarmayıb”.İranın Azərbaycanla bağlı “örtülü” siyasətiÖncə qeyd edim ki, İranın Azərbaycan siyasətini kəskin fərq baxımından iki dövrə ayırmaqda fayda var. 1. 2005-ci ilə qədərki dövr. 2. 2005-ci ildən sonrakı dövr.Birinci dövrdə İran daha çox İslam Partiyası, Nardaran kəndinin ağsaqqalları, cənub zonasından olan din xadimləri ilə işləməyə üstünlük verirdi. Bu iki xətt üzrə işləyən İran nəhayət keçmiş səfir Əfşar Süleymaninin dövründə səhv etdiyini anladı və yeni qüvvələr yaratmağa və Qərbin 90-cı illərdən bəri istifadə etdiyi və uğurlu sayılan taktikaya üstünlük verməyə başladılar. Bu taktika nədən ibarət idi?Öncəliklə, adı bu və ya digər şəkildə İranla birgə hallanmayan qüvvələr önə çəkilərək, bütün işlərin onlar üzərindən həyat keçirilməsi planlaşdırıldı. Çoxlu saytda internet saytlarının açılması, QHT-lərin təsis edilməsi və hətta İslam Partiyasının sədrinin dəyişdirilməsi də məhz bu dövrə təsadüf edir. Adı İran agenti olaraq hallanan Hacı Hacağa Nuri vəzifəsindən uzaqlaşdırılaraq, yerinə Qubadakı radikal şiələrdən olan, ancaq ictimaiyyət arasında tanınmayan Mövsüm Səmədov gətirildi. Bu səbəbdən 2005-2008-ci illər bu qüvvələrin təşkilatlanma və tanınma dövrü sayıla bilər.Qum şəhərindən idarə olunan prosses zamanı bu şəxslər özlərini Azərbaycansevər kimi təqdim edərək, hətta saytlarının ana səhifəsinə ölkəmizin dövlət atributlarını yerləşdirmişdilər. Ancaq özlərini yetərincə təşkilatlanmış hesab etdikləri və İranın təlimatı gəldiyi an öz ampulalarına qayıtdılar və bu gün Azərbaycan dövlətini “zalım” elan edərək, xalqı iqtidara qarşı qiyama qaldırırlar.Türkiyə üzərindən oynanan oyun Yuxarıda da qeyd etdiyim kimi İran artıq Azərbaycanda şiələrlə bağlı oyunu genişləndirmək qərarına gəlib. Çünki müstəqilliyimizin ilk dövrlərində şiəlik Azərbaycanda əsas məzhəb sayılsa da, artıq sünniliyin də günü-gündən çoxalması reallıqdır. İran bu reallığa qarşı vuruşmaqla bərabər, bu gücdən də istifadə etmək istəyir. Azərbaycanda sünniliyə qarşı ideoloji təbliğat aparmaqla yanaşı Türkiyədəki rezidentləri vasitəsi ilə Azərbaycanda dini müxalifətin əsasını qoyurlar. Azərbaycanın Qərbyönümlü siyasəti və xüsusilə İsraillə olan münasibəti İranı qıcıqlandırır. Bu faktor bir sıra dini dairələrdə də isti qarşılanmadığından Fars rejimi bundan istifadə edərək, Azərbaycanda radikal dini müxalifət yaratmaqda israrlıdır. Azərbaycanda eynilə Yəməndə Husi terror hərəkatını qurmaq üçün istifadə edilən taktikalardan istifadə olunur. Bunun üçün Türkiyədən olan “sünni” “alim”lərdən istifadə olunur. Hansı ki, bu şəxslərin əqidəsinə görə, “hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz”.Məzhəblərin birliyi oyunuFars rejimi İranda sünnilərə qan uddursa da, bu günlərdə Bakıya gələn Əli Təsxirinin başçılıq etdiyi İran İslam Respublikasının Məzhəblərarası Yaxınlaşma Komitəsinin adından da göründüyü kimi bu yolda sünniləri qarşılarına almaq istəmir. Tam əksinə, gəlişigözəl olan “məzhəblər birliyi” adı altında ölkəyə siyasi islamı, terroru, küçə savaşlarını gətirir.