09 Kasım 2011

Qurtuluşa çatmaq üçün şərəfli olmağı seçənlərdən biri - Səlman əl-Farisi.


Qurtuluşa çatmaq üçün şərəfli olmağı seçənlər - ondan tələb olunan hər şeyə hazırdırlar..
Tələb olunmayan şeylər isə - tələlərdən başqa bir şey ola bilməz..
Fırtınalar varlıqları həlak etsə və varlıqlar çaşqınlığa düşsə də, XEYİR - daima ulduz kimi parlamaqdadır..

Fırtına durduqda, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) əmisi Əbu Talib həlak dənizində boğularkən, Salman, əmin-aman bir sahildə rahatca gəzirdi..
Valid ibn Muğira (Allah ondan razı olsun) arxasındakıları səhraya doğru apararkən, Suheyb də, Rum karvanıyla gəlmişdi. Nəcaşi isə, Həbəş torpaqlarında:
"Ləbbeyk! Allahummə Ləbbeyk!" deyərkən, Əbu Cəhl müxalifət yuxusunda dünyaya gözlərini yummuşdu..
Salman`ın, onu seçilmiş və üstünlərdən edəcək addımları, atasının dini olan atəşpərəstlikdən ayırdı.. Ata-babasının bu şirk dini haqqında onlarla münazirə edirdi. Dəlillərlə atalarını susdurduqda və özünə cavab verən də ortaya çıxmayınca, ona, ancaq həbs etməklə cavab verilmişdi. Bu addım, atalarının məğlubiyyətini isbat edirdi..

Onsuzda bu xüsus, batil əhlinin etmiş olduğu cavab vermə üsullarından biri idi. Firon`un Musaya (əleyhissəlam) verdiyi cavabı da, belə olmuşdu:
"(Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”" (Şuəra, 29)

İslam dinində ən batil firqələrdən olmuş Cəhmiyyə`lər, İmam Əhməd`lə münaqişə edərkən, ona şallaq cəzasıyla cavab vermişdilər. Bidət əhli, Şeyxul-İslam İbn Teymiyyə`yə də, həbsə atmaqla cavab vermişdilər. Bəli, haqq əhli daima təzyiqlərlə, əziyyətlərlə baş-başadır.. Necəki, Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm), yenicə iman etmiş bir səhabəyə "başına gələcək müsibətlərə hazır ol" - deyə xəbərdarlıq edirdi.. Çünki, Uca Allah sevdiklərini imtahan edir.. Bu imtahanlardan əla qiymətlər alanları isə, Öz Əbədi, ağlasığmaz nemətlərlə dolu olan Cənnətilə müjdələyir..
"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver!" (Bəqərə, 155)

Daha sonra isə, Salman bir mərtəbə də yüksələrək, uca bir məqama ucalmışdı:
"Salman bizdəndir, Əhli-Beytimdəndir.."
(İbni Əbi Şeybə "əl-Musannaf" (12/148); İbn Abdil-Bər "əl-İstiab" (4/223); İbn Sad "Tabəqat" (4/82-83); Taberi (21/133); Hakim "əl-Mustədrak" (3/59) və s.)

Salman, bir karvanın səfərə çıxacağını eşitdikdə, atasından qaçdı, lakin qohumluq əlaqələrini kəsmədi. Dərhal səadətə çatmaq üçün miniyinə mindi və məxluqatın incisi olan Hz. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına getmək üçün uzun bir yola başladı.. Rahiblər, dövlətlərinin yıxıldığını anladıqda, Peyğəmbərimizə (səlləllahu aleyhi və səlləm) verilməsi üçün məktub yazaraq Salmana verdilər və:
"Zaman O`nun zamanıdır.. Buna görə, bu yolu əsla tərk etmə!" - dedilər..

Sonra onlardan biri Salmanı götürdü: "Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər." (Yusuf, 20)

Onu tutub, Mədinəli bir yəhudiyə satdılar. Salman Mədinənin xeyir və bərəkət qoxusunu artıq hiss edirdi. Bu arzunun, yolun sonunun nə olacağını isə, bilmirdi. Lakin, gözləyirdi. Xurma ağacının başında olduğu anda Kainatın ən Şərəflisinin (səlləllahu aleyhi və səlləm) uzaqlardan gəldiyini gördü. Artıq özünü saxlaya bilmirdi. Çəkdiyi bütün qəm və qüssələr artıq unudularaq, yerini sevincə buraxmışdı..
"Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbr verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi." (Qasas, 10)

Onu görmək üçün dərhal ağacdan aşağıya endi. Belə deyirdi:
Ey Nəcdli dostlarım! Mənim əvəzimə burada dayanın.. Bu diyardan bir məltəm küləyi əsdi..
Salmanın ağası bunu eşitdikdə:
"Nə olub sənə? İşinlə məşğul ol!" - dedi. Salman isə:
"Axı işimlə necə məşğul olum?!" - deyə cavab verdi. Sonra, bütün hekayəsini onlara danışdı.
Rəsulullah (səlləllahu aleyhi və səlləm) ilə görüşdükdə rahibin nüsxəsini Ona çatdırdı..
(Salmanın müsəlman olması ilə bağlı hekayəni, Əhməd b. Hənbəl, "Musnəd" adlı əsərində (23737) "həsən" bir sənədlə rəvayət etmişdir.)

Bu yerdə İbn Qeyyim belə buyurur:
"..Ey Muhəmməd! Sən Əbu Talibi istəyirdin, biz isə Salmanı istəyirik. Əbu Talibdən adı soruşulduğu zaman:
"Abdul-Mənaf" (Mənafın qulu) deyərdi. Nəsəbi soruşulduqda, atalarıyla öyünərdi. Malları haqda soruşulduqda isə, dəvələrini saymağa başlayardı..
Salman isə, adı soruşulduğu zaman:
"Abdullah" (Allahın qulu) - deyərdi. Nəsəbi soruşulduqda isə:
"İslamın oğlu" - deyərdi. Malı soruşulduqda:
"Kasıblıq" - deyərdi. Evi soruşulduqda:
"Məscid" - deyərdi. Qazancı soruşulduqda:
"Səbr" - deyərdi. Geyimi soruşulduqda:
"Təqva və təvazökarlıq" - deyərdi. Yastığı soruşulduqda:
"Yatmamaq" - deyərdi. "Nəyinlə öyünürsən?" - deyə soruşulduqda:
"Salman bizdəndir.." hədisini zikr edərdi..
Məqsədi soruşulduqa:
"Onlar Allahın vəchini diləyərlər..." (ar-Rad, 22) ayəsi xatırladardı. Hara getmək istədiyi haqda soruşularkən:
"Cənnətə getmək istəyirəm" - deyərdi. Yoldakı rəhbərinin kim olduğu soruşulduqda:
"Məxluqatın İmamı və ümmətin öndəri - Hz. Peyğəmbər (səlləllahu aleyhi və səlləm)" - deyərdi.."

Səhabələr Allah Rəsulunu (səlləllahu aleyhi və səlləm) canlarından çox sevirdilər.. Bu səbəbdən də, Uca Allah onları seçdi, sevdi və üstün etdi.. Sözlərimizi İbn Qeyyimin bu sözləri ilə bitiririk:
"Rəhbərimiz Sən ikən yola çıxsaq, o xoş görünüşün, minikləri yönləndirmək üçün kifayət edər.. Əgər yolu itirsək və (doğru yolu) tapa bilməsək Üzünün nuru, yolu tapmamıza yetər.."


Ayxan Yaquboğlu

Hiç yorum yok:

Yorum Gönder