08 Kasım 2011

Əmr bil, Məruf (şer)


"..Əmr bil Mə`ruf.."
Avqust 2010
Rəhmli, ALLAHın adıyla qəlbən,
Bu şeri yazmağa başlayıram Mən.
Niyyətim ALLAHın rizası ancaq,
Qəlbimi, imandan etməsin uzaq.
Xaliqin mülkünə nəzər eylə, Sən,
Qüdrətin gücünü onda görərsən.
Bəşərə, ulduza, aya, günəşə,
Tək O'dur bir Hakim hər an, həmişə.
O hər bir canlını yaratdı amma,
Bir müdhiş neməti verdi İnsana.
O bizə buyurdu, şüuru ehsan,
Ki, O`na ibadət eyləsin insan.
Düşüncə bəşərin yaşam mənbəyi,
Bacarmaz şüursuz əsla heç nəyi.
Bircə bu neymətin fərqinə varsan,
ALLAHın rəhmətin sən də duyarsan.
Amma iş bununla bitmədi əsla,
Çağlamaz dalğalar olmasa dərya.
Varsada insanda ağıl, düşüncə,
Nəfsini düşünür hər Bəşər öncə.
Amma ki RƏBBimiz, buyurmuş, bizə,
Hakim ol nəfsinə, uyma İblisə.
Hz. Loğmanın nəsihətindən,
Kiçik bir hissəsi nəql edirəm mən.
Nəfsivin köləsi olma sən əsla,
Şirinlik daddıran zəhərdi dünya.
Çox qısa zamandır dünyanın yazı,
Yarıdan çox ötüb, yaşanır azı.
Bu kiçik bir ömrü vermə sən bada,
Günahsız bir bəşər yoxdu dünyada.
Kiçin bir günaha yumma göz qəti,
Dağların gör necə var əzəməti.
O dağ ki hər kiçik daşla dikəlmiş,
Amma, gör önündə nə sərgilənmiş..?
Tövbəni yubatma, əcəl zamansız,
O ölüm mələyi, Vallah amansız.
Namaz qıl, ALLAHa eylə ibadət,
Oruc tut, ruhuva vermə əziyyət.
Sən günəş doğmamış, oyan yuxudan,
Könlünə işləsin mübarək Azan.
Ey Bəşər, Namaz qıl, dünyanı unut.
ALLAHı zikr edib, qibləyə üz tut.
Səcdə et sidq ilə Meraca yüksəl,
Bir anda ən uca zirvədə dincəl.
Yaxşı söz dilini bəzəsin hər an,
Sənə sərt olanla sən ol mehriban.
Qəlbini təmizlə, kin və mərəzdən,
Uzaq tut ruhunu hirsdən, əsəbdən.
Fitnədən, fəsaddan sığın ALLAHa.
Şər atma, başına gəlməsin baha.
Yalandan dur uzaq. Durmasan çətin,
Cəmiyyət içində olsun hörmətin.
Tanrıdan bəxş olan dad təamları,
Şükür elə, israfa qıyma onları.
Az danış, az uyu, az ye hər zaman,
Doymadan süfrədən əl götür hər an.
Nəbidən buyrulub bu kamil amil,
Az yemək hər şeyin məlhəmidir, bil.!
Gecəni yuxuyla vermə sən hədər,
Xam adam hər zaman yuxusun güdər.
Çox yeyib, yatmağı qıyma sən Cana.
Bunlardır gətirən süstlük insana.
Gözüvü harama zilləmə, hədər,
Yoxsaki gözündən şəhvət süzülər.
Hissivi cilovla, hakim ol ona,
Qoy təmiz bir canın etməsin zina.
Nə alçalt nedeki ucalt səsini,
Bir orta mövqe tut, duysunlar səni.
Tələsmə. Tələsmək şeytanın işi,
Sənə xoş göstərir o pis vərdişi.
Sevdiyin insana etmə xəyanət,
Bax, buna şərəfsiz edər cəsarət.
Dilini hədisə, kəlama bənd et,
Məhşərə üzü ağ, alnı açığ get.
Boş boğaz olma gəl, söylə incilər,
Öncə hər mərifət dillə ölçülər.
Ətrafa sərgilə sən ədəb ərkan,
Kömək et yoxsula, vardısa imkan.
Kimsəyə paxıllığ etmə sən hədər,
Paxıllığ insanın qəddini bükər.
Kimsənin malında qalmasın gözün,
Qıfıl vur dilinə yoxdusa sözün.
Dünyanın malına olma aludə,
Ömrünü puç edib, edər bihudə.
Heç zaman birində arama nöqsan,
Birinci özünü tanıyar İnsan.
Hər şeyin qədrini yaxşı bil qardaş,
Cahili özünə eyləmə sirdaş.
Haqqsıza bəraət qazandırma sən,
Lap onu doğmaca qardaşın bilsən.
Qəsb etmə özgənin malını qəti,
Hər kəsə bəxş edir Tanrı neməti.
Qoldakı gücünlə çıxarma sən ad,
Çalış ki, qəlbini edəsən abad.
Zəkata yer ayır hər an malında,
Unutma miskinin haqqı var onda.
Qəzaya razı ol, sıxma qəlbini,
Sınağa bil çəkir Yaradan səni.
Qədərə həmd oxu, naşükür olma,
Qəlbini heç zaman kədərli qılma.
ALLAHa şükr elə, O şükrə layiq,
Dilivə sahib ol, Əhdivə sadiq.
Ataya, Anaya olma üzü ağ,
Bir vicdan əzabı çəkər sənə dağ.
Qurana əməl et, Sünnəyə uy sən,
Bu sənə xeyirdi, nə qədər bilsən..?
ALLAHa naümid yanaşma heç vaxt,
Səbrlə kölədə zəbt eliyər taxt.
Bu, Şeyxin nəsihət etdiyi şeir,
Yazılmış Qurana, Sünnəyə dair.
Çalışki təklikdə qılınsın bunlar,
Unutma anbaan bizi Görən var,
Bu yerdə sözümü bitirirəm Mən,
Bir kiçik xahişim olacağ Sizdən.
Vardısa sözümdə bir damcı hikmət,
Oxuyun sidq ilə Şamilə rəhmət :)
Imza : Sheyx Shamil Jaleel

Hiç yorum yok:

Yorum Gönder