İranın bu yöndə təbliğat üçün Azərbaycana yönləndirdiyi əsas üç şəxs var:1. Mustafa İslamoğlu.2. Nurəddin Şirin. 3. Əhməd Varol.Bu üç ideoloq vasitəsi ilə Azərbaycanda guya “məzhəb birliyi”nə çalışan İran tam əksinə bu üç şəxs vasitəsi ilə Azərbaycana siyasi və radikal islamı gətirməyə çalışır.Bu üç şəxsdən ikisi zatən Türkiyədə şiə olaraq bilinir, ancaq ən təhlükəli olan və sünniləri İranın maraqlarına xidmət etməyə təşviq edən Mustafa İslamoğludur. Bu şəxs barəsində detaylara girmədən Əhməd Varol və Nurəddin Şirin barəsində qısa bilgi verməkdə fayda var. Əhməd Varol Türkiyədə Azərbaycan hökuməti əleyhinə kəskin yazıları ilə yanaşı Türkiyədəki hücrə evlərində yüzlərlə insanın başını kəsən “Hizbut-təhrir” terror təşkilatının əslində terror təşkilatı olmadığını iddia edən, İslam İnqilabının dünyaya ixracının vacibliyini vurğulayan şəxsdir. Bu şəxs haqqında gələcək yazılarımda daha detaylı bilgi verəcəyəm.Nurəddin Şirin. “Vəl Fəcr” saytının rəhbəri olan bu şəxs Azərbaycanın İstanbuldakı konsulluğunun önündə piket təşkil edən və ölkəmizə qarşı ağır ittihamlar səsləndirməkdə davam edən iranpərəstdir. İsra Mədəniyyət Evinin də başqanı olan Nurəddin Şirin Türkiyədə Livan “Hizbullah”ı və “Həmas”ın əsas ideoloqlarından sayılır. Azərbaycanda radikal dini müxalifətin yaranması üçün var gücü ilə çalışan N.Şirin Türkiyədə terror təşkilatlarına yardım etmək və ideologiyalarını dəstəkləmək suçundan on ildən artıq həbsdə yatıb. ABŞ Dövlət Departamentinin də terrora dəstək verənlər siyahısında olan Nurəddin Şirinin “vəlfəcr” saytında Azərbaycanla bağlı bir müsbət məqam yoxdur. Bu saytda ölkəmizlə bağlı axtarış verdikdə, Azərbaycanla bağlı absurd ittihamlarla qarşılaşırıq. N.Şirin mövzusu da sonrakı yazılarda geniş işləniləcəyindən, təfərrüata toxunmuram.İranın önəm verdiyi və bəzi səhabələri təhqir etdiyi üçün “gizli şiə” olduğu da önə sürülən Mustafa İslamoğlu bu iki şəxsdən daha qorxuludur. Misirdə İran İslam İnqilabının əsas dəstəkçisi olan Həsən əş-Şahhatın (Misirdə pozucu və dağıdıcı fəaliyyətlərinə görə, həbs olunan Həsən əş-Şahhat hazırda ölüm ayağındadır) tələbəsi olan Mustafa İslamoğlu kimdir?Gənclik illərində ''Hizbullahi cihadçı'' xətti müdafiə edən İran tərəfdarı sayılan radikal dinci bir şəbəkə olan ''Salam Qrupu''na (Tanınmış yazar Uğur Mumçunun qətlini sifariş verən terror təşkilatı) daxil olan İslamoğlu bir müddət Nəcib Fazilin ideoloqu olduğu IBDA/C (Islami Büyükdogu Akincilar Cephesi) terror təşkilatının axıncılarından olub. Elə 19 yaşında olarkən bir oğlan uşağına təcavüz etdiyinə dair məhkəmə sənədinin üzə çıxmasını da ülkücülərin üzərinə atan Mustafa İslamoğlu “mən “axıncı” olduğum üçün ülkücülər bu iftiranı mənə atdılar” deyib. Yəni, İslamoğlu Türkiyədə terror, iğtişaş, küçə savaşları törədən axıncılardan olduğunu dolayısı ilə