08 Kasım 2011

GÜNAH ETMƏKDƏ DAVAM EDƏN İNSAN


:::AXI BU NƏ VAXTA QƏDƏR BELƏ DAVAM EDƏCƏK?:::
_______________________________________________
_______________________________________________

Günlərin bir günü bir nəfər, Əli ibn Əbu Talib`in (رضي الله تعالى عنه) yanına gələrək, belə deyir:

- Ey Əli, mən çox pis bir günah işləmişəm, nə edim?..

Möminlərin Əmiri Hz. Əli ona belə cavab verir:

- GÜNAHINDAN (dön və) TÖVBƏ ET!..



...Bir neçə gün sonra həmin insan bir daha Əli ibn Əbu Talib`in (رضي الله عنه) yanına gəlirək deyir:

- Ey Əli, mən həmin günahı yenə işləmişəm... Nə edim?..

Həzrəti Əli ona belə cavab verir:

- ALLAH`a dön və (səmimi bir şəkildə) TÖVBƏ ET!..



...Bir neçə gün sonra həmin insan yenə Hz. Əli`nin (رضي الله عنه) yanına gələrək deyir:

- Ey Əli, mən yenə həmin günahı işləməkdə davam edirəm... Axı bu (günah edib sonra tövbə etmək) nə vaxta qədər davam edəcək?..

Əli ibn Əbu Talib (رضي الله تعالى عنه) belə buyurur:

" - Taa ki, ŞEYTAN SƏNƏ VƏSVƏSƏ VERMƏKDƏN YORULUNCAYA QƏDƏR..."

Ayxan Məmmədəlioğlu...

Hiç yorum yok:

Yorum Gönder