15 Ocak 2012

Şiə mənbələrində görkəmli xəlifələr haqqında dəyərli sözlər


Mərhəmətli, rəhmli Allahın adı ilə!
RƏŞİDİ XƏLİFƏLƏR  (kitabından)
Uca Allah buyurur:






«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar axan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»
«ət-Tövbə» surəsi, 100-cü ayə»

Əbu Bəkr (r.a.) haqqda

14) Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın» [1]

15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz» [2]

16) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi» .[3]

17) Əli ibnu-l-Hüseyn ibn Musa [4] «əş-Şafi» adlı kitabında qeyd edir ki, Əlidən (r.a.): «Vəsiyyət etmirsən?» – deyə soruşduqda, o demişdir: «Pey­ğəm­bər (s.a.s.) kimi vəsiyyət edirəm, lakin, Allah insanlar üçün xeyir istəsə, Peyğəmbərdən (s.a.s.) sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi [5], onları da xeyir üzərində cəm edər». [6]
18) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib, onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilər­sən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi  [7].

19) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». [8]

20) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir». [9]

21) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi. [10]

22) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırla­yan­da köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, sa­vab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».  [11]

23) Əlinin (r.a.) Əbu-Bəkrə (r.a.) qarşı olan hörmət və sevgisinə (Əbu-Bəkr (r.a.) xəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (r.a.) üçüncü arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də də­la­lət edir.


ÖMƏR İBNU-L-XƏTTAB (r.a.)


11) Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demiş­dir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafat­landırsın» [12]

12) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». [13]

13) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi  [14].

14) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». [15]

15) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir». [16]

16) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi. [17]

17) Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları [18] olmaz. Onla­rın səndən sonra mü­­­­ra­­ciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaq­dan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan». [19]

18) Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (r.a.) ilə) məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının [20] əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın [21] əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmü­şük»  [22].

19) Ömərlə (r.a.) Əli (r.a.) arasında möhkəm dostluğun olmasına Əlinin (r.a.) Fatimeyi Zəhradan (r.a.) olan qızını ona ərə verməsi də dəlalət edir. Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.)  öləndən sonra Ümmü Gülsümün talağını alıb, onu öz evinə gətirdi». [23]
20) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər». [24]




OSMAN BİN ƏFFAN (r.a.)

11) Əlinin (r.a.) tərəfdarları ondan soruşdu: «Sabah xaricilər bizdən Osman (r.a.) haqqında soruşduqda, biz onlara nə cavab verək?» Əli (r.a.) dedi: «Deyin ki, o, iman gətirib saleh əməl edənlərdən, Allahdan qorxub yaxşılıq edənlərdən idi». [25]

12) Əli bin Əbu Talib (r.a.)  Allahın bu kəlamını nəql edib demişdir [26]:


«(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə nemət (cənnət, əbədi səadət) yazılmış kəslər cəhənnəmdən uzaqda olacaqlar» [27]. Osman da onlardandır». [28]

13) Əli bin Əbu Talib (r.a.) Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni oxudu:


"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"» [29]

    14) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi». [30]

15) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir ki: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir». [31]

16) Xaricilər Əlinin (r.a.) yanına gəlib Osmandan (r.a.) şikayət edəndə, o Osmanın (r.a.) yanına gəlib belə demişdir: «Arxam­dakı adam­­lar məni səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəlidə deyilik ki, sənə onun haqqında məlumat verək. [32] Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də Allahın elçisinin (s.a.s.) səhabələrin­dən olmusan. Nə ibn Əbu Quhafə (Əbu Bəkr) nə də İbn əl-Xəttab haqq işində səndən irəli deyillər. Sən Allahın elçisinin (s.a.s.) atasına, qan qohumluğuna görə onların hər ikisindən də yaxınsan. Sən onun o biri iki kürəkəninin [33] nail olmadığına nail olmusan [34]». [35]
18) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər». [36]





XILAFƏTIN MÜDDƏTI:

1. Əbu Bəkr (r.a.)   – 2 il 3 ay 10 gün;
2. Ömər (r.a.)         – 10 il 6 ay 8 gün;
3. Osman (r.a.)       – 11 il 11 ay 9 gün;

KITABDA ISTIFADƏ OLUNAN IXTISARLAR:

s.ə.s. – səlləllahu əleyhi və alə alihi və səlləm – Allahın salamı və xeyir-duası onun və ailəsinin üzərinə olsun!
ə.s. – əleyhissəlam – Allahın salamı onun üzərinə olsun!
r.a. – radıyallahu anhu (anhə) – Allah ondan razı olsun!
Allahdan istəyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, buna qadirdir!

1 XƏLIFƏ:
ƏBU BƏKR ƏS-SİDDİQ (r.a.)

Adı: Abdullah ibn Osman
Atasının adı: Osman ibn Amir
Anasının adı: Səlmə bint Saxr
Künyəsi [37]: Əbu Bəkr
Ləqəbi: əs-Siddiq [38]
Anadan olduğu tarix və yer: Əbu Bəkr Peyğəmbərdən (s.a.s.) 2 il və bir neçə ay sonra (təxminən 572-ci il) Məkkə şəhərində anadan olmuşdur.
Vəfat etdiyi tarix: hicrətin 13-cü ili, cumədəl-axər ayının 21-i (və ya 22-i) vəfat etmişdir


2 XƏLİFƏ:
ÖMƏR İBNU-L-XƏTTAB (r.a.)


Adı: Ömər ibnu-l-Xəttab
Atasının adı: əl-Xəttab bin Nufeyl
Anasının adı: Həntəmə bint Haşim
Künyəsi: Əbu Həfs
Ləqəbi: əl-Faruq [39]
Anadan olduğu tarix: Fil ilindən [40] on üç il sonra (təxminən 583-cü il) Məkkə şəhərində anadan olmuşdur.
Vəfat etdiyi tarix: Hicri tarixi ilə 23-cü il, zi-l-hiccə ayının 23-də məcusi (atəşpərəst) Əbu Lu‘lu Firuz onu fəcr namazında 6 dəfə bıçaqla vurdu. O, üç gündən sonra zi-l-hiccə ayının 26-sı vəfat etdi.