təsdiqləyib.Qeyd edim ki, İBDA\C terror təşkilatının hərəkət hədəfləri də çox maraqlıdır: 1. Sensasiyalı olmasi baxımından məscidlərə, 2. Azlıqlara aid kilsə, vəqf və mərkəzlərə, 3. Televiziyalar, qəzetlər və əlaqədar dərnəklərə, 4. Atatürk heykəllərinə, 5. Pivəxana, bank və oyun salonları ilə təkəl dilerlərinə, 6. Güc nümayiş etdirmək, kütlələri sındırmaq və özlərinə maddi qaynaq əldə etmək məqsədiylə biznesmenlərə istiqamətli terror əməliyyatları həyata keçirirlər.Nurəddin Şirinlə Mustafa İslamoğlunun tanış olmalarının tarixçəsi də “Salam” qrupuna dayanır. O zaman qrupun yayın orqanı olan “Salam” qəzetini çıxaran Nurəddin Şirin, Sincan hadisələrindən sonra Sincan Bələdiyyə Başqanı Bəkir Yıldızla birlikdə mühakimə olundu. Ankara 2 Nömrəli DGM, 15 Oktyabr 1997-ci ildə verdigi qərarda, Şirin ''silahlı şəbəkələri tərifləyərək təbliğ etmək ''də günahlandırılaraq 17.5 il ağır həbs cəzası aldı. Cəza, 30 Sentyabr 1998-ci ildə Yargıtay 9-cu Cəza Dairəsi tərəfindən yekdilliklə təsdiqlənildi. Qərarda, ''Şirinin Hizbullah mənsubu olduğu'' vurğulandı. Şirinin cəza almasina gətirib çıxaran və şəriət çağriları edilən Qüds Gecəsində, Hizbullahın öndərlərindən Fəthi Sakaki, Musa Sadr ilə Abbas Musavinin fotoşəkilləri də asılmışdı.İslamoğlunun gənclik illərində ideoloji dəstək verdiyi təşkilatlardan biri də Misirdə tanış olduğu və Bin Ladenlə əlaqəsinə görə, hazırda həbsdə olan Əli Özkahramanın qurduğu Müsəlman Gənclik təşkilatıdır.Gənclərə istiqamətli proyektləri ilə seçilən İslamoğlunun və arxasındakı İranın tək hədəfi gənclik qüvvəsindən İran İslam İnqilabının ixracı üçün istifadədir. İslamoğlunun özünün də dediyi kimi, “Müsəlmanların hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin zəiflədilməsi üçün ən yaxşı yol müsəlman gənclərin küçələrə axışmasıdır”. Türkiyədə “Həmas” təşkilatının əsas nümayəndələrindən sayılan İslamoğlunun (ən son “Həmas”ın lideri İsmail Haniyə ilə görüşdüyünü bütün iranyönümlü saytlar reklam edirdilər) Azərbaycana Fələstin, İraq, Misir, Livan və Əfqanıstandakı radikal dinçi terroru gətirmək istədiyi və Azərbaycan iqtidarına müxalifətçilik etməsi yazılarından da görünür. Elə 2009-cu ildə Bakıya bir bankir (“din alimi ilə sələmçini nə birləşdirə bilər” deyə, fikirləşməyin. Bankir-“din alimi” mövzusu geniş mövzu olduğundan sonrakı yazılarımda bütün təfərrüatını oxuya bilərsiniz) dəvəti ilə gələrək, qaranlıq yollarla Türkiyənin Diyanət İşləri Başqanlığına bağlı “İlahiyyat” məscidində xütbə verməyə nail olan (Halbuki bu şəxsə Türkiyədə məscidlərdə xütbə vermək qadağandır) İslamoğlu Bakıdan dönər-dönməz “Can Azərbaycan” adlı yazısında ölkəmizə olan nifrətini tökmüşdü. Bakıda azan səsi eşitmədiyindən danışan İslamoğlu İranın Bakıdakı rezidentlərinə demədiyi tərif qalmamışdı.Maraqlıdır ki, Azərbaycana səfər etməklə işini bitmiş hesab etməyən İslamoğlu Bakıdan ayrı-ayrı camaatların nümayəndələrini İstanbula dəvət edərək, müxtəlif yollarla onların dəstəyini qazanmağa çalışır. Xüsusilə, xəvaric və təkfir camaatı olaraq tanınan qrupların başçıları ilə ciddi dialoq halında olan İslamoğlu və onun Bakıdakı rezidentləri bu camaatları “tağut gedənə və hökm yalnız Allahın olana qədər məzhəb ixtilafını kənara qoyaraq, mövcud iqtidara qarşı birgə mübarizəyə” səsləyir.İslamoğlu bununla da İranın girə bilmədiyi sünni zonasına daxil olaraq, İran İslam Qvardiyasının Keşikçilərinin əsas hədəfi olan sünni və şiələrdən ibarət İran İslam İnqilabını dəstəkləyən, Həmas tipli qruplasma yaratmaq, bununla da dövlət siyasətinə müdaxilə etməyi planlaşdırır. İsrail prezidentinin və rəsmisinin Bakı səfəri göstərdi ki, İran Bakı-Təl-Əviv münasibətlərini pozmaq üçün bütün variantlara hazırdır. Sadəcə, bu dəfə onlar yetərincə təşkilatlanmamışdılar. Ancaq İslamoğlunun da daxil olduğu plan uzunmüddətlidir və tədricən dövlət dairələrini ələ keçirməklə yanaşı Livanda, Fələsətində, Misirdə olduğu kimi polislə savaşan radikal dini gəncliyin yaranmasını hədəfləyir.Bu səbəbdən də çoxları Mustafa İslamoğlunun din xadimindən daha çox siyasi lider olduğu üzərində həmfikirdirlər. Mustafa İslamoğlunun rəhbərlik etidiyi (Yardım Əli) Xeyriyyə Təşkilatı Çeçenistan, Əfqanıstan, İraq və Fələstində radikallara yardım etməklə kifayətlənməyərək, yerli xalqa radikal aşılamaq üçün ədəbiyyat da paylayırlar. Malaziya və İndoneziyadakı radikal dini qruplaşmalarla da əlaqəsi istisna olunmayan İslamoğlunun Azərbaycan hakimiyyətindəki gənclərlə dialoq qurmağa çalışdığı, bankir təmsilçisi vasitəsi ilə kitab və disklərini onlara ötürdüyü vurğulanır. İslamoğlunun dini görüşlərinin də ziyanlı olduğu və din barəsində hansı yanlışlıqlara imza atdığı gələcək yazılarımızın mövzusudur.İran İslam İnqilabının ixracından ağızdolusu danışan Mustafa İslamoğlunun və dostlarının Azərbaycan iqtidarına qarşı suçlamaları da gələcək yazının mövzusudur.Beləliklə, deyə bilərik ki, bu gün Azərbaycana qarşı doğrudan da çox böyük oyun oynanılır. Azərbaycan inkişaf etdikcə, İranın bu torpaqları ələ keçirmək planları hər keçən gün əriyir. Bunun üçün də Azərbaycanı qan gölünə çevirmək, küçələri döyüş meydanına çevirmək planı üzərində işlənilir. Planın reallaşması üçün də tək bir məzhəbi irəli verməyərək, ölkəmizin sadəcə bir regionunda deyil, bütün diyarlarında radikal siyasi islamı diriltmək istəyirlər. İslamoğlu da, Şirin də, Varol da bu planın icraçılarıdır..“Hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz” əqidəsinə sahib Mustafa İslamoğlu Azərbaycan sünnilərini də İranın planına alət etmək istəyirMüstəqillik qazandıqdan sonra müxtəlif vasitələrlə Azərbaycanı qarışdırmaq istəyən, dəfələrlə casusları ifşa olunan, buna baxmayaraq ölkəmizin “mehriban düşməni” olmaqdan yorulmayan İran bu dəfə yeni taktikaya üstünlük verib. Terrorun arxasındakı güc rolunu oynayan İran öncələri Azərbaycanın yalnız şiə məzhəbinə mənsub vətəndaşlarına hesablanan oyun qursa da, bu dəfə sünnilərə də “qarmaq” atmaq istəyir. Terrora verdiyi dəstək dünyanın güclü kəşfiyyat qaynaqları tərəfindən sənədlərlə ortaya qoyulan, İraq, Əfqanıstan, Livan, Fələstin, Yəmən, Kuveyt, Türkiyə və digər ölkələrdə “İslam İnqilabı” üçün terrordan istifadə etdiyi dəfələrlə sübut olunan Fars Rejimi Azərbaycanı da “yaddan çıxarmayıb”.