Sual: Qul dua etdiyi zaman ya Allah ya Rəhman deməyəcək deyən bir kimsə haqqında soruşulmuşdur?
Cavab: Həmd Allaha məxsusdur . Bir qul Rəbbinə dua etdiyi zaman ya Allah, ya Rəhman deyə bilər, bu barədə müsəlmanlar arasında bir ayrılıq yoxdur. Bu islam dinində məcburi olaraq bilinməkdədir.
Allah Təala: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110) - buyurmuşdur. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dua edərkən "ya Allah, ya Rəhman" deyərdi. Bunun üzərinə müşriklər Məhəmməd bizi iki ilaha dua etməkdən məhrum edir, halbuki özü iki ilaha dua edir. O vaxt Allah Təala buyurdu ki: “(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 110). Yəni özünə dua edilən birdir, adları çox olsa belə. Allah Təala buyurdu ki: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Ə'raf surəsi, Ayət, 180). “Ya Allah, Ya Rəhman!” deməyə qarşı çıxan kimsədən tövbə etməsi istənilər. Allah təala daha yaxşı bilir.
Hazırladı: Əkrəm Həsənov..
Hiç yorum yok:
Yorum Gönder