07 Ekim 2011

Əbu Bəkrin (Allah ondan razı olsun) və Ömərin (Allah ondan razı olsun) igidliyi


                      Əbu Bəkrin (Allah ondan razı olsun) igidliyi
Bəzzarın rəvayətinə görə bir gün Əli (Allah ondan razı olsun) camaata:
- Ey Camaat! Mənə insanların ən igidinin kim olduğunu deyə bilərsinizmi? – deyə soruşur.
- Sənsən, ey möminlərin əmiri! – deyirlər. Əli:
- Həqiqət budur ki, mən, kiminlə döyüşmüşəmsə ondan tam olaraq haqqını almışam.
Amma o mən deyiləm. Siz mənə xalqın ən bahadırını deyin. Camaat: “- Biz bilmirik, kimdir?” Əli (Allah ondan razı olsun):
- Əbu Bəkrdir. Çünki Bədr döyüşündə biz Allah rəsulu (ona və ailəsinə salam olsun) üçün bir çardaq düzəltmişdik. Müşriklərdən birinin Allah rəsuluna (ona və ailəsinə salam olsun) hücum etməməsi üçün “Peyğəmbərin yanında kim qalacaq?” dediyimizdə Allaha and olsun ki, buna Əbu Bəkrdən (Allah ondan razı olsun) başqa heç kim yaxınlaşmadı. Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) baş tərəfində o durmuşdu. Müşriklərdən biri Peyğəmbərə (ona və ailəsinə salam olsun) hücum etdikdə Əbu Bəkr (Allah ondan razı olsun) də dərhal ona cavab verirdi. Ona görə də o insanların ən igididir (Əl Məcməuz-Zəvaid, 9/46).


                       Ömər bin Xəttabın (Allah ondan razı olsun) igidliyi
Əli (Allah ondan razı olsun) deyir: Məkkədən Mədinəyə hicrət edənlər arasından Xəttabın oğlu Ömərdən başqa tanıdıqlarımın  hamısı gizli olaraq köçmüşdü. Amma Ömər (Allah ondan razı olsun) hicrətə qərar verdikdə qılıncını qurşandı, yayını çiynindən asdı, əlinə bir çeçə ox aldı, Kəbəyə gəldi. Qureyşin nüfuzluları da Kəbənin yanında dairə halında toplanmışdılar. Ömər Kəbəni yeddi dəfə təvaf edib İbrahim məqamının yanında iki rəkat namaz qıldıqdan sonra Qüreyş müşriklərinin meydana gətirdikləri dairəvi toplantılara bir-bir baş çəkdi və: “- Anasını ağlar, övladını yetim, arvadını dul qoymaq istəyən varsa bu vadinin arxasında mənə çatsın!” dedi. Bu məşhur bir hadisədir. Bütün tarix kitabları və hədis kitabları bunu rəvayət etmişlər.

Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder