17 Ocak 2012

NECƏDƏ QAZANLI BİR ALIŞ-VERİŞ ETDİN EY ƏBU DƏHDƏH!!!

Bir miskin Peyğəmbərimizin yanına gələrək belə dedi: 


- Ey Allahın Rəsulu, filankəsin bağında bir xurma ağacı qırılaraq yerə
düşdü.. Əmr edin, o ağacı mənə versin.. Onu bağımın divarına
qoyacağam.. 


Peyğəmbərimiz (عليهم الصلاة والسلام) həmin insanı çağıraraq: 

- Ağacı o adama versən, Cənnətdə sənə bir xurma ağacı veriləcəyinə
zamin duraram.. -deyə buyurdu.. 

Lakin, həmin adam bu təklifi qəbul etmədi.. Bu xəbər Əbu Dəhdəh
çatdıqda, dərhal gələrək həmin adama: 

- O ağacı mənə ver, mən də qarşılıq olaraq bütün xurma ağaclarımı sənə
verirəm.. -dedi.. 

O isə, dərhal bu təklifi qəbul etdi.. Bundan sonra Əbu Dəhdəh
Peyğəmbərimizin (عليهم الصلاة والسلام) yanına gələrək: 

- Ey Allahın Rəsulu, mən o adamın xurma ağacını xurma bağçam
qarşılığında satın aldım.. Həmin ehtiyyacı olan kimsəni çağır, ona
verirəm.. 

Peyğəmbərimiz (عليهم الصلاة والسلام) Əbu Dəhdəhin bu hərəkətinə o
qədər sevindi ki, bir neçə dəfə ard-arda: 

- Əbu Dəhdəh, Cənnətdəki neçə-neçə böyük və dəyərli xurma ağaclarına
sahib oldun!.. Cənnətdəki neçə-neçə böyük və dəyərli xurma ağaclarına
sahib oldun!.. -deyə buyurdu.. 

Bundan sonra isə, Əbu Dəhdəh (رضي الله تعالى عنه) özü xurma bağına
yollandı və xanımına: 

- Bağçadan çıx.. Mən bu bağçanı Cənnətdəki bir xurma ağacı
qarşılığında satdım.. -dedi.. 

Xanımı isə: 

- Necədə qazanclı bir alış-veriş etdin!.. -dedi.. 

____________________________ 
"Məcməuz-Zəvaid" (10/3242)


(tərcümə: Ayxan Yaquboğlu)

Hiç yorum yok:

Yorum Gönder