İranın Azərbaycanla bağlı “örtülü” siyasətiÖncə qeyd edim ki, İranın Azərbaycan siyasətini kəskin fərq baxımından iki dövrə ayırmaqda fayda var. 1. 2005-ci ilə qədərki dövr. 2. 2005-ci ildən sonrakı dövr.Birinci dövrdə İran daha çox İslam Partiyası, Nardaran kəndinin ağsaqqalları, cənub zonasından olan din xadimləri ilə işləməyə üstünlük verirdi. Bu iki xətt üzrə işləyən İran nəhayət keçmiş səfir Əfşar Süleymaninin dövründə səhv etdiyini anladı və yeni qüvvələr yaratmağa və Qərbin 90-cı illərdən bəri istifadə etdiyi və uğurlu sayılan taktikaya üstünlük verməyə başladılar. Bu taktika nədən ibarət idi?Öncəliklə, adı bu və ya digər şəkildə İranla birgə hallanmayan qüvvələr önə çəkilərək, bütün işlərin onlar üzərindən həyat keçirilməsi planlaşdırıldı. Çoxlu saytda internet saytlarının açılması, QHT-lərin təsis edilməsi və hətta İslam Partiyasının sədrinin dəyişdirilməsi də məhz bu dövrə təsadüf edir. Adı İran agenti olaraq hallanan Hacı Hacağa Nuri vəzifəsindən uzaqlaşdırılaraq, yerinə Qubadakı radikal şiələrdən olan, ancaq ictimaiyyət arasında tanınmayan Mövsüm Səmədov gətirildi. Bu səbəbdən 2005-2008-ci illər bu qüvvələrin təşkilatlanma və tanınma dövrü sayıla bilər.Qum şəhərindən idarə olunan prosses zamanı bu şəxslər özlərini Azərbaycansevər kimi təqdim edərək, hətta saytlarının ana səhifəsinə ölkəmizin dövlət atributlarını yerləşdirmişdilər. Ancaq özlərini yetərincə təşkilatlanmış hesab etdikləri və İranın təlimatı gəldiyi an öz ampulalarına qayıtdılar və bu gün Azərbaycan dövlətini “zalım” elan edərək, xalqı iqtidara qarşı qiyama qaldırırlar.Türkiyə üzərindən oynanan oyun Yuxarıda da qeyd etdiyim kimi İran artıq Azərbaycanda şiələrlə bağlı oyunu genişləndirmək qərarına gəlib. Çünki müstəqilliyimizin ilk dövrlərində şiəlik Azərbaycanda əsas məzhəb sayılsa da, artıq sünniliyin də günü-gündən çoxalması reallıqdır. İran bu reallığa qarşı vuruşmaqla bərabər, bu gücdən də istifadə etmək istəyir. Azərbaycanda sünniliyə qarşı ideoloji təbliğat aparmaqla yanaşı Türkiyədəki rezidentləri vasitəsi ilə Azərbaycanda dini müxalifətin əsasını qoyurlar. Azərbaycanın Qərbyönümlü siyasəti və xüsusilə İsraillə olan münasibəti İranı qıcıqlandırır. Bu faktor bir sıra dini dairələrdə də isti qarşılanmadığından Fars rejimi bundan istifadə edərək, Azərbaycanda radikal dini müxalifət yaratmaqda israrlıdır. Azərbaycanda eynilə Yəməndə Husi terror hərəkatını qurmaq üçün istifadə edilən taktikalardan istifadə olunur. Bunun üçün Türkiyədən olan “sünni” “alim”lərdən istifadə olunur. Hansı ki, bu