İslam ümmətinin zəifləməsi və düşmənlərin müsəlmanların üzərində zəfər çalması həqiqətən böyük bir bəla və müsibətdir. Bizim üzərimizdə fərz olan isə -bu müsibəti aradan qaldırmaq üçün cəhd etməkdir. Bunu həyata keçirmək üçün isə ilk öncə təhqiqi düzgün aparmalı, diaqnozu düzgün qoymalıyıq.
İnsan xəstəliyin və xəstəlik əlamətinin diaqnozunu düzgün qoymalı və bunu qarışdırmamalıdır. Həqiqətən, hal-hazırda xəstəlik ilə xəstəliyin əlamətləri arasındakı fərqi sezə bilməyənlər çoxluq təşkil edirlər.
Bir qism insanlar zənn edir ki, xəstəlik düşmənlərin hiyləsi və onların qələbə çalmasıdır. Yəni, bu kəslərin xəstəliyə qoyduqları diaqnoz budur. Əgər xəstəlik budursa, o zaman dərman da, müsəlmanları düşmənin sözləri və planları ilə məşğul etməkdir.
İkinci qism insanlar zənn edir ki, xəstəlik müsəlmanlar ölkələrində zalım hakimlərin rəhbərlik etməsidir. Əgər xəstəlik budursa, o zaman dərman da, bu cür hakimləri rəhbərlikdən düşürmək və insanların nəfsini onlara qarşı kin-küdurətlə doldurmaqdır.
Üçüncü qism insanlar zənn edir ki, xəstəlik müsəlmanların ayrı-ayrı ölkələrdə məskunlaşmasıdır. Əgər xəstəlik budursa, o zaman dərman da, müsəlmanları bir yerə toplamaqdır.
Sadaladığımız hər üç qism insanlar xəstəliyə yanlış diaqnoz qoymuşdur. Quran və Sünnəyə əsasən deyirik ki, bu kəslər xəstəliyə bu cür diaqnoz qoymaqla xətaya yol vermişdir.
Əgər xəstəliyə yanlış diaqnoz qoyularsa, onun müalicəsi də yanlış aparılacaqdır.
Birinci qism insanların xətasının bəyanı:
Əgər xəstəliyə yanlış diaqnoz qoyularsa, onun müalicəsi də yanlış aparılacaqdır.
Birinci qism insanların xətasının bəyanı:
Əgər biz Allahdan (subhənəhu və təalə) haqqı ilə qorxsaq, o zaman düşmənlərin hiyləsi bizə təsir etməyəcək və zərər verməyəcəkdir. Axı Uca Allah Qurani-Kərimdə buyurdu:
“Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Ali İmran surəsi, 120)
“Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Ali İmran surəsi, 120)
İkinci qism insanların xətasının bəyanı:
Məgər bu kəslər bilmir mi ki, zalım hakimlər Allahın (subhənəhu və təalə) günah etdikləri səbəbi ilə zalımlara göndərdiyi bir cəzadır. Necə ki, Uca Allah Qurani-Kərimdə buyurur:
“Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.” (Ənam surəsi, 129)
Bu ayə göstərir ki, xəstəlik zalım hakimlər deyil, əksinə zalım hakimin üzərilərində rəhbər seçildiyi məhkumlardır.
İbnul Qeyyim (rahiməhullah) buyurur:
- “Allahın (subhənəhu və təalə) bu məsələdə hikmətini düşünün! İnsanların əmrləri, vali və hökmdarları onların öz əməllərinin növündəndir. Sanki insanların əməlləri, onlara başçı təyin edilmiş hakimlər surətində peyda olur. Əgər insanlar doğru yolda olsalar, onların hakimləri də doğru yolda olar. Əgər insanlar ədalətli olsalar, hakimləri də ədalətli olar. Əgər insanlar zülm edərlərsə, onlara başçı təyin edilmiş hakimlər də zalım olar. Əgər insanlar hiyləgər olarsa, hakimləri də hiylə işlədər. Əgər insanlar xəsislik edib, üzərlərində olan Allahın haqqını ödəməzlərsə, onlara başçı təyin edilmiş hakimlər də xəsislik edib, onların haqqını ödəməz.

Zalım, şər insanların üzərinə əməlisaleh bir hökmdar təyin etmək, Allahın (subhənəhu və təalə) hikmətindən deyildir! Ona görə ilk əsrin insanları (səhabə və tabiin) xeyirli, əməlisaleh olduğu üçün onların hakimləri də o cür idi. Nə zaman ki, insanların əməlləri naqisləşdi, bu da onların üzərinə təyin edilmiş hakimlər surətində üzə çıxdı və hakimlərdə özünü büruzə verdi.
Bizim dövrümüzdə, üzərimizə hakim olaraq Müaviyə və ya Ömər bin Abdul Aziz kimilərini təyin etmək Allahın hikmətindən deyildir! Əgər bu hikmətdən deyilsə, bəs o zaman Əbubəkr və Ömər (radıyAllahu anhumə) kimilərinin təyin edilməsi necə...?!
Bizim hakimlərimiz öz dərəcəmizə görədir, eləcə də bizdən öncəkilərin başçıları onların özlərinə görə idi. Bu da hikmətin bir təzahürüdür.
Üçüncü qism insanların xətasının bəyanı:
Bu kəslər bilməlidir ki, günahlar ilə insanları bir araya cəm etməyin heç bir səmərəsi yoxdur. Uca Allah Qurani-Kərimdə buyurur:
“Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu )sizin karınıza gəlmədi.” (Tövbə surəsi, 25)
Həmçinin bidət əhli ilə-sufilər, əşarilər, mötəzilələr ilə səhvləri birləşdirmək də günahlardan sayılır. Çünki onların xətalarını bəyan edərək onları inkar etmək fərzdir. Qəlb ilə inkar etməyin ən alçaq təbəqəsi də onlarla bir yerə cəm olmayaraq onları tərk etməkdir, onlarla bir yerdə oturmaqdan çəkinməkdir. Uca Allah buyurur:
“Yoxsa siz də onların tayı olarsınız.” (Nisa surəsi, 140)
“Yoxsa siz də onların tayı olarsınız.” (Nisa surəsi, 140)
“İxvanul Muslimin” camaatının banisi olan Həsən əl-Bənnə xəta olaraq demişdir:
“Biz müttəfiq olan məsələlərdə bir-birimizə yardım edir, ixtilaflı məsələlər də isə bir-birimizi üzrlü sayırıq.”
“Biz müttəfiq olan məsələlərdə bir-birimizə yardım edir, ixtilaflı məsələlər də isə bir-birimizi üzrlü sayırıq.”
Bu sələfin minhəci deyildir. “İxvanul Muslimin” camaatı isə bu əsas üzərində qurulmuşdur. Ona görə də şahid olmuşuq ki, Həsən əl-Bənnənin tərəfdarları bu tətbiqləri rafizi və sufilər ilə həyata keçirmişdir.
Bu səbəbdəndir ki, bu firqələr öz arasında çəkişsələr də, sələfə qarşı daim bir olmuşdur. Çünki sələfilər daim onların xətalarını bəyan edib, onları inkar etmişdir.
[Şeyx Abdul Aziz ibn Reys ər-Reysin (hafizəhullah) yazdığı “Muhəmməd bin AbdulVahhəbin- ‘Fədlul İsləm’ kitabının şərhi” və ‘Muhummətun Fil Cihəd’- kitabı əsasında]
____________________
Hazırladı: əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder