Sual: Duanı fərz namazların ardıncamı, sünnət namazların ardıncamı, yoxsa namazda təşəhhüddən sonramı etməliyik.
Cavab: Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yerinə yetirdiyi və əmr etdiyi sünnət salamdan əvvəlki təşəhhüddə dua etməkdir. Səhih bir hədisdə təşəhhüddən sonra Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm): “Allahumma inni əuzu bikə min əzabi cəhənnəm. Va əuzu bikə min azabil qəbr. Va əuzu bikə min fitnətil məhya vəl məmat – Allahım! Cəhənnəm əzabından sənə sığınıram. Qəbir əzabından sənə sığınıram. Həyatın və ölümün fitnəsindən də sənə sığınıram” (Kitəbu-s-sünnə və-l bidə) – dediyi sabit olmuşdur. Yenə səhih bir hədisdə onun bu duanı təşəhhüddən sonra oxumağı əmr etməsi sabit olmuşdur. Eyni şəkildə onun təşəhhüddən sonra, salamdan əvvəl belə dediyi rəvayət olunmuşdur: “Allahumməğfirli məə qəddəmtu və mə əxxərtu, və mə əsrərtu, və mə ələntu. Və məə əntə ələmu bihi minni. Əntəl müqəddimu və əntəl müəxxiru, lə iləhə illə əntə - Allahım! Öndən göndərdiyin və sonraya saxladığın günahlarımı, gizlində və aşkar etdiyim, məndən daha yaxşı bildiyin günahlarımı bağışla. Sən ən öndəsən və Sən önə alansan. Sən sonraya saxlayansan. Səndən başqa ibadət ediləcək ilah yoxdur”. Səhih bir hədisdə sabit olmuşdur ki, Əbu Bəkr (Allah ondan razı olsun) belə demişdir: “Ey Allahın rəsulu! Mənə elə bir dua öyrət ki, onunla namazımda dua edim. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “ (De ki, “Allahümmə inni zaləmtü nəfsi zulmən kəsirən vəla yağfiru'zunübə illə əntə. Fağfirli mağfirətən min indik. Vərhamni innəkə əntəl ğafurur rahim” – “Alahım; mən nəfsimə çox zülm etdim. Səndən başqa günahları bağışlayacaq yoxdur. Qatından bir əfv ilə məni bağışla. Mənə acı. Sən bağışlayıcısan. Rəhmət edicisən”. (Kitab-əsas salat haşiyədə Təhricinə baxın)
Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) təşəhhüddən sonra və salamdan əvvəl, səcdədə dua etdiyi barəsində bunlardan başqa düzgün hadislərdə vardır. Bir rəvayətə görə başını rükudan qaldırdığı zaman dua edərdi. Namaza başlarkən də dua edərdi. Heç kim onun və ona tabe olanların salamdan sonra dua etdiyini söyləməmişdir. Bəlkə təhlil, tahmid, təsbeh və təkbir ilə düzgün hadislərdə gəldiyi şəkildə Allahı zikr edərdi. Ümimiyyətlə bu gün üçün və xüsusilə Azərbaycan şəraitində bu dua məsələsinə baxsaq müxtəlif anlayışlar qarşımıza çıxacaq. Çünki dinə yeni gəlmiş gənc əgər Azərbaycanda olan bəzi İlahiyyat məscidi kimi türklərin tikdiyi məsciddə namaz qılmağa getsə baxacaq ki, orada hər dəfə ancaq və ancaq namazı tam bitirdikdən sonra dua edilir. Təbiidir ki, əgər sələf məscidlərindən birinə getsə görəcək ki, orada ancaq ya səcdədə və ya fərz namazından sonra dua edilir. Həqiqətən də namazı bitirdikdən sonra da dua edən vardır. Şiyə məscidlərində isə tamamilə başqa cür dua formaları var. Belə halda islama yeni gələn gəncin qəlbində heç bir narahatçılıq olmasın. Çünki bu gənc anlasın ki, hər vaxtda və zamanda dua etmək olar. Hətta namazdan kənarda da dua etmək olar. Səcdə vəziyyətində, səcdədən sonra, fərz namazdan dərhal sonra, hər vaxt dua eləmək olar. Məsləhət budur ki, həmin gənc duanın edəblərini öyrənsin və bun unla bağlı rəvayət olunan səhih hədisləri araşdırsın. Onda ona məlum olacaq ki, hər vaxtda və zamanda dua etmək caizdir. Yalnız müəyyən hallar istisnadır ki, bu da hamıya məlumdur. Allah daha yaxşı bilir.
Hazırladı: Əkrəm Həsənov..
Hiç yorum yok:
Yorum Gönder