3 XƏLİFƏ:
OSMAN BİN ƏFFAN (r.a.)


Adı: Osman bin Əffan
Atasının adı: Əffan bin Əbi-l-As
Anasının adı: Ərva bint Kureyz
Künyəsi: Əbu Amr
Ləqəbi: zi-n-Nureyn [41]
Anadan olduğu tarix: Fil ilindən altı il sonra (təxminən 576-cı il) Məkkə şəhərində anadan olmuşdur.
Vəfatı: hicri tarixi ilə 35-ci il zi-l-hiccə ayının 18-i cümə günü Osman (r.a.) evində Quran oxuduğu zaman xaricilər [42] zorla onun evinə girdilər. Onların arasında Sədus qəbiləsindən Cəbələ adlı birisi onu qılıncla vurduqda, Osman (r.a.) müdafiə olunmaq üçün əlini uzatdı və qılınc onun əlini kəsdi. Osman: «Allaha and olsun ki, bu əl ilə Quran yazılıb» – dedi. Onun əlindən axan bir damla qan bir ayənin üzərinə düşdü. Bu ayədə Uca Allah buyurur:

Peyğəmbər (s.a.s.) ilə bu xəlifələr arasında olan qohumluq əlaqələri:

1. Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Aişəni (r.a.) Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur.
2. Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Həfsanı (r.a.) Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur.
3. Osman (r.a.) Peyğəmbərin (s.a.s.) kürəkənidir. O, Peyğəmbərin (s.a.s.) qızları Ruqiyyə və Ummu Gülsüm (r.a.) ilə evlənmiş və beləliklə də onunla qohum olmuşdur.



    [1] Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.
    [2] Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.
    [3] «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995)
    [4] Seyid əl-Mürtəza adı ilə məşhurlaşmış, «elmu-l-hudə» ləqəbi verilmiş alimdir.
    [5] İmam Əli (r.a.) burada Əbu Bəkrin (r.a.) xilafətini nəzərdə tutur.
    [6] «əş-Şafi» səh.171, Nəcəf çapı.
    [7] «ər-Ravzə minə-l-Kəfi», 8/101, 238.
    [8] «Biharu-l-ənvar», 22/305, 306.
    [9] «əl-İhticac», səh.230, Kərbəla çapı.
    [10] «əş-Şafi», səh.238.
    [11] «Nəhcu-l-Bəlağə», səh:143 (tərcümədə səh.257, Tehran çapı, 1995).
    [12] Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.
    [13] «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995)
    [14] «ər-Ravzə minə-l-Kafi», 8/101, 238.
    [15] «Biharu-l-ənvar», 22/305, 306.
    [16] «əl-İhticac», səh.230, Kərbəla çapı.
    [17] «əş-Şafi», səh.238.
    [18] «Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur.
    [19] «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh.167-168).
    [20] Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır.
    [21] «Əmrin etibar edildiyi adamın»  ifadəsi  «əmr edən» mənasın­dadır. Bununla xəlifə nəzərdə tutulur.
    [22] «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995).
    [23] «əl-Kafi fi-l-furu» - Ər evinə köçəndən sonra əri ölmüş qadın onun vəfatından son­ra harada qalmalıdır- fəsli, 2-ci cild, səh:311.
    [24] «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995).
    [25] Əhmədin «Müsnəd» əsəri, 1/474.
    [26] Yəni Allahın kəlamını xatırlatmışdır.
    [27] «əl-Ənbiya» surəsi, 10-ci ayə.
    [28] Əhmədin «Müsnəd» əsəri, 1/475.
    [29] «əl-Hicr» surəsi, 47-ci ayə.
    [30] «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995-ci il)
    [31] «Biharu-l-ənvar»  22/305-306.
    [32] Bu sözlər Əlinin (r.a.) çox təvazökar olduğuna daha bir sübutdur.
    [33] Burada Peyğəmbərin (s.a.s.) qızları Fatimənin (r.a.) həyat yoldaşı Əli (r.a.) və  Zey­nə­­­­bin (r.a.) həyat yoldaşı Əbu-l-As (r.a.) nəzərdə tutulur.
    [34] Yəni, Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsüm (r.a.) almısan.
    [35] «Nəhcu-l-Bəlağə», səh: 234 (tərcümədə səh.169, Tehran çapı, 1995).
    [36] «Nəhcu-l-Bəlağə», səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995).
    [37] Ad və ləqəbdən başqa hər hansı bir şəxsə verilən xüsusi əlamət.
    [38] Peyğəmbər (s.a.s.) bu ləqəbi Əbu Bəkrə (r.a.) isra və Merac səfərini təsdiqlədiyi
  üçün vermişdir.
    [39] Haqqı batildən ayırdığına görə Peyğəmbər (s.a.s.) ona bu ləqəbi vermişdir.
    [40] Peyğəmbərin (s.a.s.) anadan olduğu il.
    [41] Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsümü (r.a.) aldığına görə Peyğəm­bər (s.a.s.) bu ləqəbi ona vermişdir.
    [42] İslam camaatından ayrılıb onlara qarşı vuruşanlar.

Hiç yorum yok:

Yorum Gönder