24 Aralık 2011

Kimlər nədən danışır..?!


Qadağandır oyadasan yatanı,
Din xadimi ediblər şərlatanı,
Bu millətin hətta şərab satanı,
Arsız-arsız şəriətdən danışır.

Adətidir zərər versin dininə,
Cihad üçün yoldaş gəzir özünə,
Oturaraq monitorun önünə,
Facebookda cəsarətdən danışır.

Fitnə törətməkdir onun hərisi,
Soyulmalı beləsinin dərisi,
Əqidəsi bilinməyən birisi,
Niqab altdan Şəhadətdən danışır.

Pişiyi Ev Əhli görür birisi,
Uçan fili, uzunqulaq ravisi,
Əsla yoxdu din ilə əlaqəsi,
O "Animal Planetdən" danışır.

Coşduraraq Səhabəyə nifrətin,
Yeyir beynin bu savadsız millətin,
Ötüb keçən bir ümmətin söhbətin,
Şişirdərək xilafətdən danışır.

Axirətdə yaşanacaq zor anın,
Çıxar üzə içindəki yalanın,
İman edən təhrifinə Quranın,
Qəhərlənib imamətdən danışır.

Gecəsini qataraq gündüzünə,
Murid gəzir Murşid "məllim" özünə,
Fırlanaraq uçur göyün üzünə,
Ayılanda kəramətdən danışır.

Haram olan puldan çıxır çörəyi,
İbadətə yoxdur onun gərəyi,
Əməl nədir..? Təmiz olsun ürəyi,
İbadətsiz ibadətdən danışır.

Mərifətdə özünü çox öydürən,
Qeyrətini şeytana baş əydirən,
Məktəbli qızlara mini geydirən,
Efirlərdə ləyaqətdən danışır.

Xəbərdardır bundan, artıq bilənlər,
Məscidul Hərama gedib gələnlər,
"Həcc" eliyib günahların silənlər,
"Səfərdəki" ticarətdən danışır.

Çalış düzgün nişanlansın hədəfin,
Xeyir yoxdur sözlərində xələfin.
Mənhəcinə uy həmişə Sələfin,
Onlar Quran və Sünnətdən danışır.

[ sheyx shamil abdul-jaleel ]

22 December 2O11

Hiç yorum yok:

Yorum Gönder