06 Nisan 2012

İranın “İslamoğlu” kartı və xəvariclər. 2 -ci Yazı

İranın “İslamoğlu” kartı və xəvariclər 
ARAŞDIRMA ________________________________________İranın Mustafa İslamoğlu-Nurəddin Şirin-Əhməd Varol triosunun Hizbullah-Həmas əlaqələri və Azərbaycan planı…Azərbaycana qarşı hazırlanan çirkin oyunun təşkilatçısı olan Mustafa İslamoğlu “Premier” Hotelin sahibi, bankir Samir Hüseynova niyə təşəkkür etdi? İran rejimi son bir neçə ilə qədər Azərbaycanın “şiə” dövləti olduğunu israrla vurğulayırdı. “Müsəlman” deyil, məhz “şiə” terminindən istifadə olunmasında məqsəd heç də iki ölkə arasında yaxşı münasibətin olması deyil, məhz Azərbaycana bu yöndən təzyiq etmək imkanlarının əlində olmasına diqqət çəkmək, yəni əbanın altındakı zopanı göstərmək üçün idi. Adında “İslam” sözcüyü olsa da, sahib olduğu ayətullahlarla özünü “şiə”liyin rəsmi təmsilçisi sayan fars rejimi dünyaya məhz “İran şiəliyini” ixrac edir. Bu “şiəlik” normal “şiəlik”dən hansı xüsusiyyətləri ilə fərqlənir? 
İranın “İslamoğlu” kartı...

Mustafa İslamoğlu da bu yöndə istifadə olunmaq üçün İranın illərdən bəri hazırladığı kadrlardan biridir. Misirdə müxalif cərəyanların təsirində yetişən, “iqtidarı ələ keçirənə qədər məzhəb ayrı-seçkiliyini kənara qoyub, tağuta qarşı bərabər mübarizə aparaq lazımdır” radikal ixvan düşüncəsinə sahib Mustafa İslamoğlu neçə illərdir İranın Türkiyədə imajını dəyişmək üçün istifadə etdiyi şəxslərdən biridir. “Xomeyninin İslam inqilabı” modelinin müdafiəçisi olan İslamoğlu Misirdə olarkən, Təkfir və Hicrət Camaatı, İslami-Cihad terror təşkilatı, İxvanül-Müslimin kimi radikal əməlləri ilə Orta Şərqdə ad çıxaran radikal dinçi təşkilatlarla çox ciddi əlaqələr qurub. Qeyd edək ki, bəzi araşdırmaçılar, 1981-ci ildə baş verən terror əməlini (Prezident Ənvər Sədata təşkil edilən sui-qəsdi) reallaşdıran İslami Cihad Terror Təşkilatı ilə, 1974-cü ildə "dövləti silah gücü ilə yıxaraq yerinə dinə söykənən bir dövlət qurmaq" istəyən Saleh Səriyyə liderliyindəki İslami Qurtuluş Camaatı arasında ciddi bir əlaqə olduğunu hesab edirlər. Birinci ikincinin ardıcılı hesab olunur. Mustafa İslamoğlunun Misirdə, əl-Əzhər Universitetində oxuduğu illər həm Xomeyni inqilabının baş verdiyi, həm də Misirdə radikal dini təşkilatların güclü olduğu dövrə təsadüf etməsi onun həyatına yön verdi. Daha sonra İranda yarı gizli şəkildə İranın İslam Keşikçiləri Ordusuna bağlı xüsusi mərkəzlərdə təlim keçdiyi vurğulanan Mustafa İslamoğlu Türkiyədə Baş Polis Təhlükəsizliyi İdarəsi tərəfindən “radikal və təhlükəli” şəxs kimi xarakterizə olunur. “İrtica fəaliyyətləri” adlı hesabatda göstərilir ki, radikal dini qruplar arasında Hizbullahi Vəhdət Qrupu ilə Mustafa İslamoğlunun rəhbərik etdiyi Akabe Qrupu Grubu Türkiyəyə İran İslam İnqilabının təbliğ edən qruplardır. Raporda belə qeyd olunur: Akabe qrupu Yazar Mustafa İslamoğlunun liderliyində fəaliyyət göstərən bir qrupdur. 1990-cı ildə qurulan Akev (Akabe Təhsil və Mədəniyyət Vəqfi) bu qrupun fəaliyyətlərini icra etdiyi qanuni quruluş olaraq diqqət çəkməkdədir. İran və Misir istinadlı radikal dini düşüncələrə sahib olduğu bilinən Mustafa İslamoğlu, 'Kürd Probleminə İslami Həll' mövzulu təbliği səbəbiylə haqqında iki ayrı iddiadan həbs olunub.Mustafa İslamoğlu, Nurəddin Şirin və Əhməd Varollu “Azərbaycan” planı
İslamoğlunun radikal dinçilərlə münasibətləri Misirlə məhdudlaşmır və o, Türkiyəyə gəldikdən sonra da Xomeyni İnqilabını Türkiyəyə gətirmək üçün çalışan, Livan Hizbullahı və Həmas ilə ciddi əlaqələr içində olan radikal dinçi terror təşkilatları ilə birgə olub. Bunlar arasında İslami Hərəkat Terror Təşkilatı, Müsəlman Gənclik Təşkilatı və başqalarının adlarını çəkə bilərik. Elə Azərbaycana qarşı İstanbulda keçirilən piketlərin təşkilatçısı olan, ABŞ Dövlət Departamenti tərəfindən terrora dəstək verənlər siyahısında adı çəkilən Nurəddin Şirin və “Hizbullah”çı yazar Əhməd Varolla münasibətləri də bu illərə dayanır. Türkiyədə iranpərəstlikləri ilə ad çıxaran bu üç şəxs hazırda Azərbaycanda İranın planlarını həyata keçirmək üçün qollarını çirmələyiblər. 
Birinci yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi və radikal islamın formalaşıb, dini terror halına gətirilməsi üçün İran taktik dəyişiklik edərək, Türkiyə üzərindən ölkəmizdə duruş gətirmək istəyir. Bunun üçün radikal şiəlik yetərli olmadığı üçün İran radikal sünnilik deyə təqdim edilən xəvariclər və təkfirçiləri də oyuna qatmaq istəyir. Bu səbəbdən də sünni kimi görünüb, ancaq Xomeyni inqilabını təbliğ edən İslamoğlu Azərbaycana yönləndirilib. İslamoğlunun Azərbaycan xəvaricləri ilə əlaqəsi...
Xəvariclər görünüşcə sələfilərə bənzəsələr də, xüsusilə dövlətə münasibətdə olduqca radikaldırlar və ən böyük düşmənləri də məhz sələfilikdir. Elə 2008-ci ildə partladılan məsciddə də xəvariclərin rolu danılmazdır. İslamoğlunun xəvariclərlə yaxınlaşması isə bu qrupu bu vaxta qədər İrana qarşı aqressiv münasibətini yumşaltmaq və “sünni-şiə birliyi” adı altında radikal dini qrupların güclənməsinə xidmət edir. 
Bu məsələdə maliyyə məsələsinin də mühüm rol oynadığı vurğulanmaqdadır. “Hilal” TV-nin də sahibi olan İslamoğlunun Bakıdakı rezidentlərinə bank vasitəsi ilə para göndərdiyi də vurğulanmaqdadır. Ötən yazımızda İslamoğlunun Azərbaycandakı hədəfi varlı kəsimdən yararlanaraq, bir bankir vasitəsi ilə mühüm dairələrə qədər uzandığını yazmışdıq. 
Bu yolla çox elit dairələrə nüfuz edən İslamoğlunun əlini güclü qılan bir nüans bir sıra imkanlı şəxslərin həm müasir cəmiyyətə uyğun yaşayıb, həm də dini yaşadıqlarına özlərini inandırma refleksi yatır. Bu yolla öz-özünü aldadan bu şəxslər üçün İslamoğlunun dinə zidd təfsirləri (bu barədə gələcək yazılarımızda daha geniş açıqlama verəcəyik) qurtuluş sayılır. Bundan istifadə edən İslamoğlu tərəfdarları elit təbəqədə İranın proyektini həyata keçirirlər. 
O da vurğulanır ki, İranın “İslamoğlu” proyektini Bakıda sünnilər arasında yayan bankir Azərbaycan iqtidarından qardaşının qisasını alır. Prezident Aparatında mühüm vəzifədə çalışan qardaşı öz səhvi ucbatından “vurulan” həmin bankirin İslamoğlu ilə nəinki yaxın münasibətdə olduğu, hətta onun Bakıdakı adamlarını maliyyələşdirdiyi vurğulanır. 
İslamoğlu ilə Türkiyədə və Azərbaycanda dəfələrlə görüşən və onun disk və kitablarının paylanmasında mühüm rol oynayan bankirin “Texnikabank”ın İdarə Heyətinin sədri Samir Hüseynov olduğu söylənilməkdədir.
