Əgər hər bir meyyitə (cənazəyə) danışmaq üçün icazə verilsəydi bu sözləri deyərdi: Həlak oldum (edəcəm deməkdən), Tövbə edəcəm... Hələ bir az yaşlanıb tövbə edəcəm...
Allahın Kitabı Quranda deyilənləri təsdiq edəcəm, hələ tezdir, qoy bir az da yaşlanım, mütləq Allahın dediklərini təsdiq edib yerinə yetirəcəm... Namaz qılacam, hələ tezdir, vaxtı gələndə namaz qılacam... Bu "acam", "əcəm"lərlə ölüm onu yaxaladı. Beləliklə insanların çoxusu ümidlə dedikləri və arzu etdklərini yerinə yetirmədilər. İman etmələrinin həqiqətini ortaya qoymadılar. Ölüm isə onların gələcək ümidlərini və arzularını yarı yolda kəsdi. Ölüm qəflətən gəldi. İstifadə etdikləri bütün nemətlər, hətta bədənləri belə çürüdü. Sonra artıq Qiyamət günü nə ilə qarşılaşacağımızı bilmirik. Ona görə Allaha tərəf sürətlə addım atmalıyıq. Ölüm anidən gələcək. Adicə biz kimisə dəfn etməyə gedəndə özümüzə qayıdırıq, özümüzü düzəldəcəyimizə söz veririk, amma geri qayıdanda əsl həqiqəti unuduruq. Əsl həqiqət ölümə hazır olmaqdır. Gəlin özümüzü düzəldək... Əkrəm Həsənov...
Hiç yorum yok:
Yorum Gönder