şəxslərin əqidəsinə görə, “hakimiyyəti tağutdan (şeytandan) alıb, İslam İnqilabını həyata keçirənə qədər məzhəblərarası konfliktə getmək olmaz”.Məzhəblərin birliyi oyunuFars rejimi İranda sünnilərə qan uddursa da, bu günlərdə Bakıya gələn Əli Təsxirinin başçılıq etdiyi İran İslam Respublikasının Məzhəblərarası Yaxınlaşma Komitəsinin adından da göründüyü kimi bu yolda sünniləri qarşılarına almaq istəmir. Tam əksinə, gəlişigözəl olan “məzhəblər birliyi” adı altında ölkəyə siyasi islamı, terroru, küçə savaşlarını gətirir.İranın bu yöndə təbliğat üçün Azərbaycana yönləndirdiyi əsas üç şəxs var:1. Mustafa İslamoğlu.2. Nurəddin Şirin. 3. Əhməd Varol.Bu üç ideoloq vasitəsi ilə Azərbaycanda guya “məzhəb birliyi”nə çalışan İran tam əksinə bu üç şəxs vasitəsi ilə Azərbaycana siyasi və radikal islamı gətirməyə çalışır.Bu üç şəxsdən ikisi zatən Türkiyədə şiə olaraq bilinir, ancaq ən təhlükəli olan və sünniləri İranın maraqlarına xidmət etməyə təşviq edən Mustafa İslamoğludur. Bu şəxs barəsində detaylara girmədən Əhməd Varol və Nurəddin Şirin barəsində qısa bilgi verməkdə fayda var. Əhməd Varol Türkiyədə Azərbaycan hökuməti əleyhinə kəskin yazıları ilə yanaşı Türkiyədəki hücrə evlərində yüzlərlə insanın başını kəsən “Hizbut-təhrir” terror təşkilatının əslində terror təşkilatı olmadığını iddia edən, İslam İnqilabının dünyaya ixracının vacibliyini vurğulayan şəxsdir. Bu şəxs haqqında gələcək yazılarımda daha detaylı bilgi verəcəyəm.Nurəddin Şirin. “Vəl Fəcr” saytının rəhbəri olan bu şəxs Azərbaycanın İstanbuldakı konsulluğunun önündə piket təşkil edən və ölkəmizə qarşı ağır ittihamlar səsləndirməkdə davam edən iranpərəstdir. İsra Mədəniyyət Evinin də başqanı olan Nurəddin Şirin Türkiyədə Livan “Hizbullah”ı və “Həmas”ın əsas ideoloqlarından sayılır. Azərbaycanda radikal dini müxalifətin yaranması üçün var gücü ilə çalışan N.Şirin Türkiyədə terror təşkilatlarına yardım etmək və ideologiyalarını dəstəkləmək suçundan on ildən artıq həbsdə yatıb. ABŞ Dövlət Departamentinin də terrora dəstək verənlər siyahısında olan Nurəddin Şirinin “vəlfəcr” saytında Azərbaycanla bağlı bir müsbət məqam yoxdur. Bu saytda ölkəmizlə bağlı axtarış verdikdə, Azərbaycanla bağlı absurd ittihamlarla qarşılaşırıq. N.Şirin mövzusu da sonrakı yazılarda geniş işləniləcəyindən, təfərrüata toxunmuram.İranın önəm verdiyi və bəzi səhabələri təhqir etdiyi üçün “gizli şiə” olduğu da önə sürülən Mustafa İslamoğlu bu iki şəxsdən daha qorxuludur. Misirdə İran İslam İnqilabının əsas dəstəkçisi olan Həsən əş-Şahhatın (Misirdə pozucu və dağıdıcı fəaliyyətlərinə görə, həbs olunan Həsən əş-Şahhat hazırda ölüm ayağındadır) tələbəsi olan Mustafa İslamoğlu kimdir?Gənclik illərində ''Hizbullahi cihadçı'' xətti müdafiə edən İran tərəfdarı sayılan radikal dinci bir şəbəkə olan ''Salam Qrupu''na (Tanınmış yazar Uğur Mumçunun qətlini sifariş verən terror təşkilatı) daxil olan İslamoğlu bir müddət Nəcib