09 Ekim 2011

Əbu Bəkrin müsəlman olması.

Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) yaxın və ən səmimi dostu olan Əbu Kuhafənin oğlu Əbu Bəkr Qüreyş qəbiləsinin Teymoğulları qolundandır. Ata və ana tərəfindən nəsli Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) nəsli ilə Mürrədə birləşir.
Əbu Bəkrin Məkkədə Qüreyş içərisində böyük bir etibarı var idi. Zəngin və dürüst bir tacir idi. Aralarındakı güvən və səmimiyyət səbəbilə peyğəmbərimiz (ona və ailəsinə salam olsun) ailəsindən kənar olaraq ilk dəfə Əbu Bəkri islama dəvət etdi. Əbu Bəkr də bu dəvəti tərəddüdsüz olaraq qəbul etdi. Əbu Bəkr cahiliyyə vaxtlarında bütlərə ibadət etməmiş, dilinə bir qurtum içki vurmamışdır. Əbu Bəkrin müsəlman olmasıyla peyğəmbərimiz (ona və ailəsinə salam olsun) böyük bir dəstəyə qovuşmuşdur. Onun əziyyət və cəsarətiylə Məkkənin əhəmiyyətli şəxsiyyətlərindən Affan oğlu Osman, Avf oğlu Əbdürrəhman, Əbu Vəqqas oğlu Səd, Avvam oğlu Zübeyr, Ubeydullah oğlu Təlha da islamı qəbul etdilər. Xədicədən sonra müsəlman olan bu səkkiz şəxsiyyətə ilk müsəlmanlar (Sabiquni islam) deyilir. 

İrfan Yücel, Peygamberimizin hayatı, Ankara-2004, səh. 53
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı, gənc alim)

Hiç yorum yok:

Yorum Gönder