21 Aralık 2011

Nədir səni ağladan?


AsSalamu alaikum waRahmatuLLahi waBarakatu
Nədir səni ağladan?
 
Muhəmməd (səllallahu aleyhi və səlləm): “Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah TəalaƏrşin kölgəsi altında kölgələndirəcək. Onlardan biri dəAllahı təklikdə zikr edib göz yaşı axıdan kimsədir.”(Buxari)
 
Nədir səni ağladan?
Göz yaşın yağış-leysan,
O damlalar dəyərmi?
Düşün bir dəqiqə, dayan…
 
Bəlkə ağlayırsan,
Dünya qalmaqalından,
Pisliyin qələbəsindən,
Narazısan  dövrandan?
 
Nədir səni ağladan?
Gələcək? Gün-güzəran?
Yoxsulluq, kasıbçılıq…
Bezmisən qayğılardan?
 
Bəlkə də yorulmusan,
Artan bahaçılıqdan,
Vaxtında verilməyən
O cüzi  pensiyadan?
 
Nədir səni ağladan?
Geyimindəki nöqsan,
Yoxsa səbəb qüssənə
Pis qiymətli  imtahan?
 
Yainki qovuşmadan,
Ayrılmısan yarından?
Uzun-uzun qurduğun
Nakam arzularından…
 
Ya göz yaşı axıdırsan,
Qəfil gələn sondan,
Ölüm uzaqmı saldı,
Sevdiyin doğmalardan?
 
Nədir səni ağladan,
Kədər içində boğan,
Bəlkə həzin musiqi
Arxa fonda çalınan?
 
Yoxsa ki, ağlayırsan
Baxdığın tamaşadan,
Təsirlənib aktyorun
Sentimental rolundan?
 
Ya islanıb  yağışdan,
O canını tapşıran,
Bapbalaca küçüyün
Halına acıyırsan?
 
Nədir səni ağladan?
Düşün bir dəqiqə, dayan...
Bəsdir qəflətə uydun,
Silkələn, haydı, oyan!
 
Ey Adəm oğlu, insan...
Bu dünyanı yaradan,
Tək Xaliqin önündə,
Nə az ağlayırsan?!
 
Əgər Allahı  ansan,
Layiqincə tanısan,
əzəmət önündə
Halından utanarsan.
 
Axıtdığın yaşlardan,
Onların puçluğundan.
Fani  olana möhkəm
Bağlanma sən, həyalan.
 
 Ehtiraslarına uyan,
Həvanı ilahlaşdıran,
İki dünyada da bil ki,
Xar olar, həm uduzan.
 
Məgər  əlacsızmısan?
Bəyətənha qalmısan?
Rəbbin daim səninlə,
Neçin  unudursan?
 
Allahdan  nazil olan,
Möcüzə Kəlam- Quran
Dəva olar dərdinə,
Düşünərək oxusan.
 
Ətrafına bir boylan,
Bu yer, bu göy, bu ümman...
Şükr etməkçün  səbəbdir,
Hər neməəta olan.
 
 Dinlə... Oxunur azan.
Hər azan yeni başdan,
Möhlətdir  təmizliyə,
Pay götür o avazdan.
 
Allahın hüzurundan,
İlahi sığınacaqdan,
Daha səlim yer hanı?
DOST görüşünə yollan.
 
Bu görüşdə yox üsyan,
Qürrə eyləməz tüğyan,
Təslim olar nəfs Rəbbə,
Utanar cılızlığından...
 
“MƏN”inin ovsunundan,
O sərtləşib, daşlaşan,
Qəlblər həlimləşər,
Qurtular öz torundan.
 
 
 
 
 Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an...
Ruhun təmizlənsin,
Axan göz yaşlarından.
 
Əgər ağlayacaqsan,
Ağla günahlarından,
Sığınaraq Rəbbinə,
Cəhənnəm alovundan.
 
Əgər ağlayacaqsan,
Çətin olan imtahan
Gözləyir səni. Ağla ,
Qiyamət sorğusundan.
 
Əgər ağlayacaqsan,
Səfil qayğısızlığından,
Daha layiq  qüssənə
Hədər etdiyin zaman.
 
Əgər ağlayacaqsan,
Ağla, sən, ey müsəlman,
Qardaşının halına,
Zülmə məruz qalan.
 
Əgər ağlayacaqsan,
Təmtəraq caynağından,
Qaça bilmədin, ağla,
Şan-şöhrət batağından.
 
Əgər ağlayacaqsan,
Dilinin bəlasından,
Qəhərlən için-için,
Kimlərə vurdun ziyan...
 
Əgər ağlayacaqsan,
Ağla arxayınlığından,
Miskinlə bölüşmədən,
Nuş etdiyin loxmadan.
 
Əgər ağlayacaqsan,
Ağla, eylə sən tufan,
Mala, daşa, insana,
İlahtək bağlılıqdan.
 
Əgər ağlayacaqsan,
Süzülsün damlalardan,
Hər naqis ibadətin,
Xilas ol, səhlənkarlıqdan.
 
Əgər ağlayacaqsan,
Xeyir yarışından
Arxaya qaldın, ağla
Əzm göstər, savab qazan.
 
... Dinlə, oxunur azan ...
Hər azan yeni başdan,
Fürsətdir təmizliyə,
DOST görüşünə yollan.
Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an...


UmmAbdulAziz

Hiç yorum yok:

Yorum Gönder