Fazilin ideoloqu olduğu IBDA/C (Islami Büyükdogu Akincilar Cephesi) terror təşkilatının axıncılarından olub. Elə 19 yaşında olarkən bir oğlan uşağına təcavüz etdiyinə dair məhkəmə sənədinin üzə çıxmasını da ülkücülərin üzərinə atan Mustafa İslamoğlu “mən “axıncı” olduğum üçün ülkücülər bu iftiranı mənə atdılar” deyib. Yəni, İslamoğlu Türkiyədə terror, iğtişaş, küçə savaşları törədən axıncılardan olduğunu dolayısı ilə təsdiqləyib.Qeyd edim ki, İBDA\C terror təşkilatının hərəkət hədəfləri də çox maraqlıdır: 1. Sensasiyalı olmasi baxımından məscidlərə, 2. Azlıqlara aid kilsə, vəqf və mərkəzlərə, 3. Televiziyalar, qəzetlər və əlaqədar dərnəklərə, 4. Atatürk heykəllərinə, 5. Pivəxana, bank və oyun salonları ilə təkəl dilerlərinə, 6. Güc nümayiş etdirmək, kütlələri sındırmaq və özlərinə maddi qaynaq əldə etmək məqsədiylə biznesmenlərə istiqamətli terror əməliyyatları həyata keçirirlər.Nurəddin Şirinlə Mustafa İslamoğlunun tanış olmalarının tarixçəsi də “Salam” qrupuna dayanır. O zaman qrupun yayın orqanı olan “Salam” qəzetini çıxaran Nurəddin Şirin, Sincan hadisələrindən sonra Sincan Bələdiyyə Başqanı Bəkir Yıldızla birlikdə mühakimə olundu. Ankara 2 Nömrəli DGM, 15 Oktyabr 1997-ci ildə verdigi qərarda, Şirin ''silahlı şəbəkələri tərifləyərək təbliğ etmək ''də günahlandırılaraq 17.5 il ağır həbs cəzası aldı. Cəza, 30 Sentyabr 1998-ci ildə Yargıtay 9-cu Cəza Dairəsi tərəfindən yekdilliklə təsdiqlənildi. Qərarda, ''Şirinin Hizbullah mənsubu olduğu'' vurğulandı. Şirinin cəza almasina gətirib çıxaran və şəriət çağriları edilən Qüds Gecəsində, Hizbullahın öndərlərindən Fəthi Sakaki, Musa Sadr ilə Abbas Musavinin fotoşəkilləri də asılmışdı.İslamoğlunun gənclik illərində ideoloji dəstək verdiyi təşkilatlardan biri də Misirdə tanış olduğu və Bin Ladenlə əlaqəsinə görə, hazırda həbsdə olan Əli Özkahramanın qurduğu Müsəlman Gənclik təşkilatıdır.Gənclərə istiqamətli proyektləri ilə seçilən İslamoğlunun və arxasındakı İranın tək hədəfi gənclik qüvvəsindən İran İslam İnqilabının ixracı üçün istifadədir. İslamoğlunun özünün də dediyi kimi, “Müsəlmanların hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin zəiflədilməsi üçün ən yaxşı yol müsəlman gənclərin küçələrə axışmasıdır”. Türkiyədə “Həmas” təşkilatının əsas nümayəndələrindən sayılan İslamoğlunun (ən son “Həmas”ın lideri İsmail Haniyə ilə görüşdüyünü bütün iranyönümlü saytlar reklam edirdilər) Azərbaycana Fələstin, İraq, Misir, Livan və Əfqanıstandakı radikal dinçi terroru gətirmək istədiyi və Azərbaycan iqtidarına müxalifətçilik etməsi yazılarından da görünür. Elə 2009-cu ildə Bakıya bir bankir (“din alimi ilə sələmçini nə birləşdirə bilər” deyə, fikirləşməyin. Bankir-“din alimi” mövzusu geniş mövzu olduğundan sonrakı yazılarımda bütün təfərrüatını oxuya bilərsiniz) dəvəti ilə gələrək, qaranlıq yollarla Türkiyənin Diyanət İşləri Başqanlığına bağlı “İlahiyyat” məscidində xütbə verməyə nail