— Əli (Allah ondan razı olsun!) və onun övladları bu üç nəfərin Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi olmuşdur. Həmçinin onun və övladlarının bu böyük adamları mədh etdikləri qeyd olunmuşdur. Allah razı olmuş (Əli — tərc.) demişdir:
“Filankəsin (Əbu Bəkrin)[1] ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi”.[2]
O (Əli — tərc.), Ömər ibn Xəttab (Allah ondan razı olsun!) onunla Rum döyüşünə çıxarkən məsləhətləşəndə Ömərə belə deyib: “Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları[3] olmaz. Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən və ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan”.[4]
Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında dedikləri bundan da aydındır. O demişdir: “Bu elə bir işdir ki, onun köməyinə gəlibgəlməmək çoxluq və azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının[5] əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi[6] adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar birbirindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplanmaz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəlman olmaları ilə çoxsaylı, bir olmaları ilə güclüdürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün getmə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerində ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub getdiyin düşmən qarşındakından qorxulu olar.
Qoy əcəmlər sənə baxıb desinlər: “Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız”. Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük”.[7]
Adamlar onun yanına gəlib Osmandan şikayət edəndə o (Əli), Osman ibn Əffanın (Allahtəala ondan razı olsun!) yanına girib ona belə demişdi: “Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Sənə sənin bilmədiyin bir iş göstərə bilmərəm: biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəli deyilik ki, sənə onun haqqında məlumat verək. Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi eşitmisən, sən də Rəsulullah səlləllahü əleyhi və səlləmə bizim kimi əshabəlik etmisən. Nə Ibn Əbu Qəhafə, nə də Ibn Xəttab haqq işində səndən irəli deyillər. Sən Rəsulullah səlləllahü əleyhi və səlləmin atasına, qan qohumluğuna görə, onların hər ikisindən də yaxınsan. Sən onun kürəkənlərindən o biri iki nəfərin nail olmadığına nail olmusan”.[8]
O, bu üç nəfərin xəlifəliyini tərifləyərək demişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmədiyi üçün öldürərdilər: Allah ona layiq olduğunu verərdi”.[9]
Şiələrin təfsirçisi və böyüyü Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıqaydın, heç bir anlaşılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”.[10]
Əlidən (Allah ondan razı olsun!) nəql olunur ki, adamlar Osman (Allah ondan razı olsun!) öldürüləndən sonra Əliyə beyət gətirmək istəyəndə o demişdir: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat buraxsanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”.[11]
[1] - “Nəhc əl-bəlağə”nin bəzi şərhçiləri belə fikirdədir-lər ki, “filankəs” dedikdə Əbu Bəkr nəzərdə tutulur, başqaları isə deyirlər ki, bu söz Ömərə işarədir. Əsas məsələ odur ki, onlar bu iki nəfərdən başqa heç kəsi bura daxil etmirlər.
[2] - “Nəhc əl-bəlağə”, səh.350.
[3] - “Sığınacaq” deyəndə arxalanacaqları bir mərkəz nəzərdə tutulur.
[4] - “Nəhc əl-bəlağə”, səh.193, Beyrut çapı.
[5] -“Nizamlayıcı” — muncuqların düzüldüyü ip mənasındadır.
[6] - “Əmrin etibar edildiyi” ifadəsi “əmr edən” mənasında-dır. Bununla xəlifə nəzərdə tutulur.
[7] - “Nəhc əl-bəlağə”, səh.203,204, Beyrut çapı.
[8] - “Nəhc əl-bəlağə”, səh.234.
[9] - “Nəhc əl-bəlağə”, səh.366,367.
[10] - “Təfsir əl-Qümmi”, səh.376, 2-ci cild, ət-Təhrim surəsi, Nəcəf mətbəəsinin çapı, hicri 1387.
[11] - “Nəhc əl-bəlağə”, səh.136, Beyrut çapı.
Hiç yorum yok:
Yorum Gönder