Elə İslamoğlunun öz yazısında təşəkkür etdikləri arasında “Premier” Hotelin sahibi Samir Hüseynovun olması da bu yöndə şübhələri artırır. Çünki “Premier” Hotelin sahibi ilə “Texnikabank”ın İdarə Heyətinin sədri eyni şəxsdir. Samir Hüseynovun qardaşının iqtidardan niyə uzaqlaşdırılmasının bu yazının mövzusuna aidiyyyatı olmadığından bu dəfə həmin məsələyə toxunmuruq.
Qeyd edək ki, sadəcə bankirlə bu işin olmayacağını bilən İslamoğlunun (yəni, İranın) sünnilər arasında tanınan, ancaq narazı sayılan şəxsləri də işə müxtəlif yollarla sövq etməsi ilə hazırda xəvariclər arasında “Mustafa İslamoğlu” təbliğatınıı başladıb..İranın “İslamoğlu” kartı...Mustafa İslamoğlu da bu yöndə istifadə olunmaq üçün İranın illərdən bəri hazırladığı kadrlardan biridir. Misirdə müxalif cərəyanların təsirində yetişən, “iqtidarı ələ keçirənə qədər məzhəb ayrı-seçkiliyini kənara qoyub, tağuta qarşı bərabər mübarizə aparaq lazımdır” radikal ixvan düşüncəsinə sahib Mustafa İslamoğlu neçə illərdir İranın Türkiyədə imajını dəyişmək üçün istifadə etdiyi şəxslərdən biridir. “Xomeyninin İslam inqilabı” modelinin müdafiəçisi olan İslamoğlu Misirdə olarkən, Təkfir və Hicrət Camaatı, İslami-Cihad terror təşkilatı, İxvanül-Müslimin kimi radikal əməlləri ilə Orta Şərqdə ad çıxaran radikal dinçi təşkilatlarla çox ciddi əlaqələr qurub. Qeyd edək ki, bəzi araşdırmaçılar, 1981-ci ildə baş verən terror əməlini (Prezident Ənvər Sədata təşkil edilən sui-qəsdi) reallaşdıran İslami Cihad Terror Təşkilatı ilə, 1974-cü ildə "dövləti silah gücü ilə yıxaraq yerinə dinə söykənən bir dövlət qurmaq" istəyən Saleh Səriyyə liderliyindəki İslami Qurtuluş Camaatı arasında ciddi bir əlaqə olduğunu hesab edirlər. Birinci ikincinin ardıcılı hesab olunur. Mustafa İslamoğlunun Misirdə, əl-Əzhər Universitetində oxuduğu illər həm Xomeyni inqilabının baş verdiyi, həm də Misirdə radikal dini təşkilatların güclü olduğu dövrə təsadüf etməsi onun həyatına yön verdi. Daha sonra İranda yarı gizli şəkildə İranın İslam Keşikçiləri Ordusuna bağlı xüsusi mərkəzlərdə təlim keçdiyi vurğulanan Mustafa İslamoğlu Türkiyədə Baş Polis Təhlükəsizliyi İdarəsi tərəfindən “radikal və təhlükəli” şəxs kimi xarakterizə olunur. “İrtica fəaliyyətləri” adlı hesabatda göstərilir ki, radikal dini qruplar arasında Hizbullahi Vəhdət Qrupu ilə Mustafa İslamoğlunun rəhbərik etdiyi Akabe Qrupu Grubu Türkiyəyə İran İslam İnqilabının təbliğ edən qruplardır. Raporda belə qeyd olunur: Akabe qrupu Yazar Mustafa İslamoğlunun liderliyində fəaliyyət göstərən bir qrupdur. 1990-cı ildə qurulan Akev (Akabe Təhsil və Mədəniyyət Vəqfi) bu qrupun fəaliyyətlərini icra etdiyi qanuni quruluş olaraq diqqət çəkməkdədir. İran və Misir istinadlı radikal dini düşüncələrə sahib olduğu bilinən Mustafa İslamoğlu, 'Kürd Probleminə İslami Həll' mövzulu təbliği səbəbiylə haqqında iki ayrı iddiadan həbs olunub.Mustafa İslamoğlu, Nurəddin Şirin və Əhməd Varollu “Azərbaycan” planıİslamoğlunun radikal dinçilərlə münasibətləri Misirlə məhdudlaşmır və o, Türkiyəyə gəldikdən sonra da Xomeyni İnqilabını Türkiyəyə gətirmək üçün çalışan, Livan Hizbullahı və Həmas ilə ciddi əlaqələr içində olan radikal dinçi terror təşkilatları ilə birgə olub. Bunlar arasında İslami Hərəkat Terror Təşkilatı, Müsəlman Gənclik Təşkilatı və başqalarının adlarını çəkə bilərik. Elə Azərbaycana qarşı İstanbulda keçirilən piketlərin təşkilatçısı olan, ABŞ Dövlət Departamenti tərəfindən terrora dəstək verənlər siyahısında adı çəkilən Nurəddin Şirin və “Hizbullah”çı yazar Əhməd Varolla münasibətləri də bu illərə dayanır. Türkiyədə iranpərəstlikləri ilə ad çıxaran bu üç şəxs hazırda Azərbaycanda İranın planlarını həyata keçirmək üçün qollarını çirmələyiblər. Birinci yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi və radikal islamın formalaşıb, dini terror halına gətirilməsi üçün İran taktik dəyişiklik edərək, Türkiyə üzərindən ölkəmizdə duruş gətirmək istəyir. Bunun üçün radikal şiəlik yetərli olmadığı üçün İran radikal sünnilik deyə təqdim edilən xəvariclər və təkfirçiləri də oyuna qatmaq istəyir. Bu səbəbdən də sünni kimi görünüb, ancaq Xomeyni inqilabını təbliğ edən İslamoğlu Azərbaycana yönləndirilib. İslamoğlunun Azərbaycan xəvaricləri ilə əlaqəsi...Xəvariclər görünüşcə sələfilərə bənzəsələr də, xüsusilə dövlətə münasibətdə olduqca radikaldırlar və ən böyük düşmənləri də məhz sələfilikdir. Elə 2008-ci ildə partladılan məsciddə də xəvariclərin rolu danılmazdır. İslamoğlunun xəvariclərlə yaxınlaşması isə bu qrupu bu vaxta qədər İrana qarşı aqressiv münasibətini yumşaltmaq və “sünni-şiə birliyi” adı altında radikal dini qrupların güclənməsinə xidmət edir. Bu məsələdə maliyyə məsələsinin də mühüm rol oynadığı vurğulanmaqdadır. “Hilal” TV-nin də sahibi olan İslamoğlunun Bakıdakı rezidentlərinə bank vasitəsi ilə para göndərdiyi də vurğulanmaqdadır. Ötən yazımızda İslamoğlunun Azərbaycandakı hədəfi varlı kəsimdən yararlanaraq, bir bankir vasitəsi ilə mühüm dairələrə qədər uzandığını yazmışdıq. Bu yolla çox elit dairələrə nüfuz edən İslamoğlunun əlini güclü qılan bir nüans bir sıra imkanlı şəxslərin həm müasir cəmiyyətə uyğun yaşayıb, həm də dini yaşadıqlarına özlərini inandırma refleksi yatır. Bu yolla öz-özünü aldadan bu şəxslər üçün İslamoğlunun dinə zidd təfsirləri (bu barədə gələcək yazılarımızda daha geniş açıqlama verəcəyik) qurtuluş sayılır. Bundan istifadə edən İslamoğlu tərəfdarları elit təbəqədə İranın proyektini həyata keçirirlər. O da vurğulanır ki, İranın “İslamoğlu” proyektini Bakıda sünnilər arasında yayan bankir Azərbaycan iqtidarından qardaşının qisasını alır. Prezident Aparatında mühüm vəzifədə çalışan qardaşı öz səhvi ucbatından “vurulan” həmin bankirin İslamoğlu ilə nəinki yaxın münasibətdə olduğu, hətta onun Bakıdakı adamlarını maliyyələşdirdiyi vurğulanır. İslamoğlu ilə Türkiyədə və Azərbaycanda dəfələrlə görüşən və onun disk və kitablarının paylanmasında mühüm rol oynayan bankirin “Texnikabank”ın İdarə Heyətinin sədri Samir Hüseynov olduğu söylənilməkdədir.Elə İslamoğlunun öz yazısında təşəkkür etdikləri arasında “Premier” Hotelin sahibi Samir Hüseynovun olması da bu yöndə şübhələri artırır. Çünki “Premier” Hotelin sahibi ilə “Texnikabank”ın İdarə Heyətinin sədri eyni şəxsdir. Samir Hüseynovun qardaşının iqtidardan niyə uzaqlaşdırılmasının bu yazının mövzusuna aidiyyyatı olmadığından bu dəfə həmin məsələyə toxunmuruq.Qeyd edək ki, sadəcə bankirlə bu işin olmayacağını bilən İslamoğlunun (yəni, İranın) sünnilər arasında tanınan, ancaq narazı sayılan şəxsləri də işə müxtəlif yollarla sövq etməsi ilə hazırda xəvariclər arasında “Mustafa İslamoğlu” təbliğatınıı başladıb..


Aqil Ələsgər 
Yeni Çağ


Hiç yorum yok:

Yorum Gönder