olan (Halbuki bu şəxsə Türkiyədə məscidlərdə xütbə vermək qadağandır) İslamoğlu Bakıdan dönər-dönməz “Can Azərbaycan” adlı yazısında ölkəmizə olan nifrətini tökmüşdü. Bakıda azan səsi eşitmədiyindən danışan İslamoğlu İranın Bakıdakı rezidentlərinə demədiyi tərif qalmamışdı.Maraqlıdır ki, Azərbaycana səfər etməklə işini bitmiş hesab etməyən İslamoğlu Bakıdan ayrı-ayrı camaatların nümayəndələrini İstanbula dəvət edərək, müxtəlif yollarla onların dəstəyini qazanmağa çalışır. Xüsusilə, xəvaric və təkfir camaatı olaraq tanınan qrupların başçıları ilə ciddi dialoq halında olan İslamoğlu və onun Bakıdakı rezidentləri bu camaatları “tağut gedənə və hökm yalnız Allahın olana qədər məzhəb ixtilafını kənara qoyaraq, mövcud iqtidara qarşı birgə mübarizəyə” səsləyir.İslamoğlu bununla da İranın girə bilmədiyi sünni zonasına daxil olaraq, İran İslam Qvardiyasının Keşikçilərinin əsas hədəfi olan sünni və şiələrdən ibarət İran İslam İnqilabını dəstəkləyən, Həmas tipli qruplasma yaratmaq, bununla da dövlət siyasətinə müdaxilə etməyi planlaşdırır. İsrail prezidentinin və rəsmisinin Bakı səfəri göstərdi ki, İran Bakı-Təl-Əviv münasibətlərini pozmaq üçün bütün variantlara hazırdır. Sadəcə, bu dəfə onlar yetərincə təşkilatlanmamışdılar. Ancaq İslamoğlunun da daxil olduğu plan uzunmüddətlidir və tədricən dövlət dairələrini ələ keçirməklə yanaşı Livanda, Fələsətində, Misirdə olduğu kimi polislə savaşan radikal dini gəncliyin yaranmasını hədəfləyir.Bu səbəbdən də çoxları Mustafa İslamoğlunun din xadimindən daha çox siyasi lider olduğu üzərində həmfikirdirlər. Mustafa İslamoğlunun rəhbərlik etidiyi (Yardım Əli) Xeyriyyə Təşkilatı Çeçenistan, Əfqanıstan, İraq və Fələstində radikallara yardım etməklə kifayətlənməyərək, yerli xalqa radikal aşılamaq üçün ədəbiyyat da paylayırlar. Malaziya və İndoneziyadakı radikal dini qruplaşmalarla da əlaqəsi istisna olunmayan İslamoğlunun Azərbaycan hakimiyyətindəki gənclərlə dialoq qurmağa çalışdığı, bankir təmsilçisi vasitəsi ilə kitab və disklərini onlara ötürdüyü vurğulanır. İslamoğlunun dini görüşlərinin də ziyanlı olduğu və din barəsində hansı yanlışlıqlara imza atdığı gələcək yazılarımızın mövzusudur.İran İslam İnqilabının ixracından ağızdolusu danışan Mustafa İslamoğlunun və dostlarının Azərbaycan iqtidarına qarşı suçlamaları da gələcək yazının mövzusudur.Beləliklə, deyə bilərik ki, bu gün Azərbaycana qarşı doğrudan da çox böyük oyun oynanılır. Azərbaycan inkişaf etdikcə, İranın bu torpaqları ələ keçirmək planları hər keçən gün əriyir. Bunun üçün də Azərbaycanı qan gölünə çevirmək, küçələri döyüş meydanına çevirmək planı üzərində işlənilir. Planın reallaşması üçün də tək bir məzhəbi irəli verməyərək, ölkəmizin sadəcə bir regionunda deyil, bütün diyarlarında radikal siyasi islamı diriltmək istəyirlər. İslamoğlu da, Şirin də, Varol da bu planın icraçılarıdır..


Aqil Ələsgər
Yeni Çağ qəzeti.

Hiç yorum yok:

Yorum Gönder